Microsoft Word Aysen-Valide dissertasiya doc




Download 349,15 Kb.
Pdf ko'rish
bet8/9
Sana08.12.2023
Hajmi349,15 Kb.
#113754
1   2   3   4   5   6   7   8   9
Bog'liq
Aysen-Valide-dissertasiya
aytacdünya, 04(meqale), movzu 7., Fransuaza Saqa “Salam Kədər” əsəridocx, ISGUZAR-YAZISMALAR-I-KOLOKVIUM-2003, 6mdk, 532009154
3.2. 
Torpaqların 
çirklənməsində 
hasilat 
(dağ-mədən) 
sənayesinin rolu və mühafizə tədbirləri. 
 
Qeyd etmək lazımdır ki, faydalı qazıntıların mənimsənilməsi 
məhsulldar qüvvələrin inkişafı üçün əsas şərtlərdən biridir. 
Insan cəmiyyətinin inkişafında təbiət və mineral xammal 
mənbələri böyük rol oynamışdır. Belə ki, insanlar hələ yarandığı ilk 
günlərdən bu maddi sərvətlərdən istifadə etməyə səy göstərmişlər. 
Arxeoloji qazıntılar zamanı əldə edilən ən qədim kobud daş alətlər 
və gildən düzəldilmiş qablar da bunu sübut edir. Artıq o dövrlərdən 
min-min illər keçir. 
Yataqların istismarı nəticəsində mineral xammal ehtiyatları bir 
qayda olaraq getdikcə azalır. Bir sıra geoloqların göstərdiyi kimi, 
yaxın gələcəkdə molibden. Qızıl, neft, qaz, volfram, mis, sink, 
qurğuşun, acbest və s. yataqlarının ehtiyatı qutaracaqdır. Bunun 
qarşısını almaq üçün aşağı keyfiyyətli filizlərdən ( bir neçə il 
bundan əvvəl istismarı əlverişsiz hesab edilən faydalı qazıntı 
yataqlarından) geniş istifadə etmək lazımdır. Bunun üçün mümkün 
qədər müxtəlif üsullarla saflaşdırmadan sonra qalan boş süxurlardan 
geniş istifadə etmək, filiz zənginləşdirilməsi texnologiyası 
təkmilləşdirmək, qurğuşun və sink konsentratlarından – qızıl. əsas 
komponentlərlə köməkçi komponentlərin arasındakı əlaqəyə ciddi 
baxılmalıdır. Məsələn: mis konsentratlarından – qızıl, gümüş, selen, 
tellur, qalay andir hallarda kadmium və renium; qurğuşun və sink 
konsentratlarından – qızıl, gümüş, kadmium, indium, selen, tellur, 
talium və kailum; qalaydan-tantal, noibium, skandium və indium; 
volfram 
– 
skandium, 
tantal; 
molibden- 
repium; 
pirit 
konsentratlarından – qızıl, gümüş, selen, tellur, talium; nikkeldən– 


55 
kobalt və plationlar; dəmir filizlərindən- sink, kobalt, nadir torpaq 
elementlərini geniş surətdə almaq mümkündür. 
Bu əlavə komponentlərin siyahısını artırmaq da olar.
Göstəricilərdən belə bir nəticəyə gəlmək olar ki. Biz çox vaxt bu 
zənginləşdirmək və emal texnologiyasının qeyri-mütəşəkkilliyi 
nəticəsində tullantıxanalrda qiymətli sərvətləri itiririk. 
Dünyanın torpaq resurslarından son min illikdə istifadə 
olunmasının əsas xarakterik cəhəti əhalinin və ərzağa olan 
tələbatının artımı ilə əlaqədar əkin sahəsinin artmasıdır. Qeyd etmək 
lazımıdr ki, bu və ya digər torpaq sinfinin sahəsinin dəyişməsi 
mürəkkəb proses olub bir çox təbii və antropogen faktorlardan 
asılıdır. Belə ki, şumlanmış ərazinin bir hissəsi sonralar kol, meşə 
otla örtülə bilər. Bununla yanaşı torpaq sahələrinin yerdəyişməsi də 
müşahdiə olunur. Dünya əhalisinin artması insanların yerləçməsi 
və onların xidmət sahələri ilə təmin olunması, məsələn : 
zibilxanalar və onların işlənməsi yerləri, yollar, avtomobil 
dayanacaqları, kollektiv nəqliyyat yerləri və s-in sahələrinin 
artırılması lazım gəlir. 
Hazırda dünyada əkin sahələri 15 mln.kv.km təşkil edir. 
Dünyada hər adam başına düşən əkin sahəsi azalmağa doğru gedir. 
XX əsrin ikinci yarısında əhali artımı ilə əlaqədar əkin sahələri 
azalmış və sonrakı illərdə də davam etmişdir. Ərzağa olan tələbatın 
durmadan artması və dünya iqtisadiyyatının genişlənməkdə davam 
etməsi torpaq resurslarının istifadəsinin və onun vəziyyətinin 
strategiyasına ciddi təsir göstərir. Əgər istehsala yeni torpaq sahələri 
cəlb etməklə ərzağa olan təlabatı ödəmək mümkün deyilsə, onda 
yalnız başqa yol, yəni kənd təsərrüfatının səmərələşdirilməsi yolu 
ilə torpağın münbitliyinin artırılması lazımıdır. Lakin bu yol ekosfer 
üçün , o cümlədən həyatın əsas sayılan pedosferin dayanıqlı 


