Microsoft Word Aysen-Valide dissertasiya doc




Download 349,15 Kb.
Pdf ko'rish
bet2/9
Sana08.12.2023
Hajmi349,15 Kb.
#113754
1   2   3   4   5   6   7   8   9
Bog'liq
Aysen-Valide-dissertasiya
aytacdünya, 04(meqale), movzu 7., Fransuaza Saqa “Salam Kədər” əsəridocx, ISGUZAR-YAZISMALAR-I-KOLOKVIUM-2003, 6mdk, 532009154
I FƏSIL. TƏBII SƏRVƏTLƏRDƏN ISTIFADƏ 
PROBLEMLƏRI.
Təbii resurslar anlayışına - insanların yaşayışı və elecə də 
məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi üçün təbiətdə 
istifadə edilən , eləcə də istifadəsi mümkün olan bütün elementlər 
daxildir. Cəmiyyətin sosial-iqtisadi inkisafı insanların təbii 
ehtiyatlardan istifadə etməsi ilə əlaqədardır. Müasir dünyanın 
faydalı qazıntılar xəritəsində 250-dən artıq faydalı qazıntı növü ilə 
yanaşı 200-dən çox saya malik antropogen təsirə məruz qalmış 
müəyyən daşlar da öz əksini tapmışdır. Onların istehsal 
dövrüyyəsinə qoşulmaları isə bəşər sivilizasiyasının bütün tarixi 
boyu baş vermişdir. Hal hazırda 160-dan çox mineral sərvətdən 
istifadə olunur. 
Təbii resurslar cəmiyyətin tələbatın ödənilməsi üçün istifadə 
olunan təbii elementlərdir. Bunlara insan həyatı və məhsuldar 
qüvvələrin inkişafı üçün təbiətdə istifadə edilən və edilməsi
mümkün olan resurslar daxildir. Bu fəaliyyətdə bilavasitə iştirak 
etməyən, lakin maddi istehsal və qeyri-madii istehsal sahələrində 
zəruri olan komponentlər vardır ki, o da təbii şərait anlayışıdır.
Təbii resurs və təbii şəraitin məcmusu cəmiyyətin həyatında və 
fəaliyyində mühüm əhəmiyyət kəsb edirş bu baxımdan, cəmiyyətlə 
təbiəti bilavasitə əlaqələndirən məhz təbii resurslarıdır. Insanların 
yaşaması və həyat fəaliyyəti prosesinə təsir edən amillərdən biri 
təbii resursların mənimsənilməsidir. 
Təbii şərait ətraf mühitin xassələrinin məcmusudur ( coğrafi 
mövqe, iqlim, daxili sular, torpaq və bitki örtüyü, heyvanlar aləmi, 
təbii ehtiyatlar). Təbii şərait təsərrüfatın bütün sahələrinə, insanın 
həyat şəraitinə məskunlaşmasına müxtəlif dərəcədə müsbət və ya 
mənfi təsir göstərir. 



Təbii şərait tarixən insan fəaliyyətinin təsirinə məruz qalır və 
dəyişir. Təbii ehtiyatlardan isə istifadə nəticəsində onlar azalır, 
istifadə olunmayan torpaqlar istifadəyə verilir, eroziya güclənir, 
hava və su hövzələri, torpaqlar çirklənir və yararsız hala düşür, 
ekoloji böhran yaranır. Insan təbii şəraiti yaxşılaşdırır : səhra və 
yarımsəhra su çəkir, qoruyucu meşə zolaqları salır və s. Elmi-
texniki inqilab dövründə insanların texniki imkanları daha da 
artığından təbii şəraitin dəyişməsi daha sürətlə baş verir. Odur ki,bu 
imkanları elmi cəhətcə əsaslandırmaq və təbii müvazinəti gözləmək 
lazımdır. 
Təbii ehtiyatlar ( resurslar ) - istehsalın cəlb olunaraq, onun 
xammal və enerji bazasını təşkil edən təbii komponentləridir. Təbii 
ehtiyatlar insanların istifadə etdikləri və edə biləcəkləri bütün 
nemətləri özündə birləşdirir. O, tükənən və tükənməyən növlərə 
bölünür. 
Tükənməyən təbii resurslardan ( Günəş, geotermal, külək və s. 
enerjisi ) istənilən qədər istifadə oluna bilər. Lakin bəşəriyyət 
tükənməyən təbii sərvətlərdən hələ genis istifadə edə bilmir. 
Tükənən təbii resurslar bərpa olunan ( torpaq, hava su, bitki və 
heyvanlar) və bərpa olunmayan ( mineral sərvətlər ) ehtiyatlara 
bölünür.
Təbii ehtiyatlardan səmərəli istifadə etmək üçün onlar təsərrüfata 
yararlılıq cəhətdən qiymətləndirilməlidir. Bunun üçün ehtiyatların 
cəmlənməsi ; keyfiyyət tərkibi ; məhsul hasilatına çəkilən xərclər ;
regionun məskunlaşması və mənimsənilməsi ; nəqliyyat şəraiti və 
xərci ; ətraf mühitin mühafizəsi imkanları və s. şərtlər nəzərə 
alınır. 


