Microsoft Word Aysen-Valide dissertasiya doc




Download 349,15 Kb.
Pdf ko'rish
bet6/9
Sana08.12.2023
Hajmi349,15 Kb.
#113754
1   2   3   4   5   6   7   8   9
Bog'liq
Aysen-Valide-dissertasiya
aytacdünya, 04(meqale), movzu 7., Fransuaza Saqa “Salam Kədər” əsəridocx, ISGUZAR-YAZISMALAR-I-KOLOKVIUM-2003, 6mdk, 532009154
III FƏSIL. HASILAT SƏNAYESI TULLANTILARINDAN VƏ 
TƏKRAR XAMMALARDAN ALINAN MƏHSULLARIN 
IQTISADI QIYMƏTLƏNDIRILMƏSI. 
Dağ-mədən, metallurgiya məhsulları hasilatında, emalında , 
müvafiq 
xammaldan 
alınan 
məhsul 
vahidinin 
qiymətləndirilməsində çəkilən xərclərin nəzərə alınması mühüm 
iqtisadi amildir. əslində təkrar xammal məhsullarından məhsul 
alınması 
faydalı 
qazıntılarının 
iqtisadi 
qiymətləndirilməsi 
metodikası əsasında aparılır. Bu metoda əsasən son xərclərin təyini 
istehsalın optimal səviyyəsini əks etdirir. Lakin bunun çatışmayan 
cəhəti ondan ibarətdir ki, məhsul istehsalında son xərclərin 
hesablanmasında regional və differensial xərclər, ekoloji-iqtisadi 
qarşılıqlı əlaqələr tam nəzərə alınmır. Dağ-mədən, metallurgiya 
sənayesi, təkrar xammal məhsulları, tullantılar rayonlararası, 
müəssisələrarası əhəmiyyətə malikdir. 
Məlumdur ki, təkrar xammal məhsulları ilkin xammaldan bir 
birini tamamlayan istehsal prosesləri üzrə alınan məhsullarıdır. 
Buna görə fəaliyyətdə olan faydalı qazıntı mədənləri, təkrar 
xammal məhsulları kəmiyyət və keyfiyyət əhəmiyyətinə görə 
seçilməlidir. Eləcə də yükdaşıma xərcləri nəzərə alınır. Nəqliyyat 
xərclərinin hesaba alınması rayonlar, müəssisələr üzrə yüklərin 
miqdarı, növləri, onların daşınma məsafəsinin nəzərə alınması ilə 
həyata keçirilir. 
Mineral xammalların istismarı, daşınması vaxtı ətraf mühitin 
çirklənməsindən ortaya çıxan ziyanlara gəldikdə isə onun təsiri dağ-
mədən sənayesinin verdiyi ziyanların miqyası ilə ölçülür. 


37 
Lakin ekoloji mühitə, insanlarınsəhhətinə dəyən antropogen
texnogen ziyanların ölçülməsində vahidlik, dəqiqlik yoxdur 
Dağ-mədən metallurgiya sənayesinin texnogen, antropogen 
təsirlərindən ətraf mühitə dəyən zərər bir mənalı olmadığından, 
bunların nəticəsinin dəqiq ortaya çıxarmaq da çətinləşir. 
Atmosfer havasının çirklənməsi, meşə ağaclarının qırılması 
nəticəsində ətraf mühitə, sosial və qitisadi inkişafa, ekoloji 
müvazinətə dəyən zərərlərin miqyası kompleks səciyyəli olduğu 
kimi də təsir dairəsi genişdir. 
Atmosfer havasının çirklənməsi, meşə ağaclarının qırılması 
nəticəsində ətraf mühitə, sosial və iqtisadi inkişafa, ekoloji 
müavizətə dəyən zərərləri miqyası kompleks səciyyəli olduğu kimi 
də təsir dairəsi genişdir. 
Ətraf təbii mühitin çirklənməsindən yaranan iqtisadi ziyanların 
metodik təyini üç qarşılıqlı amili nəzərə almağı tələb edir: 
1)
Təsir miqyası 
2)
Obyektin təsirə dözümlülüyü
3)
Mövcud vəziyyət 
Təsir amillərinə ətraf təbii mühitinə atılan zərərli maddələrin 
sıxlığı, toksiliyi, maddələrin zərərliyi, ətraf mühitə dəyən təsiri 
gərginləşdirən amilləri daxil etmək olar. İkinci təsirə xalq təsərrüfat 
obyektlər, yaşayış məntəqələri , torpaqlar, su mənbələri, bitki və 
meşə örtüyü, heyvanlar aləmi, kurort, rekreasiya zonaları daxildir. 
Mövcud vəziyyətə isə investisiyaya məruz qalan sahələr, onların 
istehsal etdikləri məhsullar aid edilir. 
Neqativ hallarda məhsulların hesablanmasında əsas üç 
metoddan istifadə edilir. 


