3
AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGISTRATURA MƏRKƏZI
Ə
lyazması hüququnda
HÜSEYNOVA AYŞƏN MƏDALƏT QIZI
“MİNREAL VƏ TƏKRAR XAMMALLARIN KOMPLEKS
İ
STİFADƏSİNİN İQTİSADİ-EKOLOJİ ASPEKTLƏRİ”
mövzusunda
MAGİSTR DISSERTASIYASI
İ
stiqamətin şifri və adı 060404 İqtisadiyyat
İxtisasın adı Təbiətdən istifadənin iqtisadiyyatı
və proqnozlaşdırma
Elmi rəhbər Magistr proqramının rəhbəri
(A.S.A., elmi dərəcə və elmi ad) (A.S.A., elmi dərəcə və elmi ad)
c.e.n. dos. V.Z.Mehdiyeva f.r.е.n. dos. F.M.Novruzova
4
Kafedra müdiri
(A.S.A., elmi dərəcə və elmi ad) c.e.n. dos. Mehdiyeva V.Z.
BAKI – 2016
MÜNDƏRCİAT
GİRİŞ............................................................................................3-4
I FƏSIL. TƏBII SƏRVƏTLƏRDƏN ISTIFADƏ
PROBLEMLƏRI. ....................................................................5-24
II FƏSIL. POLIMETAL YATAQLARININ ISTISMARI VƏ
ISTIFADƏSI..........................................................................25-27
2.1. Xammalın selektiv üsulu ilə emalı....................28
2.2. Xammal rayonlarında dağ-mədən və ilk emal
müəssisələrinin inşası mənbələri................................29
2.3.
Saflaşdırma
və
metallurgiya
zavodlarının
tikilməsi..................................................................................30-36
III FƏSIL. HASILAT SƏNAYESI TULLANTILARINDAN VƏ
TƏKRAR XAMMALARDAN ALINAN MƏHSULLARIN
IQTISADI QIYMƏTLƏNDIRILMƏSI...............................34-36
3.1. Təbii sərvətlərin istifadəsində ekoloji-iqtisadi göstərcilər.....47-50
NƏTİCƏ VƏ TƏKLİFLƏR.............................................................70
İ
STİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT ........................................71
5
3.2.
Torpaqların
çirklənməsində
hasilat
(dağ-mədən)
sənayesinin rolu və mühafizə tədbirləri..............................51-69
6
Giriş
Mineral və təkrar xammal məhsullarının kompleks istifadəsi
istismarda, hasilatda, emalda, torpaqların rekultivasiyasında, ekoloji
mehitin mühafizəsində müxtəlif mərhələlər üzrə özünü göstərir. Bu
prosesdə əsas məqsəd istehsal proseslərində xammalların dolğun
çıxarılmasından, ilkin və təkrar məhsulların elementlərinin emalının
səmərəli təşkilindən və istehsalın münasib yerləşməsindən ibarətdir.
Buna nail olmaq üçün aztullantılı və tullantısız texnologiyanın
tətbiqi zəruridir. Bu proses istehsalın kompleks və əlaqəli təşkilini,
həmçinin səmərəli yerləşdirilməsini təmin edən mühüm tədbirdir.
Kompleks istifadənin əsas şətrlərindən biri də tullantıların
emalıdır. İstehsalın inkişafı, texniki - iqtisadi, texnoloji, ekoloji
məsələlərin həllinə, xammalın, tullantıların kooperasiya yolu ilə
kompleks istifadəsinə şərait yaradır. Bu halda müəssisələrin
maddi-texniki bazası genişlənir, emal texnologiyasının tətbiqi,
rayonun iqtisadi potensialı artırılır.
Faydalı qazıntıların və təkrar xammal məhsullarının elmi-
texniki tərəqqi arasında sıx əlaqə mövcuddur. Burada əsas göstərici
səmərəlilikdir. Mineral xammalların səmərəliliyinin əsas göstəricisi
onların tərkibindəki mühüm elementlərin çıxarılmasının optimal
ə
masalı, yüksək gəlirlə yanaşı ətarf mühitə dəyən neqativ halların
aradan qaldırılmasıdır.
Xammaldan faydalı elementlərin tam çıxarılmasında maddi
marağın artırılması mühüm iqtisadi vasitədir. Faydalı elementlərin
çıxarılma əmaslı iqtisadi kateqoriyanın tərkib hissəsidir. İstehsalın
belə təşkilində ilkin, təkrar xammal məhsulları ilə yanaşı iqtisadi
qiymətləndirmədə onlara sərf olunan xərclər də nəzərə alınır. Daha
doğrusu vahid xammalrdan alınan əmtəllik və hazır məsulların
həcmini, iqtisadi səmərəsini təyin etməyə imkan verir. ETT-nin
7
inkişafı ilə əlaqədar əvvəllərdə sadə və yeknəsək tərkibli kompleks
xammallar kimi qiymətləndirilir. Etiraf etmək lazımdır ki, məsələn,
respublikamızda faydalı qazıntıların emalında komplekslilik
səviyyəsi hələ də aşağıdır.
Xammalların tərkinbindən çıxarılması mümkün olan faydalı
elementlərə faktiki çıxarılan və emal edilənlərin arasında olan fərq
komplekslilik səviyyəsi adlanır. Burada komplekslilik əmsalının
iqtisadi və ekoloji səmərəsi, müəsisələrin texniki-iqtisadi
göstəriciləri və texnoloji üsulların tətbiqi nəzərə alınır.
Sübut olunmuşdur ki, tullantısız və az tullantılı texnoloji
üsulların tətbiqi şəraitində xammalardan alınan hazır məhsulların
miqdarını 55-60 % artırmaq olar. Metallurgiya müəssisələrinin
təcrübəsi göstərir ki, xammalın kompleks emalı, istehsalın səmərəli
təşkili şəraitində bunlara sərf edilən xərcləri iki-üç ilə ödənilər.
Beləliklə məhsuldar qüvvələrin, xüsusilə sənayenin, texniki
tərəqqinin inkişafı dövründə təbii sərvətlərdən, təkrar xammaldan
səmərəli istifadə aşağıdakı amillərlə əlaqədardır.
-
rayonlararası, beynəlxalq iqtisadi əlaqələrdə, müxtəlif növlü
məhsul istehsalında iştirak edən təbii-iqtisadi zəminlə ;
-
xammalın tərkibindən faydalı elementlərin maksimum
çıxarılmasını təmin edən mürəkkəb emalən tətbiqi ilə ;
-
müvafiq texniki-iqtisadi imkanlara malik olan rayonların
iqtisadi inkişafı ilə ;
-
ilkin və təkrar xammal tullantılarının səmərəli istifadəsi və ətraf
mühitin mühafizəsi sahəsində iqtisadi maraqlandırma ilə.
8
|