56 
mövcudluğuna ciddi təhlükə yaradır. Belə təhlükə kənd təsərrüfatı 
fəaliyyətində artıq müxtəlif cür real olaraq özünü göstərir. Kənd 
təsərrüfatının sonrakı səmərələşdirilməsində bu təhlükə daha da 
güclənə bilər. 
BMT-nin təbii xammal ehtiyatları komitəsinin verdiyi məlumata 
görə, yatağın açıq və yer altı üsullarla istismar olunmasından asılı 
olaraq qazıntı komponenentinin faiz miqdarı yarım dəfə azaldılarsa, 
faydalı qazıntının ehtiyat həcmi 2-3 dəfə deyil, 10 dəfə artmış olur. 
Bu, xalq təsərrüfatını mineral xammalla təmin olunması 
baxımından çox vacibdir. 
Faydalı qazıntı yatağının işlənilməsini təbiətə olan təsirini 
geoloji 
nəticəsini 
necə 
qiymətləndirmək 
olar, 
müvafiq 
hesablamalara görə nəticələri bir neçə qrupda cəmləşdirmək olar: 
1.
ibtidai relyefin pozulması və yeni formaya düşməsi; 
səviyyənin və aşınma şəraitinin dəyişdirilməsi; 
2.
yer qatında olan birləşmə və elementləri yer üstünə 
çıxarılması nəticəsində yer üstündən maddənin geokimyəvi 
balansının dəyişdirilməsinə təsiri; 
3.
dağ-mədən kütlələrində əmələ gələn yeni süxurların yer 
qatında yatan süxurların xüsusiyyətlərindən fərlənməsi; 
4.
yeraltı səviyyələrin tərkib və təzyiqlərinin dəyişdiirlməsi. [2] 
Texniki tərəqqi əsrində, dünyanın bır sıra ölkələrində sənayenin 
yüksək inkişaf etməsilə əlaqədar torpaq örtüyünün pozulması, 
dağılması fəlakətli miqyas almışdır. Əvəllər kənd təsərrüfatı üçün 
yararlı sahələrin yerində karvanxanalar qazılmış, yararsız laylarla 
örtülmüş, yollar, borular salarkən dağılmışdır. Insan fəaliyyəti ilə 
relyefi, hidroloji rejimi dəyişmiş, torpaq örtüyü məhv edilmişdir. 
Belə yerlər pozilmuş sahələr adlanır. Biosferin təmizliyinə xüsusilə 


57 
təhlükə yaradan mineral xammal istehsal edən. Tərkibində bitki və 
heyvanat aləmi üçün zərərli sayılan sənaye tullantıları hesab edilir. 
Dağ-mədən sənayesinin fəaliyyəti,xüsusən faydalı qazıntıların 
açıq üsulla istehsalı nəticəsində yer qabəğının üst qatlarında dərin 
dəyişikliklər baş verir. Bu zaman 10 metrlərlə, bəzən 100 m 
dərinliklərdən şıxarılan süxur qatları açılır, qarışdırılır və laylar 
atılır. Layların səthində çox vaxt bitkilərininkişafı üçün fiziki-
kimyəvi xassələri əlverişsiz olan süxurlar yerləşir. Belə ərazilər 
neçə onilliklər bitkisiz olub “ sənaye səhrasına “ çevrilir. Bu sahələr 
təsərrüfat istifadəsindən çıxmaqla yanaşı, həm də ətraf mühitin 
çirklənmə mənbəyi sayılır. 
Faydalı qazıntıların açıq üsulla çıxarılması təbii komplekslərə 
kəsgin təsir göstərərək landşaftın komponentlərinin dəyişməsinə 
səbəb olur. Bu zaman torpaq örtüyü, litogen əsas dəyişir, yeni 
landaştın morfoloji hissələrinin görünüşü tamamilə dəyişir. 
Antropogen sistemdə belə ərazilər “ təbii-texnogen “, yaxud da 
texnpgen landşaft adlanır. Texnogen landaştın digər antropogen 
landaştlardan 
fərqi 
texnikanın 
və 
istehsalın 
ayrı-ayrı 
texnologiyasının təsiri nəticəsində dərin dəyişikliyə uğramasıdır. 
Ekoloji şəraitn yaxşılaşdırılması, istiqamətində hidrotexniki və 
digər mühəndis qurğularının yaradılması buna misal ola bilər. 
Sənayenin neqativ nəticələrini aradan qaldırmaq üçün hazırda 
sənayes inkişaf etmiş ölkələrdə torpağın rekultivasiyası kimi aktual 
problem irəli sürülür. Pozulmuş torpaqların, ərazilərin bərpası 
prosesi rekultivasiya adlanır. Ərazinin rekultivasiyasının məqsədi 
müxtəlif işlərin (mühəndis, dağ-texniki, meliorasiya, kənd 
təsərrüfatı, meşəçilik və s.) kompleksi kimi müəyyən vaxt ərzində 
yerinə yetirilərək sənaye tərəfindən pozulmuş torpaqların 
məhsuldarlığını bərpa etmək, mədəni-antropogen landşaftların


