Microsoft Word Aysen-Valide dissertasiya doc




Download 349,15 Kb.
Pdf ko'rish
bet5/9
Sana08.12.2023
Hajmi349,15 Kb.
#113754
1   2   3   4   5   6   7   8   9
Bog'liq
Aysen-Valide-dissertasiya
aytacdünya, 04(meqale), movzu 7., Fransuaza Saqa “Salam Kədər” əsəridocx, ISGUZAR-YAZISMALAR-I-KOLOKVIUM-2003, 6mdk, 532009154
2.3. Saflaşdırma və metallurgiya zavodlarının tikilməsi. 
Polimetal yataqları rayonunda saflaşdırma fabrikinin və 
metallurgiya zavodunun tikilməsi istehsal edilən sink, qurğuşun, 
mis konsentratının kifset qurğularından alınan yarım fabrikatlarının 
son emalı üçün yardımçı müəssisələrə göndərilməsi göstərilir. 
Bu variant qəbul edilməzdir, ona görə ki, polimetal filizinin 
emal proseslərini başa çatdırmır. Bu varianta görə Azərbaycan 
qonşu ölkələrə ucuz qiymətə xammal satmalı olur. Ona görə də 
respublikadan kənara göndərilən konsentratdan cüzi miqdarda gəlir 
götürər,çoxlu tullantılar hesabına ekoloji mühitin çirkləndirilməsinə 
məruz qala bilər. 
Müasir dövrdə Azərbaycan Respublikasının sinkə, qurğuşuna, 
misə, qızıla, gümüşə, kükürd turşusuna olan ehtiyaclarını nəzərə 
alaraq, respublikada polimetal filizləri əsasında istehsal proseslərini 
başa çatdıran kimya-metallurgiya kombinatının tikilməsinə kəskin 
ehtiyacı vardır. 
Belə müəssisə əsas məhsullardan başqa təkrar xammal 
məhsullarından müxtəlif yardımçı məhsullarında alınmasına şərait 
yaradar. 
Təkrar xammalların istifadəsi küllü miqdarda əlavə gəlir 
gətirilməsində etibarlı mənbədir. Sənaye müəssisələrinin təcrübəsi 
göstərir ki, şlaklardan, şlamlardan alınan hazır məhsulların qiyməti 
konsentratdan alınan məhsullardan 3-4 dəfə ucuz başa gəlir. 
Respublikanın bazar münasibətlərinə keçid şəraitində faydalı 
qazıntılara olan münasibət iqtisadi-ekoloji baxımdan milli mənafeyə 
xidmət etməlidir. Daşkəsən, Zəylik, Filizçay, Naxçıvan qrup 
mədənlərinin strateji əhəmiyyətli xammallarını qiymətləndirmək, 


34 
beynəlxalq əmək bölgüsündə onlardan səmərəli istifadə etmək , 
respublikanın iqtisadi, müdafiə qüdrətinin möhkəmləndirilməsində 
mühüm mənbədir. 
Avropada ən nəhəng yataq hesab olunan və dünyanın ən iri 
yataqları sırasına daxil olan Filizçay kolçedan-polimetal yatağının 
dəqiq kəşfiyyatı başa çatdırılmış və sənaye ehtiyatları təsdiq 
edilmişdir. Yataq yeganə kompakt filiz kütləsindən ibarət olmaqla 
95 mln. ton miqdarında filiz ehtiyatına malikdir. Filizçay polimetal 
yataqları gələcək inkişafın, texniki tərəqqinin elə strateji 
xammalıdır ki, onun səmərəsiz istifadəsi və ya xarici kapitalın 
ixtiyarına verilməsi siyasi, iqtisadi, ekoloji baxımdan əsassızdır. 
Istər istismarda olan, istərsə də perspektiv əhəmiyyətli metallurgiya 
xammallarının istifadəsindən, onların xüsusiyyətindən asılı olaraq 
istehsalın yerləşdirilməsi iqtisadi, ekoloji, sosial baxımdan 
araşdırılmalıdır. Burada metallurgiya qazıntı mədənlərinin 
istismarında emal sənayesinin xammal mənbəyinə, xammalın emala 
yaxınlaşdırılmasıdır. Filizçay yatağının ehtiyatları dağ-mədən 
müəssisəsinin yüksək rentabelli fəaliyyətini 60 ildən artıq müddətə 
təmin edə bilər. Yatağın istismarı yeraltı üsulla nəzərdə tutulur. 
Filizçay yatağının həndəvərində, miqyaslarına görə nisbətən kiçik 
olan, dəqiq kəşfiyyat işləri aparılmış, sənaye ehtiyatları təsdiq 
edilmiş və qiymətləndirilmiş Kasdağ və Katex polimetal, Saqator 
mis-sink və Mazımçay mis-kolçedan filiz yataqları yerləşir. Bu 
yataqlar nəzərdə tutulan mədən-metallurgiya kompleksinin əlavə 
xammal bazası kimi nəzərdə tutulur". [2] 
Faydalı 
qazıntıların 
istismarına 
başlamazdan 
ə
vvəl 
tullantıxanaların forma və həndəsi ölçülərini düzgün seçmək və 
layihələşdirmək lazımdır. Belə ki, bu torpaq fondundan tam və 
səmərəli istifadə olunmasına təsir edən amillərdən biridir. Bundan 


35 
ə
lavə istismar işləri başa çatdıqdan sonra tullantıxanaların düzgün 
yerləşdirilməsi, gələcəkdə onlardan səmərəli və hərtərəfli şəkildə 
istifadə olunması mühüm tədbirlərdən biri sayılır. Tullantıxananın 
formasından asılı olaraq yamacın ölçüləri təyin olunur. Çalışmaq 
lazımdır ki, tullantıxana yamacın ölçülərinin sahəsi isə böyük olsun. 


36 

Download 349,15 Kb.
1   2   3   4   5   6   7   8   9




Download 349,15 Kb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Microsoft Word Aysen-Valide dissertasiya doc

Download 349,15 Kb.
Pdf ko'rish