38 
1)
Antropogen təsirlərin nəticələrinin araşdırılması 
2)
Təhlil asılılıq metodu 
3)
Kombiləşdirmə metodu [1] 
Birinci metod elə rayonların seçilməsinə əsaslanır ki, cüzi 
çirklənməyə məruz qalan ərazidə xammal istismarına və 
istifadəsinə təsir edən amillər arasında kəskin fərq nəzərə çarpmır. 
Təhlil metodu ətraf mühitin çirklənməsindən irəli gələn 
ziyanlarla təbii mühitin amilləri arasında əsas törədici səbəblərin 
ortaya çıxarılmasına şərait yaradır. Göstərilən metodlar vasitəsilə 
müəyyən edilən zərərin mövqeyi iqtisadi tənəzzülün miqyasını 
təyin edir. Təhlil rayonları seçilərkən çoxlu təsir edici amillər 
şə
raitində nisbiliyə xeyli yol verilir. Ətraf mühitin çirklənməsindən 
irəli gələn iqtisadi zərərin təyin edilməsi çətin və mürəkkəb 
olduğundan , həlli də bir mənalı deyil. 
Təbii ehtiyatlardan istifadə edilməsini təmin etmək məqsədilə 
iqtisadi qiymətləndirmə kompleks tədqiqata əsaslanır. Faydalı 
qazıntıların istismarında atmosferə, torpağa, bitki örtüyünə dəyən 
zərərin təyin edilməsi tullantıların xüsusiyyəyini öyrənməi tələb 
edir 
yuxarıdakı 
məsələlərin həlli 
sadəlikdən 
başlayaraq 
mürəkkəbliyə, yeni iqtisadi mexanizmlərin tətbiqinə doğru 
hərəkətdə olanda daha faydalı olur. Açıq üsulla istismarda küllü 
miqdarda boş süxurlar qazılıb çıxarılır. Torpaqların aşınması, torpaq 
sürüşməsi təkcə qazıntı işlərinin həcmindən aılı deyil. Burada 
ə
razilərin relyefi, hidrogeoloji quruluşu, torpaq-iqlim şəraiti, 
küləklərin sürəti və istiqaməti, yağışların miqdarı, daşqınlar, sular 
mühüm rol oynayır. 
Dağ-mədən tullantılarının ətraf təbii mühitə verdiyi zərər 
iqtisadi qiymətləndirmədə qeyri-mütəşəkkil tullantılar mənbəyinə 
daxil edilir. Dağ-mədən və s. istehsaldan çıxan tullantıların hamısı 