58 
elementləri yaratmaq, ətraf mühit şəraitini yaxşılaşdırmaqdan 
ibarətdir. 
Sənaye 
fəaliyyəti 
tərəfindən 
pozulmuş 
landaştın 
rekultivasiyasının 
istiqaməti 
və 
metodları 
pozulmanın 
xarakterindən, regionun inkişaf vəziyyəti, rekultivasiyanın iqtisadi 
və sosial əhəmiyyətindən, fiziki-coğrafi xüsusiyyətindən asılıdır. 
Odur ki, müxtəlif ölkələrdə, hətta bir ölkənin müxtəlif rayonlarında 
rekultivasiya işləri oranın spesifik xüsusiyyətlərinə uyğun 
aparılmalıdır.
Dünya ölkələrinin əksəriyyətində texnogen landşftların sonrakı 
istifadə məqsədindən asılı olaraq aşağıdakı əsas rekultivasiya 
istiqamətləri məlumdur. 
1)
Kənd təsərrüfatı istiqaməti: pozulmuş ərazidə əkin (səpin), 
aparmaq, bağ salmaq, çəmən və otlaq kimi istifadə etmək ; 
2)
Meşə təsərrüfatı istiqaməti : a) məqsədyönlü meşəliklər
( torpaqqoruyucu, su təmizləyici) salmaq ; b) istismar əhəmiyyətli 
meşəlik salmaq. 
3)
Yaşıllaşdırma və səhiyyə-gigiyena istiqaməti : 
istirahət zonası yaratmaq , park yaşıllığı salmaq, ətraf mühiti 
çirkləndirən tullantı layların konservasiyası və ya yaşllaşdırılması ; 
4)
Müxtəlif təyinatlı su hövzələri yaratmaq ( sutənzimləyici 
hovuzlar? Su anbar, idman hovuzu, balıq və ov yetişdirmək üçün 
göl və s. ) 
5)
Pozulmuş ərazidə yaşayış və digər tikililər yaratmaq. 
Yuxarıda göstərilən istiqamətlər bir biri sıx əlaqədədir və 
pozulmuş landşşaftların kompleks optimallaşdırılması prsosində 
eyni vaxtda həyata keçirilir. [5] 


59 
Torpaqların rekultivasiyası adətən bir neçə ardıcıl mərhələdə 
həyata keçirilir. 
Birinci mərhələ -hazırlıq mərhələsi : pozulmuş ərazinin müayinəsi 
və tiplərə ayrılması, ərazinin spesifik şəraitinin öyrənilməsi (geoloji 
quruluş, süxurun tərkibi, onun bioloji rekultivasiyaya və digər 
istifadə növünə yararlığı, hidroloji şəraitin dinamikasının proqnozu 
və s.) rekultivasiyanın və rekultivasiya olunan ərazinin istifadə 
məqsədinin təyini , rekultivasiyanın növbəti mərhələsinə tələbatın 
müəyyən olunması və iş metodunun seçilməsi , rekultivasiya üzrə 
texniki-iqtisadi əsaslandırmanın və texniki- işçi lahiyələrin tərtibi. 
Ikinci mərhələ - ərazinin müxtəlif məqsədli istifadə üçün dağ-
texniki və ya mühəndisi hazırlanması – texniki və ya dağ-texniki 
rekultivasiyası. Birinci mərhələdə hazırlanmış layihələr əsasında 
aparılır. Məqsədli istifadəyə olan təlabatı nəzərə alaraq bura tulantı 
laylarının, karxanaların səmərəli formalaşması daxildir. 
Üçüncü mərhələ - bioloji rekultivasiya və rekultivasiya olunan 
ə
razinin məqsədyönlü istifadəsinə keçid. Buna pozulmuş yerin 
münbitliyinin və bioloji məhsuldarlığının bütövlüklə bərpa 
edilməso, kənd təsərrüfatı və meşə təsərrüfatı sahələrini yaratmaq, 
su hövzələrində balıq, salınan meşələrdə isə ov heyvanları 
yetişdirmək. 
Rekultivasiyanın istiqaməti və ərazinin sonrakı məqsədli 
istifadəsi aşkar edildikdə tədbirlərin seçilməsi və ərazinin 
hazırlanma keyfiyyətinə olan tələbatı və xarakteri, bununla da , 
rekultuvasiyanın hər bir mərhələsi üçün çəkiləcək xərcər 
müəyyənləşdirilir. 
Ən ağır və baha başa gələn dağ-texniki mərhələyə olan tələbatın 
müəyyənləşdirilməsi xüxusən mühüm hesab edilir , belə k, bu 


