Ümumi mənbəligücləndirici kaskad




Download 3,55 Mb.
bet26/142
Sana27.05.2024
Hajmi3,55 Mb.
#255298
1   ...   22   23   24   25   26   27   28   29   ...   142
Bog'liq
Microsoft Word II -an

Ümumi mənbəligücləndirici kaskad


Gücləndirici qurğuların sahə tranzistorlarında yaradılmış sxemləri arasında ümumi mənbəli (istoklu) sxemlər daha geniş yayılmışdır. Bu sxemlərdə idarəolunmuş p-n keçidli sahə tranzistorlarından və induksiya edilmiş kanala malik MDY tranzistorlarından istifadə edilir. İdarəolunan p-n keçidə malik n- kanallı sahə tranzistorunda yaradılan gücləndirici qurğunun sxemi şəkil 2.12-də göstərilmişdir.


Bu sxemdə sürüşmə gərginliyini Esür. dəyişməklə istənilən güclənmə rejimini təmin etmək olar. Lakin bu sxem gücləndiricinin A rejimində işləyən giriş kaskadlarının yaradılmasında daha geniş istifadə edilir. Bu, sahə tranzistorunun aşağıdakı üstünlükləri ilə izah olunur:

  • böyük giriş müqaviməti, bu halda yüksək Omlu siqnal mənbəyi ilə uzlaşma asanlaşır;

  • küy əmsalının aşağı qiyməti, bu halda daha zəif siqnalları gücləndirmək mümkün olur;

sükunət rejiminin böyük məxsusi temperatur stabilliyi.


Şəkil 2.12. Sahə tranzistorlu gücləndirici kaskadın ümumiləşmiş sxemi.


Lakin sahə tranzistorlarında yaradılan gücləndiricidə gərginliyə görə güclənmə əmsalının ancaq kiçik qiyməti təmin edilə bilir. İdarəolunan p-n keçidə malik sahə tranzistorunda, onun mənsəbinə (stokuna) və rəzəsinə (zatvoruna) verilən gərginlik müxtəlif polyarlı olduğundan, sabit cərəyana görə iş rejimini təmin etmək üçün, təcrübədə adətən, yük cərəyanına görə ardıcıl mənfi əks əlaqədən istifadə edilir. Belə sxem şəkil 2.13-də göstərilmişdir.

a) b) c)

Şəkil 2.13. İdarəolunan p – n keçidinə malik sahə tranzistorunda gücləndirici kaskadın sükunət rejiminin verilməsi (a); KП303B tranzistorları üçün S=f(Ic) (b) və Ic=f(Uzi) asılılıqları c)


Sxemə, zatvorla ümumi şin arasında sürüşmə dövrəsinin qapanmasını təmin edən qalvanik əlaqə yaratmaq üçün Rsür. rezistoru daxil edilir. Bu rezistor kaskadın girişinə paralel qoşulur və kaskadın giriş müqavimətini stabilləşdirir. Onun müqaviməti tranzistorun özünün giriş müqavimətindən kiçik seçilir (adətən, Rsür. 1 MOm).
Ri rezistoru iki funksiyanı yerinə yetirir: kaskadın işçi nöqtəsinin
başlanğıc sürüşməsini təmin edir və sxemdə yük cərəyanına görə ardıcıl mənfi əks rabitə yaradır. Nəticədə, kaskadın güclənmə əmsalı azalır və onun işçi nöqtəsi stabilləşir.
Kaskadın hesablanması zamanı Ri müqaviməti verilmiş stok cərəyanına İs0 görə tapılır. Bundan ötrü tranzistorun ötürmə xarakteristikasında (şəkil 2.14), İss0 qəbul edərək, tələb olunan Uzi0 gərginliyi müəyyən edilir.
Zatvorun cərəyanı sıfıra yaxın olduğundan Rsür. müqavimətində ayrılan gərginlik də sıfır olur və Ri rezistorunun tələb olunan qiyməti


Ri =Uzi0 s0

ifadəsindən təyin edilə bilər. Ri rezistorunun tələb olunan qiymətini qrafiki üsulla da müəyyən etmək olar. Bundan ötrü, ötürmə xarakteristikasında İs0 cərəyanına uyğun gələn nöqtə ilə koordinat başlanğıcını düz xətlə birləşdirmək lazımdır. Bu düz xəttin meyllilik bucağı rezistorun tələb olunan qiymətini təyin edir:


Ri =ctg


Kaskadın güclənmə əmsalının azalmasını Ri rezistoruna paralel qoşulan Ci kondensatoru vasitəsi ilə aradan qaldırmaq olar (şəkildə qırıq xətlərlə göstərilib).

Şəkil 2.14. Ri rezistorunun müqavimətlərinin qrafiki olaraq təyin edilməsi



    1. Download 3,55 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   142




Download 3,55 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Ümumi mənbəligücləndirici kaskad

Download 3,55 Mb.