39 
müvafiq ərazi daxilində əlaqəli surətdə neqtiv təsirlər yaradır. 
Qeyri-mütəşəkkil mənbələrdən atmosferə, torpağa, suya daxil olan 
zərərli kütlələri müəyyən edən metodlara görə təhlil işləri müəyyən
ə
razidəaparıla bilər. Bunun əsasında tullantıların ərazi üzrə 
səpələnməsini nəzərə almaqla onların təsir parametrini müəyyən 
etmək olar. 
Dağ-mədən müəssisələrinin fəaliyyət zonasında ətraf mühitin 
çirklənməsi iki əsas mənbə esabına baş verir. 
- bilavasitə sənaye müəssisəələrindən havaya buraxılan qaz və
tüstü vasitəsilə; 
- müəssisə ətrafında toplanan tullantılarla. [5] 
Bunların tərkibi, strukturu, miqdarı təkcə onların mineroloji, 
fiziki-kimya tərkibindən asılı deyil, coğrafi mühitlə yanaşı 
meteroloji şərait də təsir göstərir. Fəal , gərgin çirklənməyə məruz 
qalan sənaye müəssisərəninyerləşdiyi sahələr, zonalar nisbi 
təhlükəlilik qrupuna daxil edilir. Təhlükəlilik zonası radiusu 15-25 
km arasında tərəddüd edə bilər.
Belə xassəyə malik dağ-mədən, metallurgiya müəssisələrində 
istehsalın 
ekoloji-iqtisadi 
sərfəliliyi 
müvafiq 
tullantıların 
saxlanılmasının, istifadəsinin təşkilindən irəli gəlir. 
Azərbaycan Respublikasında qış qısa, küləkli, yayda isti və 
quraq keçir. Bu vaxt faydalı qazıntı yataqlarında, karvanxanalarda 
yığılan tullantılar küləklər, yağışlar, sellər vasitəsilə ətrafa, daha 
uzaq məsafələrə küləklər, çaylar vasitəsilə aparılır ki, bu da əhaliyə, 
kənd təsərrüfatına küllü miqdarda ziyanlar vurur. 
Faydalı qazıntıların istismarı vaxtı geniş sahədə torpaqlar 
mübadilədən çıxarılır. Xammalın hasilatı vaxtında torpaq örtüyünün 


40 
bir hissəsi qazılmış süxurlar altında qalıb sıradan çıxır. Bir hissəsi 
boş suxurlarla qarışdırılaraq yararsız hala düşür.
Elecə də tullantılar, qazıntılar altına düşməyən, lakin müxtəlif 
tikililər, qurğular, binalar, yollar altında qalan torpaqlar isə 
tamsıradan çıxmasa da, uzun müddət kənd təsərüffatı 
mübadiləsindən 
kənarlaşdırılır. 
Insanın 
istehsal 
fəaliyyəti 
nəticəsində torpaöın üst qatının təsərrüfat üçün yararsızvəziyyətə 
düşməsi torpağın pozulması adlanır. 
Son illərdə Respublikada və xarici ölkələrdə dağ-mədən işləri 
nəticəsində pozulmuş torpaq sahələrinin rekultivasiyası haqqında 
bir çox məqalə və kitablar dərc olunmuşdur. 
Hazırda dağ-mədən sənayesi qarşısında duran əsas məsələ təkcə 
faydalı qazıntıların səmərəli üsulla çıxarılması deyil, həm də ətraf 
mühitin çirkləndirilməsi məsələsidir. Bunlarla əlaqədar 3 əsasnamə 
mövcuddur : texniki, bioloji, estetik. Filiz kütlələrinin nəticəsində 
nətraf mühit də dəyişmiş olur. əsasən iki cür dəyişmə məlumdur: 
müntəzəm və qeyri-müntəzəm. Bu yerdəyişmələrin kombinasiyası 
da mümkündür. 
Pozulmuş sahələrin rekultivasiyasına başlamazdan qabaq 
aşağıdakı faktorları nəzərdən keçirmək lazımdır ; rayonun relyefi, 
litologiyası, hidroloji rejimləri, iqlim şəraiti. 
Mövcud vəziyyətə görə torpaqların bərpası haqqında 
materiallara və təcrübələrə əsasən aşağıdakı tələbləri yerinə 
yetirməyi məsləhət görürlər. 
1.
Dağ-mədən işlərinə başlamazdan əvvəl yerüstü və açılacaq 
torpaq tərkibinin dəqiq öyrənilməsi; 
2.
Işlənilmə zamanı götürüləcək torpaq qatı üçün yerin açılması; 