60 
mərhələ sonrakı bioloji rekultivasiyanın və məqsədli istifadənin 
effektivliyini təmin edir. 
Faydalı qazıntıların açıq üsulla istehsalı zamanı pozulmuş 
ə
razilərin 
rekultivasiyasının 
dağ-texniki 
ə
rhələsinin 
ə
sas 
iqtiqamətləri aşağıdakılardır: 
a)
Pozulmuş ərazinin müxtəlif məqsədli istifadə növü üçün 
hazırlanmasıı. Bura aşağıdakılar daxildir: əlverişli struktura malik 
layların məqsədə uyğun (səmərəli) relyefini yaratmaq, səthin 
planlaşdırılması, yamacların hamarlanması, çökmənin nəticələrini 
aradan qaldırmaq, meliorativ tədbirlərin yerinə yetirilməsi, sahəyə 
münbit torpaq qatının verilməsi və s. 
b)
Magistrala çıxış yol şəbəkəsinin yaradılması. 
c)
Hidroloji rejimin nizamlanması (drenaj xəndəkərinin 
yaradılması, axımın nizamlanması,çay və kanalların yerinin 
dəyişdirilməsi və s.)
d)
Lazımi mühəndis qurğuların yaradılması. 
Çevrilmiş ( yararsız) gilli tərkibli layların meylliyi 1:3, qumlu 
laylarınki isə 1:4-dən dik olmalıdır. Əgər layların meşələşdirmə 
məqsədilə istifadəsi nəzərdə tutularsa yamaclarının meylliyi 1:3, 
bağçılıqda istifadə olunacaqsa isə 1:5-dən artıq olmamalıdır. Kənd 
təsərrüfatında istifadə üçün layların səthi hamar və atmosfer 
yağıntılarının artığının axması üçün birtərəfli 3-5 dərəcə meylli 
olmalıdır. Səthin planlaşdırılması iki mərhələdə aparılması məsləhət 
götürülür: ilk dəfə ümumi,1-2 ildən sonra isə planlaşdırma.
Tədqiqatçıların fikrincə laylar 15-20 ildən sonra tam sabitlik halını 
alır: çökmə ən çox ilk 2 ildə baş verir. Kənd təsərrüfatı 
rekultivasiyası zamanı layların üzərinə verilən məhsuldar qruntun 
(torpağın) qalınlığı 1 m-dən , meşə təsərrüfatı rekultivasiyasında isə 
2 m-dən az olmamalıdır. 


61 
Fitotoksiki süxurlarım səthini əlverişli tərkibli qruntla (torpaqla) 
örtmək mümkün olmadıqda qzıntı kömürünün külündən, əhəngdən 
və s. köməyi ilə kimyəvi meliorasiya aparılır. 
Dağ-texniki prosesində laylarda su rejiminin nizamlanmasında 
eroziyanın qarşısını almaq üzrə tədbirlərə böyük fikir verilir. ABŞ-
ın Kontukki ştatında layların yamacında hündür olmayan yaşıl 
terraslar düzəldilir. Belə terraslar gilli süxurların yuyulmasını 65 %, 
qumlu süxurların yuyulmasını 52 % azaldır. 
Ingiltərədə açıq üsulla istehsal zamanı öncə üst torpaq qatı 
götürülür, bir yerə yığılır, sonra isə layların planlaşdırılmış səthinə 
tökülür. 
Almaniya və digər ölkələrdə son illər işlənmiş karxanaların 
yerində müxtəlif təyinatlı su hövzələrinin yaradılmasına böyük 
ə
həmiyyət verilir. 
Faydalı qazıntıların teraltı üsulla çıxarılması əsasən yer səthinin 
çökməsi və ərazinin qeyri filiz layları ilə çirklənməsi şəklində 
pozulur. Səthin çökməsi dərinliyə görə müxtəlif ola bilər, bu faydalı 
qazıntının yerləşmə şəraitindən asılıdır. 
Şaxtalardan çıxan boş süxurların tərkibində bir sıra toksik 
elementlər olur, onlar həmçinin yüksək potensial münbitliyə də 
malik olur. Məsələn : Donbasda belə ərazilərin 80 % -çoxu bitki 
örtüyündən məhrumdur. Bu prosesin qarşısını almaq üçün ağac və 
kol biitkilərindən başqa ot səpinidə təklif olunur. 
Şəhər ərazisində və yaşayış məntəqələrinin yaxınlığında yeraltı 
qazıntılarından pozulmuş sahələrdə idman qurğuları, su hövzələri, 
parklar, yaşayış və sənaye tikintiləri yaradılır. Şaxta tullantıları 
yamaclarının 
yaşılladırılmasında 
münbit 
torpaqla 
yanaşı 
xırdalanmış torf, kompost da verilir. 