10 
Təbii resursların iqtisadi qiymətləndirilməsi ayrı-ayrı təbii 
resursların qiymətli və xeyrli istehlak xüsusiyyətlərinin pulla 
ifadəsidir və üç metodla həyata keçirilir : 
-
Xərc ( təbii resursların qiymətləndirilməsinə və onların 
istifadəsinə çəkilən xərclərə görə aparılır ) ; 
-
Renta ( ayrıca təbii resurslardan alınan effəktə görə 
qiymətləndirmə ) ; 
-
Qarışıq ( təbii resursların istifadəsinə görə xərclər və 
onların istifadəsindən alınan effektə görə qiymətləndirmə )ş 
Bəşəriyyətin 
sosial-iqtisadi 
inkişafı 
təbii 
resursların 
istifadəsindən asılıdır. Təbii resursların müxtəlif növlərinə olan 
təlabat, onların mənimsənilməsinə sərf olunan vəsait eyni deyil. 
Məsələn , oksigensiz dəqiqə yaşaya bilmədiyimiz halda, uransız 
min illər həyat sürmüşük. Yerdən çıxarılan təbii resurslar xammal
istehsalda bir neçə dəfə şəklini dəyişmiş xammal isə iqtisadi resurs 
adlanır. 
Cəmiyyətin inkişaf ilə bağlı təbii resurslara olan təlabat artır və 
təbii resurslardan daha çox istifadə edilir bir çox resurslar azalır və 
onların tükənmək təhlükəsi yaranır. Bu da bəşəriyyəti daha çox 
narahat edir. 
Təbii resurslar cəmiyyətin tələbatının ödənilməsində xidmət 
edən təbii elementlərdir. Təbii resursların xüsusiyyətlərinin 
müxtəlifliyinə görə təsnifatı çoxdur. Istifadə olunma xüsusiyyətinə 
görə istifadə və potensial resurslar ayrılır. Potensial resurslara həm 
istifadə olunan, həm də hələlik istifadə olunmayan və ehtiyatı 
dəqiqləşdirilməmiş ehtiyatlar daxildir.
Bir çox təbii resurslar ( su, torpaq, mineral, meşə ) çox məqsədli 
istifadə xarakterinə malikdir. Aqroiqlim və rekreasiya resursları 
insna fəaliyyəti üçün zəruri olan təbii şərait və resursların 
məcmusudur. 
Təbii resursları tərkibinə görə mineral, torpaq, su, bioloji, iqlim, 
geotermal və s. növlərə ayırırlar. 
Müasir dövrdə təbii resurslardan qanaətlə istifadə, təkrar 
xammaldan istifadə ( metal məmulatının 30 % - dən çoxu təkrar 


11 
xammala əsaslanır ) vacib məsələdir. Bərpa olunan resursları 
artırmaq mümkündür ( BƏƏ, Qatar və b. ölkələrdə meşələr
salınır ). 
Ölkənin milli zənginliyi və iqtisadi inkişafı təkcə onun təbiii 
resursların 
bolluğu 
ilə 
deyil, 
ə
halinin 
ə
mək 
vərdişi, 
zəhmətsevərliliyi, biliyi və s. ilə müəyyən edilir ( Yaponiya ). 
Təbii sərvətlər insan cəmiyyətindən əvvəl yaranmış və insansız 
mövcud olmuşdurş insan təbiətdə yaşayır və inkişaf edir. Hələ İsveç 
alimi K.Linney ( 1707-1778 ) təbii sərvətləri üç qrupa bölmüşdür : 
- minerallar; 
- bitkilər; 
- heyvanlar. 
Müasir elm baxımından təbii ehtiyatları real və potensial, 
elemenar ( sadə ) və kompleks ( mürəkkəb ) kimi qruplara 
bölürlər : 
Real ehtiyatlar cəmiyyətin müəyyən inkişaf mərhələsində insanı 
ə
mək və istehsal proseslərinə cəlb edən sərvətlərdir. Məsələn: 
kömür, qaz, neft, elektrik enerjisi, balıq və başqa heyvanların ovu, 
atom enerjisindən, kosmosdan istifadə və s. 
Potensial sərvətlər hazırda istifadə olunmayan və ya cüzi 
miqdarda istifadə olunan sərvətlərdir. Məsələn: günəş və külək 
enerjisi, ay və başqa planetlərin sərvətləri, dəniz dalğalarının 
enerjisi və s. 
Tərkibi mürəkkəb olmayan, yəni eyni tərkibli sərvətlər ( oksigen, 
azot, günəş enerjisi və s.) sadə və ya elementar sərvətlər adlanır.
Kompleks və ya mürəkkəb sərvətlərə atmosfer havası, su, daş 
kömür, müxtəlif filizlər və s. daxil edilir. 
Insan təbiətə təsir edərkən onun sərvətlərindən istifadə edir. 
Buna görə də sərvətlərin istifadə dərəcəsindən asılı olaraq onlar 
azala və hətta qurtara bilər. Tükənən sərvətlər də, öz növbəsində, 


12 
bərpa olunmayan, nisbətən bərpa olunan və bərpa olunan sərvətərə 
ayrılır. Bərpa olunmayan sərvətlərə faydalı qazıntılar, yəni daş 
kömür, neft, əlvan metallar və s. kimi istifadə nəticəsində sərf 
olunan sərvətlər aiddir. Bu qrupa nəsli kəsilmiş heyvanlar, quşlar, 
bitkilər və s. bioloji obyektlər də daxil edilir. 
Nisbətən bərpa olunan sərvətlərə isə yaşıl ağaclar, torpaq 
(torpağın münbitliyi, məhsuldarlığı, bərəkəti ) və bəzi mineral 
xammal aiddir. Məlumat üçün qeyd edək ki, torpağın bərpası üçün 
uzun illər, məsələn, 300-1000 il lazımdır. 
Tükənməyən sərvətlərə kosmik amillər ( günəş enerjisi, su 
enerjisi, külək enerjisi və yer qatlarının enerjisi aiddir. 
Təbii ehtiyatların geniş təkrar istehsalını təşkil etmək, onların 
istehsalında dövrünü sürətləndirmək işində bərpa olunan 
ehtiyatlaırn böyük əhəmiyyəti vardır. Bərpa olunan ehtiyatlara 
bioloji ( meşə, təbii otlaqlar, fauna ) və torpaq ( münbitlik ) 
ehtiyatları aiddir. 
Iqlim elementlərindən olan günəş radiasiyası, yağıntılar, küləyin 
enerjisi tükənməz ehtiyatdır. Qlobal miqyasda su da tükənməz 
ehtiyatlardır. Lakin hər hansı bir konkret halda şirin su ehtiyatları 
tükənən ehtiyat qrupuna aid ola bilər. 
Məhsuldar qüvvələrin inkişafı ilə əlaqədar olaraq insanın təbii 
ehtiyatlardan istifadəsi həm kəmiyyət, həm də keyfiyyət cəhətdən 
ş
iddətlənir. Bir çox hallarda insanın təbiətə təsiri, təbii ehtiyatlaırn 
azalmasına, təbii komplekslərin daxili ( struktur ) və ərazi 
ə
laqələrinin pozulmasına səbəb olur. 
Təbii ehtiyatlar anlayışının məzmunu, bu kateqoriyanın 
ə
həmiyyəti və təsnifatı haqqında İ.P.Gerasimovun, Y.T.Sauşkinin, 
A.M.Mintsin və b. xüsusi tədqiqatları vardır. 