41 
3.
Rayonun hidrologiyasının öyrənilməsi və işlənilməsi sahəsi üçün 
səmərəli drenaj metodlarından istifadə olunması; 
4.
Çöküntülərin miqdarının təyin edilməsi, ilin fəsillərinə görə 
bölünməsi, meteroloji tədqiqatların aparılması; 
5.
Rayon iqliminin öyrənilməsi və təbii toz əmələgəlmələrin 
qarşısının alınması; 
6.
Dağ-mədən sənayesinə verilməzdən qabaq torpaqdan necə 
istifadə olunduğunu öyrənmək və işləri qutardıqdan sonra həmin 
torpaqlardan məqsədə uyğun istifadə olunması; 
7.
Rayon ekologiyasının öyrənilməsi, rekultivasiyası işləri üçün 
səmərəli, müvafiq texnikadan istifadə olunması. 
Torpaqların bərpa olunması və kənd təsərrüfatıüçün yararlı hala 
salınması zamanı görüləcəl kompleks işlər iki mərhələdə 
aparılmalıdır. 
1)
Texniki rekultivasiya; 
2)
Bioloji rekultivasiya. 
Texniki rekultivasiya geoloji-kəşfiyyat və istismar işləri aparan 
təşkilat tərəfindən həyata keçirilməlidir. Belə ki, pozulmuş və xarab 
edilmiş torpaqlar həmin təşkilatlar tərəfindən kənd təsərrüfatı üçün 
yararlı hala salınmalıdır. 
Bioloji rekultivasiya dağ-texniki rekultivasiyadan sonra 
torpağın 
ə
vvəlki, 
bioloji 
xüsusiyyətini, 
yəni 
torpağın 
məhsuldarlığını bərpa etmək məqsədilə görülən tədbirləri həyata 
keçirmək üçün torpaqdan istifadə edən təşkilatlar tərəfindən 
aparılmalıdır. 
Pozulmuş torpaqların yerləşdiyi rayonun təbii şəraitindən və 
pozulmanın növündən asılı olaraq rekultivasiya işləri müxtəlif 


42 
məqsəd daşıya bilər. Bununla əlaqədar olaraq, dağ-texniki 
rekultivasiya aşağıdakı istiqamətlərə bölünür: 
-
Kənd təsərüüfatı üçün pozulmuş torpaqların yararlı hala 
salınması; 
-
Meşə təsərrüfatında meşə zolaqları əkmək üçün pozulmuş 
torpaqların hazırlanması; 
-
Tikinti işlərində pozulmuş torpaqlardan istifadə olunması; 
-
Pozulmuş torpaq sahələrindən sututarlar tikmək üçün istifadə 
olunması; 
-
Sanitariya –gigiyena cəhətdən pozulmuş torpaqların bir 
hissəsinin konservləşdirilməşi, yəni bu torpaqların təsərrüfatı üçün 
yararlı hala salınması. [6] 
Rekultivasiya işləri kənd təsərrüfatı məhsulları istehsal edən 
rayonlarda aparılır. 
Torpaqların meşə salmaq üçün rekultivasiyası o vaxt aparılır ki, 
dağ-mədən işləri aparılan ərazi qiymətli meə zonasında yerləşmiş 
olsun və yaxud da həmin rayon kənd təsərrüfatı məhsulları istehsal 
etməklə yanaşı, onun əhalisi də çox olsun. Bu cür rekultivasiya 
işləri yer səthinin əsas hissəsinin dağ-mədən işlərinin təsirindən 
pozulan sahələrində aparılır. Burada süxurların aqrokimyəvi tərkibi 
kənd təsərrüfatı üçün rekultivasiya olunan torpaqlara nisbətən az 
ə
həmiyyət kəsb edir. 
Tikinti üçün aparılan rekultivasiya işləri adətən sənaye 
mərkəzlərində və əhali sıx olan rayonlarda aparılır. 
Faydalı qazıntıların açıq üsulla istismarı zamanı əmələ gələn 
çökəkliklər su təsərrüfatı üçün rekultivasiya edilir. Belə 
çökəkliklərə gələcəkdə balıq saxlamaq üçün şirin su doldurulur. 