62 
Almaniyada 500-dən artıq köhnə terrikoular mövcuddur. Burada 
ə
n çox meşəsalma rekultivasiyasından istifadə olunur. Ingiltərədə 
yeraltı tullantılar olan ərazilər yaşayış, sənaye və digər tikililərlə 
yanaşı idman qurğuları və parklar altında istifadə edilir. 
Terrikonların materialından yol salma işlərində və yeraltı qazıntılar 
zamanı çökən sahələrin doldurulmasında geni istifadə olunur. 
Respublikamızda torpağın texnogen çirklənməsi əsasən dağ-
mədən və neft sənayesi tərəfindən baş verir. 
Daşkəsən dəmir filizi kombinatı ərazisinin sahəsi 1200 ha 
olmuşdur. Şimal-şərq və şimal-qərb mədənlərində filiz açıq üsulla 
aparılırdı. Bununla əlaqədar ərazinin 960 ha-ı, o cümlədən 500 ha 
yararsız süxur laylarından ibarətdir. Dik yamaclarda güclü eroziya 
prosesi gedərək yarğanlar əmələ gəlir. 
Daşkəsən alunit laylarının ərazisi 300 ha təşkil edir. Burada 
ə
kilən ağ akasiya, söyüd, göyrüş tinqləri və kolların dəmir filizi 
mədəni laylarında nisbətən daha yaxşı inkişaf etməsi qida 
maddələrinin miqdarının çox olması ilə izah olunur. Kobalt mədəni 
laylarının ərazisi 25 ha təşkil edir. Mədənin yeraltı üsulla istifadəsi 
süxurların geniş ərazilərə atılmasına səbəb olmuşdur. [6] 
Gədəbəy mis mədəni süxur laylarının ərazisi 150 ha-dır. 
K.R.Məmmədov (1978) apardığı təqdiqatlara əsaslanaraq dağ-
mədən süxur laylarını kənd təsərrrüfatında istifadə baxımından 3 
sinifə bölür. 
1-ci sinif - alunit və dəmir filizi mədən layları bitki köklərinin 
inkişafı üçün əlverişlidir, qalan hissəsi iri süxurlardan ibarətdir, 
mexaniki tərkibi müxtəlifdir. Kənd təsərrüfatı üçün tamamilə 
yararlıdır. 


63 
2-ci sinif- kobalt və qızıllı süxurların layları bitki köklərinin inkişafı 
üçün əlverişlidir. Iri süxurlar çox olduğundan səth suları tez 
buxarlanır və aşağı qatlara asan süzülür. 
3-cü sinif-zəy tullantıları, pirit və mis mədən layları, yüksək 
turuluq, bitkinin inkişafına maneçilik törədir. Kimyəvi meliorasiya 
vasitəsilə onları kənd təsərrüfatına yararlı etmək mümkündür. 
Təbii sərvətlərin səmərəli istifadəsi və ətraf mühitin mühafizəsi 
bir biri ilə sıx olan sosial iqtisadi, ekoloji sistem təşkil edir. 
Qarşılıqlı vəhdət təşkil edən və eyni zamanda cəmiyyətin iqtisadi 
fəaliyyətinin müxtəlif qütblərində duran bu üç tərəfin tədqiqi 
müxtəlif elm sahələrini əhatə edir. Onların təsiri cəmiyyətin 
fəaliyyəti sferasından çıxaraq tam şəkildə təbiətin inkişaf 
qanunlarına –“ Əksliklərin vəhdəti və mübarizəsi” , “İnkarı inkar” 
və “Keyfiyyət dəyişmələrinin kəmiyyət dəyişmələrinə keçməsi və 
ə
ksinə” qanunları çərçivəsində tənzim olunur. 
Azərbaycanda fəaliyyət göstərən dağ-mədən, metallurgiya
tikinti sənayesinin, neft-qaz çıxarma, onların emalı müəssisələrinin 
nəqliyyatın və s. ətraf mühitə göstərdikləri mənfi təsirlər, torpaq 
fondunun azalmasına, keyfiyyətinin pozulmasına, bitki və heyvanat 
aləminə dəyən ziyanlarda, su ehtiyatlarının çirkləndirilməsində, 
torpaqların məhsuldarlığının aşağı düşməsində, əhalinin səhhətinin 
korlanmasında özünü göstərir. 
Göstərilən müəssisələrin iqtisadi, sosial və ekoloji nəticələrinin 
tətqiqi, bilavasitə biosferdə təzahürünün obyektiv göstəricisi 
olduğunu müəyyən etməyə imkan verir. Bunların təyin olunması və 
oxşar cəhətlər üzrə qruplaşdırılması tipik xarakter daşıyan və bir 
sıra aparıcı sənaye cahələri üçün səciyyəvi olan təsirlərin (atmosferə 
atılan tullantılar, su hövzələrinin çirkləndirilməsi və s.) geniş 
miqyasda öyrənilməsinə və onların heç də hamısı ümumiləşdirilmiş 