13 
A.M.Mints qeyd edir ki, təbii ehtiyatların madii tərkibi tarixən 
nisbi olmaqla cəmiyyətin nail olduğu məhsuldar qüvvələrin inkişaf 
səviyyəsindən və cəmiyyətin təbiəti haqqında elmi biliyindən 
asılıdır. Təbii varlıqların təbii ehtiyat kateqoriyalarına aid edilməsi 
üçün əsas kimi aşağıdakıları nəzərə almağı məsləhət görürlər: 
1. Təbii varlığın istifadəsinin texniki imkanı ; 
2. Cəmiyyətin tələbatını ödəmək üçün bu təbii varlığın
istifadəsinin iqtisadi səmərəsi ; 
3. Təbii varlığın istifadəsinin məqsədə müvafiqliyi və xassələrin 
öyrənilmə ( dərketmə ) səviyyəsi. 
A.M.Mintisin fikrincə,hazırda texniki-iqtisadi səbəblərdən 
istifadə olunmayan və yaxud istifadəsi mümkün olmayan təbii 
varlıqlar – potensial təbii ehtiyatlardır. Buna əsasən təbii 
ehtiyatların bir neçə qrupa aid edilməsi məsləhət görülür: 
1. Faydalı qazıntılar ( geoloji sərvətlər ) ; 
2. İqlim ehtiyatları ; 
3. Torpaq ehtiyatları ; 
4. Su ehtiyatları ; 
5. Bitki ehtiyatları ; 
6. Fauna ehtiyatları. 
Bu qruplardan əlavə atom enerjisi ( nüvə daxili və istilik-nüvə ) 
və planetar enerji mənbələri : qabarma-çəkilmə, geometrik enerji də 
təbii ehtiyatlara aiddir. təbii ehtiytaların istifadə formasına və 
istiqamətinə əsasən onların iqtisadi qruplaşdırılması da ( təsnifatı ) 
aparılır. Ilk növbədə iki qrup nəzərdə tutulur : 
1) İnsanların yaşaması üçün labüd təbii varlıqlar
2)
Ə
mək vasitəsi mənbəyi olan təbii varlıqlar. 


14 
A.M.Mints iqtisadi təsnifatı aşağıdakı kimi izah edir : 
a) maddi istehsal ehtiyatları : 
- sənaye 
- kənd təsərrüfatı 
b) qeyri-istehsal sahəsinin ehtiyatları : 
- vasitəsiz istehsal 
- vasitəli istifadə. 
Madii istehsal ehtiyatlarından sənaye və kənd təsərrüfatında 
istifadə olunması hamıya aydındır. Qeyri-istehsal sahəsinin 
bölmələrinə gəldikdə bilavasitə istehsal olunan ehtiyatlar qrupuna -
ə
halinin həyat vasitələri kimi istifadə etdiyi şeylər, vasitəli istifadə 
qrupuna isə təbiətin idman, istirahət, müalicə və digər məqsədlərlə 
istifadəsi aiddir. 
Məlumdur ki, təbii vasitələr bir neçə məqsəd üçün istifadə oluna 
bilər. Məsələn, su içmək üçün, həmçinin, hidroenerji mənbəyi kimi, 
nəqliyyat vasitəsi kimi də məişətdə istifadə olunur. Meşədən 
oduncaq mənbəyi, istirahət yeri, otlaq, giləmeyvə və toxum, dərman 
bitkiləri toplamaq və digər məqsədlər üçün istifadə olunur. Deməli, 
təbii ehtiyatlar istifadə formasına görə iki qrupa ayrılır : 
1) İxtisaslaşdırılmış istifadə olunan ehtiyatlar ; 
2) Müxtəlif məqsədli istifadə olunan ehtiyatlar. 
İstifadəyə misal olaraq faydalı qazıntıların çıxarılmasını 
göstərmək olar. Məlumdur ki, geoloji xidmət müəssisələrinin əsas 
məqsədi faydalı qazıntını çıxarmaqdan ibarətdir. Xammalın sonrakı 
emalı digər istehsal sahələrinin işdir. 
Müxtəlif məqsədli istifadə kompleks və raqabət xassəli olur. 
Kompleks istifadədə təbii ehtiyatlardan istifadə edən sahələr bir biri 
ilə sıx əlaqədardır, rəqabət istifadədə isə əksinə, müxtəlif sahələrin 
ə
laqəsi, demək olar ki, yox dərəcəsindədir. Rəqabət istifadəyə misal 
olaraq əkin sahələrini göstərmək olar. 
Təbiətin mühüm amilləri bir biri ilə qarşılıqlı əlaqədə və 
təsirdədir. Hər bir təbii ehtiyatlar növünün mühafizəsinin öz 