43 
Istirahət məqsədilə torpaqların rekultivasiya olunması əsasən 
sənaye mərkəzlərində, şəhər ətrafında və ya böyük yaşayış 
məntəqələrinin ətrafında aparılır. Burada bərpa işləri həm karxana 
çökəkliklərinin doldurulması ilə, həm də tullantıların düzəldilməsi 
ilə aparılır. Işlər qutardıqdan sonra meşəliklər salınmaqla 
yanaşı,kiçik göllər də düzəldilir. 
Torpaqların sıradan çıxarılmasından yaranan zərərin miqdarının 
təyini, onların bərpasına sərf edilmiş, maliyyə vastitəsi hesabına 
itirilmiş məhsulların ödənilməsindən irəli gəlir. Tullantılar hesabına 
ə
traf mühitin çirkləndirilməsindən itirilmiş məhsulun əvəzinəm 
yönəldilmiş xərclər müəssisənin əlavə xərclərinə daxil edilir. Bu cür 
zərərləri iki növə ayırmaq olar : 
-
korlanmış , çirklənmiş torpaqların əvəzinə kompensasiya edilmiş 
sahələrin mənimsənilməsi məqsədilə birdəfəlik xərclər. 
-
kompensasiya edilmiş torpaqlarda humusun kasadlaşmasından 
yaranan illik, çoxillik zərər. 
Təbii məhsuldarlığı pozulmuş torpaqlar hesabına ekoloji zərər 
buna səbəb olan müəssisələr tərəfindən ödənilməlidir. Mədənlərin 
altında istifadə edilən torpaqların sahələri müvafiq müəssisələrin 
balans göstəricilərinə daxil edilir. 
Yeraltı üsulla istismar zamanı isə pozulmuştorpağın dağ-texniki 
rekultivasiyasının qiyməti açıq üsulla istismar zamanı pozulmuş 
torpağın dağ-texniki rekultivasiyasının qiymətindənn xeyli ucuzdur. 
Qeyd edək ki, torpaqdan nəinki dağ-mədən işlərində, hətta müxtəlif 
məqsədlər üçün də geniş istifadə edilir. Ona görə də torpaq xarici 
mühitin mühüm millərindən biri olmaqla, böyük əhəmiyyətə 
malikdir və təbiətin başlıca nemətidir. 


44 
Qeyd edək ki, torpaq insanın yaşaması və istesal fəaliyyəti üçün 
zəruri olan təbii varlıqdır. O, maddi nemətlər istehsalının əsası və 
xalqın tükənməz sərvətidir. Belə bir qiymətli sərvətdən səmərəli 
istifadə etmənin ümumdövlət, ümumxalq və nəhayət ümumbəşər 
ə
həmiyyəti vardır. 
Adətən torpaq ehtiyatlarına müxtəlif amillər təsir edir. Bu 
amillərdən bəziləri bilavasitə, digərləri isə dolayı yolla təsir göstərir. 
Yer kürəsində kənd təsərrüfatının ayrı-ayrı sahələrinin 
yerləşməsi təbii şəraitlə, o cümlədən iqlimlə əlaqədardır. Istifadə 
üçün nəzərdə tutulan hər hansı bir ərazi ilk növbədə iqlim 
baxımından əlverişli olmalıdır. Məsələn, məədni bitkilərin normal 
fizioloji fəaliyyəti havanın temperaturu 8-10 C –dən yuxarı olduqda 
fiziloji proseslər dayanır və ya çox zəifləyir. Həmçinin torpaq 
rütubəti 10% - dən aşağı olduqda bitkilərin normal fizioloji prosesi 
çətinləşir və s. 
Azərbaycanın torpaq qanunvericliyinin vəzifələri indiki nəslin 
və gələcək nəsillərin xeyrinə olaraq torpaqdan elmi cəhətdən 
ə
saslandırılmış qaydada səmərəli istifadə olunmasını və onların 
mühafizəsini təmin etmək, onların səmərəliliyinin yüksədilmısi 
üçün şərait yaratmaq məqsədilə torpaq münasibətlərinin nizama 
salmaqdan, müəsisiələrin, idarələrin, təşkilatların və vətəndaşların 
hüquqlarını 
qorumaqdan, 
torpaq 
münasibətləri 
sahəsində 
qanunçuluğu möhkəmlətməkdən ibarətdir. Eyni zamanda ekoloji 
tarazlıq qorunub saxlanmalıdır. [7] 
Xüsusi qeyd etmək lazımdır ki, hazırda ölkəmizdə 
filizçıxarmasənayesinin inkişafına xüsusi fikir verilir, bunla yanaşı , 
getdikcə daha çox faydalı qazıntı yataqlarının istismara verilməsi, 
dağ-mədən müəssisələrinin gücünün artırılması, qazmaların 