64 
şə
kildə yalnız dağ-mədən sənayesinə şamil edilə bilməz. Hər 
ş
eydən əvvəl burada torpaq ehtiyyatlarına dəyən ziyanlar miqyas 
alır. Məsələ bundadır ki, digər sənaye sahələrindən fərqli olaraq, 
faydalı qazıntı mədənləri torpaqlardan əmək vasitəsi kimi istifadə 
edir. Burada yaranan tullantılar, çıxarıla boş süxurlar geniş 
torpaqları korlayır. 
Dağ-mədən və istismar işlərinin tədqiqi və onlardan optimal 
parametrərinin müəyyən edilməsi ; faydalı qazıntı yataqları, 
mədənləri, daş, duz karxanalarının istismarı; növlərinə görə 
iqtisadi-ekoloji tədbirlərin təşkili ; faydalı qazıntı mədənlərində 
yüksək iqtisadi səmərəlilik şəraitində xammalrın kompleks 
istifadəsini təmin edən texnika və texnoloji üsulların seçilməsi; dağ-
mədən işlərinin və əməyin təhlükəsizliyinin təmin edilməsi; 
tədqiqatın başlıca xüsusiyyətlərini istismar, emal vaxtı torpaqlara , 
suya bitki örtüyünə təsir edən amillərin keyfiyyət və kəmiyyət 
göstəricilərinin öyrənilməsi təşkil edir. Hasilat prosesində qazılan 
torpaqların sahəəsi dağ-mədən müəssisələrinin istehsal gücündən , 
obyektlərin tutduğu ərazidən, faydalı qazıntı yataqlarının açıq üsulla 
istismarından asılıdır. 
Bilavasitə tullantılar, qazıntılar altına düşməyən, lakin müxtılif 
tikililər, qurğular, binalar, yollar altında qalan torpaqlar tam sıradan 
çıxmasada uzun müddət, yəni mədənin istismarı vaxtında təsərrüfat 
mübadiləsindən kənarlaşdırılır. Yararlı torpaqların itirilməsi ilə 
ə
laqədar həmin zonada hərəkətdə olan istehsal ehtiyyatları ( 
torpaqların üst məhsuldar qatı, balıq ehtiyatı, meyvə bağları ) imkan 
daxilində başqa yerlərə köçürülməlidir. Belə proseslərdə sıradan 
çıxan yararlı torpaqların iqtisadi qiymətləndirilməsi renta 
konsepsiyasına uyğun aparılmalıdır. Bunun əsası ondan irəli gəlir 


65 
ki, istismar, qazıma, ətraf mühitin çirkləndirilməsi proseslərində 
itirilmiş torpaq mənfi təsirə məruz qalır. 
Bizim fikrimizcə dağ-mədən obyektləri, faydalı qazıntı 
mədənləri sahəsində qazılmış, müxtəlif tullantılar altında qalmış 
torpaqların verdiyi iqtisadi zərəri iki növə ayırmaq olar:
a)
Korlanmış, pozulmuş torpaqların əvəzinə yeni torpaq 
sahələrininmənimsənilməsinə ayrılmış xərclər; 
b)
Torpaqların təbii məhsuldarlığının itirilməsindən yaranan 
zərər. 
Istehsal və istismar vaxtı istifadə mübadiləsindən çıxmış 
torpaqların verdiyi iqtisadi, ekoloji zərəri buna “ səbəbkar” olanlar 
kənd təsərrüfatı müəssisələrinin xeyrinə ödəyir. Belə ödəniş sıradan 
çıxmış torpaqların bərpasına, rekultivasiyasına uyğun normativ 
xərclər əsasında elə aparılırki. Bərpaya məruz qalan torpaqlar 
istifadə üçün yararlı hala salınsın. 
Faydalı qazıntı mədənlərində, onların ərazisində torpaqların 
bonitirovka edilməsi, kadastra, iqtisadi qiymətləndirməyə məruz 
qalması korlanmış, qazılmış torpaqların bərpası, rekultivasiyasını 
çətinləşdirir. 
Korlanmış torpaqların mənimsənilməsində, rekultivasiyasında, 
yeni torpaq sahələrinin istifadəsində müvafiq texnika, əmək , 
maliyyəvəsaiti ilə əldə edilən iqtisadi-ekoloji sərfəliliyinin 
uzlaşdırılması arasında xeyli uyğunsuzluq yaranmışdır. Bunu nəzərə 
alaraq belə qərara gəlmək olar ki, faydalı qazıntı mədənlərinin, dağ-
mədən müəssisələri istifadəsinə ayrılmış torpaqların verdiyi zərərlə 
yanaşı onların bərpa xərclərini də nəzərə almağı tələb edir. 
Dağ-mədən tullantıları, sənaye müəssisələri altında torpaqların 
qalmasından yaranan ümumi zərərin bir hissəsidir. Ona görə ki, 


66 
mədənlər altında qalan torpaqlarda aparılan istismar və qazma 
işləri, emal prosesləri də ətraf mühitə texnogen və antropogen təsir 
edir. Belə təsirlərə məruz qalan torpaqların verdiyi ziyanların 
miqdarının azadılması rekultivasiya tədbirlərinin aparılmasını tələb 
edir. Respublikanın Torpaq Məcəlləsinə əsasən faydalı qazıntı 
mədənlərində istismar işləri başa çatdıqdan sonra, sahibkar olan 
müvafiq idarələr aşınmış, qazılmış, korlanmış torpaqları kənd 
təsərrüfatına yararlı hala salmalıdırlar. Yuxarıda qeyd edilənlərdən 
belə nəticəyə gəlmək olar ki, dağ-mədən, metallurgiya, tikinti 
materilları müəssislərinin korladıqları torpaqların zərəri kənd 
təsərrüfatı məhsullarının itirilməsində, ekoloji mühitin nizami 
inkişafının pozulmasında, təbiəti bərpa xərclərində özünü göstərir. 
Bərpa tədbirlərinin maliyyələşdirilməsi iki mənbədən ola bilər: 
a)
Dağ-məədn müəssisələri hesabına; 
b)
Dövlət büdcəsi hesabına 
Hər iki halda təbiəti bərpa işlərinə sərf edilən xərclər məhsulun 
maya 
dəyərinə 
daxil 
edilməlidir. 
Burada 
torpaqların 
rekultivasiyasına sərf edilmiş xərc və vəsaitləri ayırmaq lazımdır. 
Bizim fikrimizcə bu tədbirlərin xərcləri torpaqları korlayan, 
müsadirə edən daö-mədən müəssisələri hesabına aparılmalıdır. 
Torpaqların mineral gübrələrlə kimyalaşdırılmasında, torpaq 
eroziyasının genişləndirilməsində, filizlər, qeyri filizlər, boş 
suxurlar vasitəsilə aktiv qələviləşmə baş verir. Mədənlərdə 
torpaqlarla yanaşı ən çox zərər çəkən yerüstü və yeraltı sular, bitki 
örtüyüdür. Bunlar iki istiqamətdə gedir : istismar vaxtı səth və 
yeraltı suların karxanalarda, qazılmış yerlərdə bataqlıq əmələ 
gətirməsi; qazıntı işləri vaxtı yeraltı suların səthə çıxması ilə. Bu 