15 
xüsusiyyəti və istifadə qaydaları vardır. Məsələn, çirkli hava 
küləklərlə, su isə arxlarda böyük əraziyə yayılır və orada heyvan
bitki, torpaq və s-yə mənfi təsir göstərir. 
Son illərdə təbii ehtiyatları üç əsas qrupa bölməyi məsləhət 
görürlər: 
1.
Bərpa olunan və bərpa olunmayan sərvətlər ; 
2.
Əmələ gələn və əmələ gəlməyən sərvətlər ; 
3.
Əvəz edilən və əvəz edilməyən sərvətlər . 
Uzun müddət bəsit texnikanın, texnoloji üsulların tətbiqi, 
istehsalın sahəvi üsulla idarə edilməsi faydalı qazıntıların iqtisadi 
səmərəsini xeyli aşağı salmışdır. Istehsal proseslərində koplekslilik 
səviyyəsinə bir mənalı yanaşılmır. Məlum olmuşdur ki, dağ-mədən, 
metallurgiya sənayesində istehsal proseslərinin sona çatdırılması 
məhsul istehsalını xeyli artırar, itkiləri azaldır. Xammal təmayüllü 
sənaye müəssisələrinin təsərrüfat fəaliyyətinə 3 qrup üzrə yanaşılır: 
-
Sadə kompleks. Əsas komponentlərin çıxarılması şəraitində 
köməkçi xammallar itirilib tullantıya çevrilir ; 
-
Mürəkkəb kompleks. Xammalın tərkibindən əsas elementlərlə 
yanaşı köməkçi elementlərin xeyli hissəsi çıxarılır ; 
-
Tam kompleks. Mürəkkəb texnoloji proseslərin tətbiqi 
şə
raitində çıxarılan faydalı elementlərin miqdarı optimal səviyyəyə 
çatdırılır. [6] 
Müasir şəraitdə ehtiyatı tükənən, istismarı və hasilatı bahalaşan 
ilkin və təkrar xammal məhsullarına təlabat artır. Bu tələbatın 
iqtisadi-ekoloji baxımdan sərfəli istifadəsi elm və texnikanın tətbiqi 
ilə, təkrar xammal məhsullarının tam komplekslilik emalı ilə
istifadəsini təmin edir. Bunun vacibliyi ondan irəli gəlir ki, istifadə 
olunan ilkin , təkrar materialların istismarında , emalında faydalı 
ə
msalı artırılır., iqtisadi-ekoloji zərərləri aradan qaldırır. Qeyd 
etmək lazımdır ki, hər hansı mütərrəqi texnoloji üsulların şəraitində 


16 
xammaldan elementlərin tam çıxarılması və emalı mümkün deyil. 
Bu baxımdan istifadəyə məruz qalan hər iki sərvət növündə iqtisadi 
qiymətləndirməyə ehtiyac duyulur. Ilkin və təkrar xammalların 
tərkibindən çıxarılan faydalı elementlərin pul vahidi ilə 
qimətləndirməni aşağıdakı düsturda vermək olar: 
Mn = Y (ax-Si-hi-ix)
Burada 
Mn – təmiz məhsul (gəlir) man ; 
Y – faydalı elementlərin ümumi miqdarı, man; 
Si – safladırma prosesində itkilərin miqdarı , man; 
hi – hasilat prosesində itkilərin miqdarı, man; 
ix – istimsar və istehsalatxərcləri, man. [1]
Faydalı elementlərin çıxarılmasının optimal səviyyəsinə 
uyğun əmək, material, pul xərcləri də artır. Iqtisadi-ekoloji 
baxımdan xammalın istifadə əmsalının artırılması mühüm tədbirdir. 
Ilkin və təkrar xammal materialların emalında, metal, qeyri-metal 
məhsulların alınmasında ümumi məhsula görə alınan faktiki 
məhsulların dəyəri iqtisadi səmərənin nəticəsidir. Onların istifadə 
ə
msalı istehsalın səmərəsi ilə ölçülür. Buna görə komplekslilik 
səviyyəsinin ilkin emal proseslərində axtarmaq düzgen deyil. Ona 
görə ki, istehsal prosesi başa çatmadan faydalı elementlərin 
çıxarılmasının səmərəsini təyin etmək mümkün deyil. Istehsal 
prosesi başa çatdıqdan sonra hazır məhsulların alınmasının 
səmərəliliyi, xammal emalının komplekslilik səviyyəsini müəyyən 
edə bilər.
Müasir dövrdə Azərbaycan Respublikasının təbii sərvətlərə, 
xüsusilə konstruktiv materiallara olan tələbatı çoxdur. Hazırda 