45 
dəyişdirilməsi zamanı tullantı maddələrlə ətraf mühitin çirklənməsi 
məsələləri qarşıya qoyulur və onunla mübarizə aparılır. 
Müəyyən edilmişdir ki, gələcəkdə nəsillərin ehtiyaclarını nəzərə 
almaqla iqtisadiyyatın mineral xammala olan tələbatını o zaman 
təmin etmək mümkündür ki, faydalı qazıntıların çıxarılması, 
zənginləşdirilməsi vəsonradan emal olunması dövründə yataqlardan 
səmərəli istifadə olunsun. 
Torpağın üst qatının pozulduğu və ya dəyişdikdə (quyu 
qazılması, karxanaların və şaxtaların tikilməsi və s.) bu zaman 
mikroorqanizmlər daha dərin qatlara və yeraltı sulara keçə bilər. 
Torpaq, çürümüş bitki, heyvanat qalıqlarından və s. məhsullar 
nəticəsində çirklənir. Bundan əlavə, yaşayış yerlərində natəmizlik 
və tullantılar da torpağı çirkləndirir. Lakin bununla yanaşı torpaqda 
öz-özünə təmizlənmə prosesi gedir ki, bu da yer kürəsində əbədi 
həyat üçün şərait yaradır. 
Torpağın öz-özünü təmizləməsi mürəkkəb və uzunmüddət 
davam edən bir prosesdir. Bu prosesdə üzvi maddələr suya, karbon 
qazına, mineral duzlara və çöküntüyə çevrilir, patogen törədiciləri 
isə ölür. 
Pozulmuş torpaqların saflaşdırılması rekultivasiya tətbiqini tələb 
edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən 
faydalı qazıntı mədənlərində istismar işləri başa çatdıqdan sonra 
sahibkar korlanmış torpaqları yararlı hala salmalıdır. Belə qənaətə 
gəlmək olar ki,müsadirə edilən torpaqların zərəri hesabına kənd 
təsərrüfatı məhsullarının itirilməsi, ətraf təbii mühitə təsirdə dağ-
mədən idarələrinin təbiəti bərpa xərclərində ifadə edilir. Həmin 
xərclərin ödənilməsi torpağı korlayan, dağ-mədən müəssisələrinin 
hesabına aparılmalıdır. 


46 
Mədən müəssisələri zonasında torpaqla yanaşı çox zərər çəkən 
yerüstü və yeraltı sular və bitki örtüyüdür. Bu proses iki istiqamətdə 
gedir : 
-
karvanxanalarda, qazılmış səth sahələrdə səth sularının bataqlıq 
ə
mələ gətirməsi 
- qazıntı işləri vaxtı yeraltı suların nasoslar vasitəsilə səthə 
çıxarılması. 
Mədənlərdə yerin səthinə axıdılan minerallaşmş sular torpağın 
strukturunu pozur, onu şorlaşdırır, mikrobataqlıqlar əmələ gətirir. 
Beləliklə, dağ-mədən, metallurgiya müəssisələrində torpaqların 
aşınması, korlanması kompleks zərərlər verir, iqtisadi inkişafı 
tənəzzülə uğradır, ekoloji müvazinəti pozur. 
Tullantıların təkrar emal edən müəssisələrin fərdi xərcləri ilkin 
xammal ehtiyatlarının emalında olduğu kimi istismar, emal, 
nəqliyyat məsrəflərinin məcmusundan ibarətdir. 
Xərclərin paylaşdırılması metoduna görə kompleks istehsal yolu 
ilə əldə edilən məhsulların realizasiyası topdan satış qiymətlərlə 
aparılır. Metodların ən dəqiqi eyni səmtli məhsullara kolkulyasiya 
üzrə xərclərin birbaşa hesablanmasıdır. Lakin kompleks istehsalın 
özünəməxsus xüsusiyyəti, yəni vahid texnoloji prosesdə bir neçə 
məhsulların alınması bu metodun geniş tətbiqini məhdudlaşdırır. 
Dağ-mədən istehsalında birbaşa hesablama metodu ilə praktiki 
olaraq yalnız mədən istehsalında ayrıca kalkulyasiya edilən dağ-
mədən işləri xərclərini ayırmaq olar. Buna baxmayaraq dağ 
süxurlarının təkrar xammal materialları formalaşmasında müxtəlif 
mülahizələr ortaya çıxır: sıfır metodu, təkrar xammal 
materiallarının selektiv ( seçmə) üsulla çıxarılması üçün əlavə 
xərclər. 