67 
yolla torpaqların üstünə tökülən minerallamış sular torpaqların 
stukturunu pozur, onu şorlaşdırır, mikrobataqlıqlar əmələ gətirir.
Göründüyü kimi, dağ-mədən, faydalı qazıntı sənaye 
müəssisələrində torpaqların aşınması, korlanması kompleks, 
çoxşaxəli zərərlər verir ki, bu da iqtisadi inkişafı və ekoloji 
müvazinəti pozur. 
Təkrar xammal materiallarının, emal müəssisələrinin xərcləri 
ayrıca olaraq cari ilin tullantıları və onların anbarlaşdırılması 
xərclərinin nəzərə alınmasını nəzərdə tutur. Bununla belə cari 
tullantıların,təkrar xammal materiallarının filiz, qeyri-filiz 
sərvətlərinin emalı, istifadəsi və bundan irəli gələn ekoloji 
aqibətlərin, antropogen təsirlərin amilləri eyni deyildir. Belə 
vəziyyət eyni təbii, iqtisadi şəraitə malik rayonlarda ilkin və təkrar 
xammal materiallarının istifadə edilməsində iqtisadi- ekoloji 
nəticələrində müxtəlif səviyyədə olmasına səbəb olur. Tullantıların 
və təkrar xammal materiallarının istismarı və emalında, istehsal 
xərclərinin formalaşmasında başlıca məsələ əsas məhsulla yanaşı 
tullantılar, 
təkrar 
emal 
xammalları 
arasındakı 
xərclərin 
paylaşdırılmasıdır. Xammalın hasilatı, çıxarılan süxurların emalı 
texnoloji üsulların bir hissəsi olduğundan, onlara sərf edilən xərc və 
məsariflər müvafiq xammalın ümümi xərclərinə daxil edilir. Başqa 
tərəfdən, nə qədər ki, istifadə vaxtı lay süxurları bir növ “ mineral 
xammala” çevrilir, onda onların çıxarılmasına, daşınmasına sərf 
edilən xərclər məhsulun dəyərinə daxil edilməlidir. 
Dağ-mədən, metalurgiya müəssilərində maliyyə vəsaitlərinin 
paylaşdırılmasında bir neçə metoddan istifadə edilir. Bura eyni və 
ya oxşar səmtli 
məhsullara xərclər ayrılması, onların 
paylaşdırılması, bir başa hesabatlar, sıfır metodlar daxildir. 


68 
Ilkin və təkrar təmayüllü müəssisələr də əsas məhsullara təkrar 
xammal materialları arasında xərclərin paylanması, kompleks 
istehsal məhsullar alınmasında onun kimi, 1 m kub dağ-süxurlarının 
çıxarılmasına, istifadəsinə görə istehsal xərclərini nəzərə almalıdır. 
Daşkəsən dağ-mədən, Zəylik mədəni idarəsində bu metodun tədbiq 
edilməsi ilkin xammalla yanaşı tullantıların (çıxdaşların) təkrar 
xammal materiallarının səmərəli istifadəsinə imkan verən ciddi amil 
olardı. 
Pozulmuş torpaqlarda külək. Su eroziyası daha sürətlə 
getdiyindən onun bərpası, rekultivasiyası çətinləşir, kənd 
təsərrüfatına yararlı sahələrinə zərər dəyir. Tərkibi kimyəvi 
maddələrlə zəngin olan Paraqaçay mis-molibden, Gümüşlü sink-
qurğuşun, Daşsalahlı bentonit mədəni tullantılarının torpaqa, ətraf 
təbii mühitə təsiri daha çoxdur. 
Dağ-mədən, 
metallurgiya 
müəssisələrində 
torpaqların 
örtürülməsindən, tullantılar altında qalmasından irəli gələn zərərin 
miqdarı (həcmi) onların əvəzinə yeni torpaqların mənimsənilməsi 
və korlanmış sahələrin rekultivasiyası xərcləri ilə hesablanır. 