17 
ölkəmiz əvvələrdə iqtisadi əlaqələrdə fəal iştirak etdiyi rayonlardan 
təcrid olub, onlardan materiallar gətirilməsi imkanları azalmışdır.
Bunun maddi əsasını müxtəlif, çoxlu ehtiyata malik yanacaq-
energetika, metallurgiya, kimya,tikinti, bioloji və s. sərvətlər, bol 
günəş, külək, geotermal enerjisi, işçi qüvvəsi və s. təşkil edir. 
Ağır sənayenin inkişafı,xammalın kompleks emalı ilə istehsal 
proseslərinin sona çatdırılması çoxlu kapital qoyuluşu, əmək və 
material sərfi ilə müəssisələrin işləməsindən şox asılıdır. Belə 
olduqda müəssisələrin iqtisadi fəaliyyəti təkrar istehsalı təmin edər. 
Hər bir ölkənin təbii resurs potensialı onun iqtisadiyyatına 
təsir göstərən mühüm amillərdən biridir. 
Müasir şəraitdə dağ-mədən sənayesinin inkişafında təkcə 
texniki sistemlərin təkilində deyil, həm də geotexniki 
sistemlərindən geniş istifadə edilməlidir. Hazırda bu mühəndis 
sistemlərinin lahiyələşdirilməsində qanuni meyar yoxdur. Ancaq elə 
etmək lazımdır ki, bu sistemlər ətraf mühitə daxil olsunlar, 
keyfiyyətcə onu korlamayıb, əksinə yaxşılaşdırsın. [3] 
Istifadəsi başa çatmış köhnə faydalı qazıntı yataqlarının 
(əsasən açıq üsulla istismar zamanı ) sahəsi bəzən xarabalığı 
xatırladır. Bunun qarşısınıalmaq məqsədilə əsasən istifadəsi başa 
çatmış yeraltı və yerüstü dağ-mədən qazımlarından, iqtisadiyyatın 
bu və digər sahələrində istifadə olunmalıdır. 
Insan yerin dərinliklərinə faydalı qazıntı əldə etmək üçün
nefuz edir. Bundan əlavə, onlar yer altındakı süxurların ( əhəng, 
gips, duz və s. ) əridilməsi nəticəsində əmələ gələn boşluqları tapıb 
iqtisadiyyatın müxtəlif sahələrində onlardan istifadə etmək 
sahəsində genis istifadə geniş fəaliyyət göstərir. Bu boşluqlarda 
zavodlar, anbarlar, istixanalar və şitilliklər yerləşdirilir. Məsələn, 


18 
yeraltı dağ-mədən qazımlarında mikroiqlim olduğu üçün burada 
yeyinti məhsulları saxlamaq mümkündür. 
Insanların apardıqları dağ-mədən işləri nəticəsində zəlzələlər 
yarana bilər. Məlum olduğu kimi, bərk faydalı qazıntılar ( dəmir 
filizi, kömür, mis və s. ) həm şaxta üsulu ilə həm də açıq çıxarıır. 
Hazırda çaxtaarın dərinliyi 800-1000 , şaxələrin uzunluğu isə 
onlarla kilometrə çatır. Şaxtalarda uçqunların qarşısını almaq üçün 
tavanlar müxtəlif quruluşda bərkitmə növləri ilə bağlanılıb 
bərkidilir. 
Tətbiq edilən dağ-kəşfiyyat və istismar qazımlarının bağlanıb 
bərkidilməsi bu və ya digər bərkitmə növünü seçmək üçün 
aşağıdakı amilləri nəzərə almaq lazımdır : 
-
yatağın dağ-geoloji və dağ-texniki şəraiti ; 
-
bərkitmə materiallarının texniki xüsusiyyətləri; 
-
qazımanın yer səthində yerləşmə dərinliyi; 
-
qazımanın hansı məqsəd üçün küçirilməsi; 
-
qazımanın istismar müddəti ; 
Əlavə edək ki, Azərbaycanda fəaliyyət göstərən karyerlərdə 
faydalı qazıntıların kimyəvi tərkibi müxtəlidir. Əyani olaraq 
cədvəldə onların faizlə miqdarı göstərilmişdir. 


19 
Cədvəl 1.
Yerüstü dağ işlərində, yeraltı dağ işlərindən fərqli olaraq, 
havanın şirklənməsinə geniş texnoloji proseslər, eyni zamanda təbii 
amillər də təsir edir. Süxurların daşınması, torpağın eroziyası, güclü 
küləklər vasitəsilə tozun karxanaya gətirilməsi belə amillərə aiddir. 
Adətən, açıq dağ-mədən işləri nətinəsində dağılmış torpaq 
sahələrinin ölçüsü yeraltı dağ-mədən işləri ilə pozulmuş sahələrə 
nisbətən bir neçə dəfə çox olur. 
Karxanaların dərinliyi onların yerləşdikləri rayonda su 
rejiminin kəskin dəyişməsinə səsəb olur. [3] 
Karyerin adı 
Faydalı qazıntının kimyəvi tərkibi, %-lə 
SİO2 
Aİ2O Fe2O3 CaO MgO SO2
Qaradağ 
7,85 
0,06 
0,88 
50,60 
1,40 
0,3-0,7 
Güzdək 
5,00 
0,15 
0,40 
52,10 
0,25 
0,25 
Qazax 
1,00 
1,36 
0,16 
55,25 
0,18 
0,07 
Zəyəm 
5,54 
2,40 
0,86 
50,58 
0,20 
0,30 
Ş
ahdağ 
2,42 
1,55 

52,76 
0,97 

Güldağ 
0,40 
0,40 
0,80 
58,22 
0,31 
Daşkəsən 
2,38 
0,35 
1,61 
55,00 
1,87 
0,37 
Qorov 
3,00 