47 
Sıfır metoduna görə təkrar material xammalının çıxarılmasına 
ayrılmış xərclər əsas məhsullar məsrəfinin üstünə gəlir. Pozulmuş 
torpaqlarda eroziya hadisələri sürətlə getdiyindən onun bərpasını 
çətinləşdirir. 
Azərbaycan Respublikasında dağ-mədən sənayesi əsasında 
ekoloji mühitin saflığının saxlanılmasında, ətraf təbii mühitinin 
mühafizəsində faydalı qazıntılarla yanaşı təkrar xammaların da 
istifadəsini nəzərə almaq dövrün tələbidir. [3] 
Yer kürəsində əhalinin artımı “insan-torpaq” probleminin ortaya 
çıxmasına səbəb olur. Bu, ona görədir ki. əhali artımı eyni zamanda 
yeyinti məhsullarının artımını tələb edir. Yuxarıda göstərilənlərdən 
aydın olur ki. əlavə torpaq sahəsi əldə etmək mümkün deyil. 
Deməli, yeyinti məhsullarını artırmağın yeganə bir yolu varsa, o da 
kənd təsərrüfatı üçün istifadə olunan torpaqların məhsuldarlığını 
artırmaqdan ibarətdir. 
Kənd 
təsərrüfatı 
torpaqlarında sənaye 
obyektləri 
və 
kommunikasiyalar elə yerləşdirilməlidir ki. Torpaq sahibkarları və 
digər kənd təsərrüfatı müəssisələri və təşkilatlarda qalan 
torpaqlarından istifadə edilərkən uyğunsuzluq yaranmasın. 
Faydalı qazıntı olan yerlərdə tikinti üçün torpaq sahələri qeyd 
edildiyi kimi. Dövlət dağ-mədən nəzarəti orqanlarının razılığı ilə 
verilir. 


48 
Təkrar xammal materiallarından istifadə sxemi. [3]
Sxem 1.
Təkrar xammal materiallardan kompleks istifadə edilməsi 
Faydalı qazıntı sərvətləri 
çıxarılmasının artırılması 
Xammaldan faydalı 
elementlərin çıxarılmasının 
artırılması 
Sənaye məhsulunun alınması 
İ
stehsal tullantıları və 
çıxdaşların azadılması 
İ
stehsal mallarının 
artırılması 
İ
stehsal məhsullarının 
artırılması 
“Kasıb” və çətin emal 
olunan xammalların 
istifadəsi 
İ
tstehsal və qeyri-istehsal 
tullantılarının emalı 


49 
Ekoloji-iqtisadi baxımdan təkrar xammal materiallarının 
istifadəsinin, iqtisadi qiymətlərinin təhlili, bu məqsədlə müasir 
texnika, emal texnologiyası tətbiqində ortaya çıxan ekoloji, təbiəti 
mühafizəyə aqibətinin təsirinə qarşı mübarizə ciddi problemdir. 
Təkrar xammal materialları dövranı sistemində əsas mərhələ təbiəti 
mühafizə tədbiri şəraitində onların kompleks istifadəsidir. Bu proses 
tətbiq edilən texnikanı, emal texnoloji üsulları, faydalı elementlərin 
kəmiyyət və keyfiyyətini təyin edir. 
Təkrar xammal materiallarının istifadəsinin mühim iqisadi 
ə
həmiyyəti ilə yanaşı təbiəti mühafizə və ekoloji əhəmiyyəti də 
zəruridir. Bu baxımdan ehtiyatların kəmiyyət və keyfiyyət 
göstəriciləri, istifadə istiqamətləri əsasında ekoloji-iqtisadi 
təsnifatın verilməsi zəruri hesab edilir. 


50 

Download 349,15 Kb.
1   2   3   4   5   6   7   8   9




Download 349,15 Kb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Microsoft Word Aysen-Valide dissertasiya doc

Download 349,15 Kb.
Pdf ko'rish