69 
Təkrar xammal materiallarından kompleks istifadə edilməsi sxemi. [3] 
Sxem 4 
Faydalı qazıntıların hasilatı Yardımçı məhsulların hasilatı 
Onlardan faydalı elementlərin Məhsulların çeşidinin artırılması 
çıxarılması 
Məhsullar istehsalı Tərkibi “kasıb” və çətin emal
olunan xammalların kompleks
istifadəsi
Tullantıların və çıxdaşların Tullantıların və çıxdaşların emalı 
azaldılması 


70 
Cəmiyyətin, ETT-nin inkişafı ilə yanaşı iqtisadiyyatın kompleks, 
optimal idarə edilməsi və hansı mülkiyyət sahibliyində olursa olsun 
istehsalın planlaşdırılması zəruriliyi həmişə aktuallığını regional 
iqtisadi-ekoloji sistemə daxildir. Bu sistemin optimal həllinin və 
idarə edilməsinin sərfəli metodunun, optimal idarə edilməsinin 
saxlanılması ilkin və təkrar xammal materiallarıdan istifadə 
edilməsinin ən sərfəli yoludur. Hasilat, istismar, emal proseslərində 
bu metodun fəaliyyəti hansı sərfəli optimal, təbiəti mühafizə 
problemlərinin həllinə yönəldilməsinə xidmət edir. 
Yuxarıda göstərlinən problemin qarşıda qoyduğu zəruri 
məsələlərdən biri də istehsal və təsərrüfat mexanizmi proseslərində 
makro və mikro-səviyyədə iqtisadi-ekoloji məsələlərin strateyi 
təmayülünün araşdırılmasıdır. 
Faydalı qazıntıların hasilatı, emalı, nəql edilməsi, təkrar xammal 
materiallarının istifadəsi proseslərində texniki-iqtisadi və onlarla 
qarşılıqlı hərəkətdə olanbir sıra iqtisadi-təşkilati problemlərin həlli 
ilə yanaşı, təsərrüfat mexanizmi çərçivəsində göstərilən sxemdə 
material sərvətlərinin kompleks istifadəsini qarşıya qoyur. 
Əmək cismindən əmək alətlərinə istehsal vasitələrinə çevrilmiş 
konstruktur əhəmiyyətli təkrar xammal materiallarının istifadəsi üç 
böyük məsələni həll edir. 
a)
Yerli xammal mənbəyini artırır; 
b)
Ə
traf təbii mühiti çirkləndirən amilləri (səbəbləri) aradan 
qaldırır; 
c)
Nisbətən az maliyyə vəsaiti, material sərfi müqabilində 
müəssisələrin istehsal etdikləri məhsulların çeşidini artırır. 


71 
Demək olar ki, istifadəsiz qalan ehtiyyatlar ildən ilə üst üstə 
gəlib, “anbarlara” çevrilir. Hazırda təkcə dağ-mədən, metallurgiya 
sənayesi müəssisələrində, şəhələrdə, sənaye mərkəzlərində və s. 
məntəqələrdə təxmini hesablamalara görə 200 ml t-dan çox 
müxtəlif metallar, metal tutumlu, tullantılar, işləməyən neft 
buruqları, relslər, təkrar metal xammalı, istifadədən çıxmış 
maşınlar, maşın hissələri, dəmir yolu vaqonları, qışda mənzinlərə 
istilik verilməməsi üzündən çıxarılıb atılmış radiatorlar, mənzil-
məişət tullantıları və s. vardır. 
Bunların siyahsını mənəvi və fiziki cəhətdən köhnəlmiş, aşınmış 
maşınlar, avadanlıqlar, müxtəlif dəmir, polad, uyğun, əlvan metal 
hissələri, tərkibi metallurgiya xammalı ilə zəngin olan şlaklar, 
ş
lamlar, sıradan çıxmış yeraltı, yerüstü su, qaz, neft kəmərləri, 
limanlarda, portlarda çürüyən barjlar, paraxodlar, gəmilərdə 
uzatmaq olar.
Faydalı qazıntı yataqlarının ölçülərinə gəldikdə, qeyd etmək 
lazımdır ki, böyük ölçülü yataqlarda quyu qazma üsulunun tətbiqi 
yatağa aid geoloji materialların əldə olunmasına kömək edir. Bu da 
yatağın ölçüsü haqqında yalnış fikirləri aradan qaldırır. Kiçik ölçülü 
yataqların öyrənilməsi çətinlik törədir. Burada quyu qazıma 
üsulunun tətbiqi yataq haqqında yalnış fikirləri artırır, əlavə boş 
quyuların qazımasına gətirib çıxarır. Bu səhvləri aradan qaldırmaq 
üçün açıq dağ-mədən qazıma üsuluna keçmək daha sərfəlidir. 
Dağ-mədən sənayesində kimyəvi üsulun, həmçinin açıq üsulla 
faydalı qazıntıların çıxarılmasının perspektivli olması yüksək 
qiymətləndirilir. Belə ki. əvvəla bu üsul ehtiyatı az olan yataqların 
istismarı üçün əlverişlidir. Ikincisi, əlavə qazıntı işlərinə ehtiyac 
qalmır. Üçüncüsü, ətraf mühitə zərər az dəyir. Dördüncüsü, 


72 
təhlükəsizlik texnikası qaydaları daha yaxşı gözlənilir və s. 
Beləliklə də ətraf mühitin qorunmas təmin edilir. 


73 

Download 349,15 Kb.
1   2   3   4   5   6   7   8   9




Download 349,15 Kb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Microsoft Word Aysen-Valide dissertasiya doc

Download 349,15 Kb.
Pdf ko'rish