-
53,60 
0,80 
0,40 


20 
Bəzən ayrı-ayrı istehsal sahələrundə aparılan iş səmərəli təşkil 
edilmədiyi üçün təbiətə və təbii sərvətlərə böyük zərər dəyir, 
torpaqda çətin sağalan “çapıqlar” yaranır, çala-çuxur əmələ gəlir. 
Bu, daha çox yer təkindən faydalı qazıntıların çıxarılması 
nəticəsində və eləcə də onların istismarı və emalı zamanı baş verir. 
Təbii ehtiyatların səmərəli istifadəsi və mühafizə üzrə 
tədbirlər hələlik vahid nəzəri və metodik əsaslara malik olmadıqları 
üçün kifayət qədər səmərli deyildir. Dağ-mədən sənayesinin ətraf 
mühitə minimum təsirini təmin edən elmi əsasların hazırlanmasında 
dağ-mədən ekologiyası elmi mühüm rol oynayacaqdır. 
Dağ-mədən ekologiyası 110 ildən çox əvvəl yaranaraq 
ekologiyanın müasir inkişaf mərhələsinə gəlib çatmışdır. Beləliklə, 
faydalı qazıntıların axtarışı və onların açıq üsulla istismarı ilə 
ə
laqədar olan işləri elə aparmaq lazımdır ki, landaşta cüzi zərər 
dəysin, bitkilər korlanmasın, torpaqlar öz təbii gözəlliyini itirməsin 
və ekoloji tarazlıq qorunub saxlanılsın. 
Azərbaycanda özünə məxsus əhəmiyyət kəsb edən xammalardan 
biri dəmir filizidir. Onun dünyada 1200-dən artıq yataqları 
akarlanmışdır. Geoloji ehtiyatı isə, dünyanın 100-dən artıq 
ölkəsində 800 mlrd tondan az deyildir. Müəyyən edilmiş ehtiyat 200 
mlrd tondan çoxdur. Ehhtiyatı 0,6 mln tondan çox olan və XX əsrin 
II yarısından Rustavi metallurgiya kombinatını konsentratla təmin 
etmiş Kiçik Qafqazın Daşkəsən yatağı Qafqazda istismar olunan ən 
böyük dəmir filizi yatağı sayılır. 
Alüminium istehsalda leoksit, nifelin, alunit, apatit, kriolit və 
sienit xammallarından alınır. Onun birinci xammalı boksitdir. 
Dünyada boksit əsasən ekvatorial və tropik zonada cəmlənmişdir. 
O, əsasən çökmə suxurlarında , yer qabığının fiziki aşınmadan 
yaranan çöküntülərində cəmlənmişdir. Boksitin tərkibində metallıq 


21 
dərəcəsi - alüminium oksidi-60%-ə qədərdir. Bir ton alüminium 
almaq üçün 2 ton gil-torpaq, 100kq kriolit, 650 kq kömür anodu 
tələb olunur. Eləcə də 1 ton alüminium əldə etmək üçün 20 min kvt/ 
saat elektrik enerjisi işlədilir. Respublikamızda yerləşən zəylik 
alunit həm kompleks, həm də yüksək tərkibli xammaldır. 
Ölkəmizin ərazisində polimetal filiz yataqları daha geniş 
yayılmışdır. Ehtiyatına görə Zaqatala-Balakən polimetal filiz 
rayonu ən böyük hövzələrindən biridir. 
Kiçik Qafqaz regionu digər əlvan metal filizləri ilə yanaşı civə 
ilə zəngindir. Kiçik Qafazın şimal yamacı kobalt, kükürd kolçedanı, 
mis filizi, qranit, mərmər, flüslük əhəng daşları, barit və s. 
zəngindir. 
Azərbaycan polimetal (qarııq) filiz yataqları ilə də məşhurdur. 
Son zamanlar kəşf edilən və hazırda istismar olunan ən böyük 
yataqlardan biri Filizçay polimetal filiz yatağının Respublikamızın 
iqtisadiyyatı üşün çox böyük həmiyyəti vardır. 
Xrom isehsalı üçün lazım olan Göydərə xromit filiz yatağı 
Kiçik Qafqazın ən iri xromit yatağıdır. O, Kəlbəcər rayonun 
İ
stibulaq çayının ətrafında yerləşir. Xromdan sənayesinin müxtəlif 
sahələrində istifadə edilir və respublikamız üçün mühüm əhəmiyyət 
kəsb edir. Keyfiyyətli poladların istehsalında kifayət qədər rolu olan 
kobalt filizi isə Daşkəsəndən başqa Ordubad rayonunun Meqri-
Ordubad zonasında da aşkar edilmişdir. 
Sənayenin mühüm sahələrindəgeniş istifadə olunan əlvan 
metallardan biri də misdir. Mis insanlara hələ bürünc dövründən 
məlumdur. O, yüksək dərəcədə elektrik və istiliyi keçirmə 
qabiliyyətinə malikdir, kimyəvi cəhətdən davamlıdır, yaxşı döyülür 
və dartılır. 


22 
Son illər Azərbaycanın bir sıra rayonlarında mis filizi yataqları 
aşkar edilmişdir. Bunlara misal olaraq Daşkəsən, Gədəbəy, 
Ordubad, Ağdərə, Gülüstan,Cəmillibulaq, Murovdağ, Mehmanə 
sahələrini göstərmək olar. 
Bunlardan başqa Azərbaycanda hal-hazırda qurğuşun( gümüşlü 
yatağı, Naxçıvandadır), molibden( Parağaçay yatağı, Ordubad 
rayonundadır,) civə (Şorbulaq yatağı) və başqa faydalı qazıntılar 
çıxarılır. 
Bildiyimiz kimi, qızıl insana məlum olan ilk metallardan biridir; 
qızılın çox hissəsi külçə və pul hazırlanmasına sərf olunur, nisbətən 
az hissəsindən zərgərlik işlərində, elektron sənaeyesində və xalq 
təsərrüfatının digər sahələrində istifadə edilir. 
Qarışıq materillarla zəngin, lakin kifayət qədər qızıl qarşığı 
olan yataqlardan başlıcası Balakən yaxınlığındakı Filizçay yatağı 
hesab edilir ki, filizçayın mis, qurğuşun, sink bir yana, təkcə qızl 
ehtiyatı Respublika qızıl ehtiyyatının səkkizdə biri qədər olması 
təsdiq edilmişdir.
Mütəxəssislərin rəyinə görə, bu yataqda 4196 ton gümüş də vardır.
Adətən, 1 ton filizdən 3-4 qram qızılın alınması sənaye istehsalının
rentabelliyi üçün norma hesab edilir. Vejnəli yatağında emal 
ediləcək hər ton filizdən isə 11-12 qram təmiz qızıl istehsal etməyin 
mümkünlüyünü qeyd edirlər. Ona görədə birinci növbədə Vejnəlidə 
qızıl emalı zavodunun tikilməsi yaxın gələcəkdə nəzərdə tutulur. 
Yanmayan liflər adı altında asbest insana çox qədim 
zamanlardan məlumdur. Hazırda asbest adı altında çox incə və 
davamlı liflər - parçalanan və xüsusiyyətlərini dəyişmədən böyük 
temperatura davam gətirən minerallar başa düşülür. Asbest, əksər 
faydalı qazıntılar kimi yerin təkindən filiz kütləsi şəklində çıxarılır. 


23 
Respublikamızın 
ə
razisində 
asbest Yataqlari 
Kəlbəcər 
rayonunun Comərd kəndi yaxınlığında və Laçın rayonunun İpək 
kəndindən 2-3 km cənub –şərqdə yerləşir. 
Barıt əsasən neft sənayesində quyuların qazılması zamanı gilli 
məhsulların ağırlaşdırılması üçün istifadə edilir. 
Qeyd olunanlardan başqa, Azərbaycanda kvars, məmulat 
daşları, texniki daşlar, fosforlu filizlər, qum daşı yataqları və s. 
sənaye əhəmiyyətli ehtiyatları mövcuddur. 
Insan təbiətə təsir edərkən onun sərvətlərindən istifadə edir. 
Buna görədə təbii sərvətlərin istifadə dərəcəsindən asılı olaraq onlar 
azala və hətta qutara bilər. Buna görədə təbii ehtiyyatları tükənən və 
tükənməz sərvətlərə bölürlər. 
Tükənən sərvətlər də öz növbəsində bərpa olunmayan, nisbətən 
bərpa olunan və bərpa olunan sərvətlərə ayrılır. Qeyd etmək 
lazımdır lki, faydalı qazıntı yataqlarını istər açıq üsulla, istərsə də 
yeraltı üsulla istismar etdikdə ekoloji tarazlığın qorunub 
saxlanılmasını təmin etmək lazımdır. əks halda gözlənilməz 
hadisələrlə üzləşə bilərik. 
Bir qayda olaraq yataq kəşf edilib istismar olunacaq ehtiyyat və 
tərtib edilmiş layihə təsdiqlənəndən sonra istismara başlanır. 
Faydalı qazıntı yataqları çox dərində olmadıqda, çıxarılan faydalı 
qazıntının qiyməti yeraltı üsula nisbətən az və əməyin məhsuldarlığı 
çox olarsa açıq üsulla istismar edilir. Bu yatağlar dərində yatdıqda, 
onu açmaq üçün qazılıb götürüləcək boş süxurların həcmi artır. 
Faydalı qazıntı yataqlarının açıq üsulla istismarı zamanı bütün 
istehsal prosesləri kompleksini aşağıdakı əsas mərhələlərə bölmək 
olar : 


24 
1)
yataq hüdudunda və ya onun sahəsində istismar üçün nəzərdə 
tutulmuş yer səthinin hazırlanması ; 
2)
karyer sahəsinin qurudulması və su basmasından qorunması ; 
3)
yerüstü kapital qazmalarının keçirilməsi ( karyer sahəsinin 
açılması) ; 
4)
açılış işləri ( faydalı qazıntını örtən və ya onun daxilindəki boş 
süxurların qazılıb götürülməsi ) ; 
5)
istismar ( çıxartma ) işləri ; 
6)
tulantı işləri. [2] 
Qurğuların tikilməsi və mədən qazıntılarının keçirilməsi üçün 
yer səthinin hazırlanması-ağacların kəsilməsi və köklərin 
ş
ıxarılması, çayların və göllərin kənara axıdılması, bataqlıqların 
qurudulması, ərazidə olan qurğuların, binaların və dəmir yollarının 
köşürülməsindən ibarətdir. 
Filiz faydalı qazıntılara maqmatik və metomorfik süxurların 
geniş yayıldığı dağlıq ərazilərdə rast gəlinir. Respublikamızın 
ə
razisi filiz faydalı qazıntı ehtiyatı ilə zəngindir. Bu ehtiyatlara 
Şə
ki-Zaqatala, Gəncə-Qazax, Kəlbəcər-Laçın, Naxçıvan və qismən 
də Yuxarı Qarabağ iqtisadi rayonunda rast gəlinir. Kiçik Qafqaz 
filiz faydalı qazıntılarla zəngin olduğundan onu “Azərbaycan Uralı” 
adlandırırlar. Dakəsən rayonunda yerləşən dəmir filizi və alunit, 
Balakən və Zaqatala rayonlarında isə polimetal yataqları dünyanın 
ə
n iri yataqlarından hesab olunur. 
Dəmir filizi qara metalların istehsalında əsas xammaldır. 
Dünyada dəmir filizinin geolji ehtiyatları təqribən 600 mlrd ton 
həcmində qiymətləndirilir ki, onun da 200 mlrd tonu kəşf olunmuş 
ehtiyatlardır. 
Azərbaycanda ən böyük dəmir filizi yatağı Daşkəsən hesab 
olunur. 1928-ci ildə yatağın ilk geoloji xəritəsi tərtib edilərkən, 


25 
ehtiyatın həcminin 175 mln ton olması qiymətləndirilsə də, hazırda 
bu yataqlarən ehtiyatı 276 mln ton təsdiq olunmuşdur. Maqnetitlə 
yanaşı (70%) filizin tərkibində pirit,hematit, arsen, titan, mis, 
gümüş, sink, nikel, kobalt, xrom, sürmə, vanadium, molibden və s. 
minerallar da vardır. Dəmir oksidinin ümumi tutumu 43% olan 
yataqda kükürd və fosforun miqdarı azdır. 
Zəylik alunit yatağı ehtiyatına görə ÇXR – da olan Fuşun 
yatağından sonra dünyada ikinci yeri tutur. 1964-cü ildə istismar 
edilən bu yatağın ümumi ehtiyatı 174 mln ton qiymətləndirlmişdir. 
Azərbyacanda kəşf edilmiş ikinci böyük alunit yatağı isə Şəmkir 
rayonun Seyfəli yaşayış məntəqəsinin ərazisində aşkar edilmişdir. 
Yataqda altı alunitləşmiş qat qeydə alınmışdır. 
Qazax rayonundakı Daşsalahlı bentonit gil yatağının 
xammalından 
qara 
metalurgiyada 
geniş 
istifadə 
olunur. 
Zaqafqaziyada ən böyük gips və gəc istehsalı sənaye və kənd 
təsərrüfatı üçün yararlıdır. 
Ölkədə aşkarlanan əlvan metal filizlərindən xüsusən alunit, 
polimetalları, misi qurğuşunu, sinki, qızılı, molibdeni, civəni, 
sürməni, kobaltı, seoliti göstərə bilərik. Onların hamısı sənaye 
ə
həmiyyətlidir. Deyilənlərlə yanaşı, inşaat materialların dan əhəng 
daşı, travertin, mərmər, dolomit, təbaşir,tikinti gilləri, çaydaşı, qum 
və s. böyük əhəmiyyətə malikdir. Faydalı qazıntı yatağının sənaye 
qiymətini onun ölçüləri, ehtiyatının konsentrasiyası və mineral 
xammalın keyfiyyətini təmin edir. Ölçülərinə görə faydalı qazıntı 
yataqları unikal, iri, orta, xırda və çox xırda olur. Faydalı qazıntının 
konsentrasiyası yataq sahəsinin vahid ölçüsünə düşən ehtiyatla və 
ya yataqların işlənməsi zamanı vahid dərinləşdirməyə düşən 
ehtiyyatla ölçülür. Respublikanın mövcud yeraltı təbii sərvətlərlə 
səviyyəli təmin olunması, səmərəli, rentabelli istifadə olunmaqla 


26 
iqtisadiyyatın inkişafına yönəldilməlidir. Çünki onlar davamlı 
inkişafın qarantidir. 
Insanların təbiətə təsir və ictimai istehsalın inkişafı iki böük 
problemin həllini qarşıya qoyur: 
1)
yeraltı və yerüstü sərvətlərin səmərəli, kompleks istifadə 
edilməsini. 
2)
tükənməyən təbii sərvətlərin təkrar istehsalının təmini və ətraf 
mühitin mühafizəsini. 
Iqtisadi təkrar istehsal ictimai əməyin səmərəli təşkili şəraitində 
ilkin və təkrar xammalların kompleks istifadəsini təmin edən 
mühüm vasitədir. [5] 
İstismar, emal, istifadə və təsərrüfat fəaliyyətində yaranan 
tullantılar iqtisadi kateqoriya kimi madi istehsal mənbəyidir. Ağır 
sənayenin, tikintinin, nəqliyyatın, şəhər təsərrüfatının məhsulu olan 
təkrar metallurgiya xammallları istehsal prosesində və materialların 
dövranında fəaliyyət göstərir. Faydalı qazıntıların intensiv istismarı, 
onlardan alınan sənaye əhəmiyyətli elementlər qapalı dövran 
sistemində tərkibini dəyişir, ir hissəsi istifadə edilir, digər hissəsi 
tullantı halında yenidən təbiətə qaytarılır. 
Yanacaq-enerji sərvətləri müstəsna olmaqla, respublikanın 
faydalı qazıntı ehtiyatları, xüsusilə metallurgiya xammalları dağlıq 
rayonlarda yerləşir. Faydalı qazıntıların istismarı və emalı zamanı 
çıxan boş süxurların çox hissəsi çaylar, sellər vasitəsilə aran 
rayonlara axıdılıb torpağa, suya tökülür. 
Tullantıların, çıxdaşların təkrar emalı təsərrüfat əhəmiyyətinə 
görə bir neçə qrupa bölünür: 
-
Dağ mədən müəssisələri tullantıları. Bunların istehsala cəlb 
edilməsi istismar və emal zamanı müasir texnika və texnologiya 


27 
tətbiqi və kapital qoyuluşunu tələb edir. Həmçinin pozulmuş 
torpaqların rekultivasiyası, bitki və otlaq sahələrinin bərpası təmin 
edilməlidir. 
-
Dağ mədən, metallurgiya, maşınqayırma, metal emalı, təmir 
müəssisələrində yaranan təkrar xammallar və tullantılar. 
-
Metallurgiya və metal emalı istehsalından çıxan şlak, şlam, 
okalin, boru və prokat uclarının kəsikləri, yonqar, təkrar emal üçün 
mənbədir.Onların əsasında kiçik metallurgiyanın yaranması müasir 
dövrün tələblərindən ireəli gəlir. Bu zaman tullantılardan alınan 
məhsulların iqtisadi-ekoloji sərfəliliyi xeyli ucuz başa gəlir. 
-
Qaz və toz halındakı tullantılar. Bunlar mürəkkəb tərkibli 
olduğundan emalı çoxlu kapital qoyuluşu, müasir texnoloji üsulların 
tətbiqini tələb edir. Burada ən vacib məsələ çıxan tullantıların 
ə
vvəlcədən qarşısının alınmasıdır. 
-
Sənaye müəssisələrinin, mənzil-məişət, meliorasiya-drenaj 
təsərrüfat çirklənmiş suları. Bunların tərkibində çoxlu miqdarda 
qara, əlvan metal, duzlar və s. maddələr vardır. 


28 

Download 349,15 Kb.
1   2   3   4   5   6   7   8   9




Download 349,15 Kb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Microsoft Word Aysen-Valide dissertasiya doc

Download 349,15 Kb.
Pdf ko'rish