Emitter və istok (mənbə) təkrarlayıcıları
100%-li ardıcıl mənfi əks əlaqə ilə əhatə olunmuş kaskadlar emitter və istok təkrarlayıcıları adlanır. Odur ki, bu kaskadların əsas xüsusiyyətləri kifayət qədər yaxındırlar, fərqli cəhətləri ancaq istifadə olunan tranzistorların xarakteristikalarının qeyri oxşarlığındadır. Emitter və istok təkrarlayıcılarının klassik sxemləri şəkil 2.15 -də göstərilmişdir.
100%-li ardıcıl mənfi əks əlaqə halında emitter təkrarlayıcısında çıxış və əks rabitə siqnallarının amplitudları bərabər olur. Bu o deməkdir ki, sxemdə Rk müqaviməti olmur, yəni tranzistorun kollektoru qida gərginliyinə birbaşa qoşulur, çıxış siqnalı isə bilavasitə Re əks əlaqə rezistorundan götürülür. Bu cür təşkil olunmuş sxemdə tranzistor ümumi kollektor üzrə qoşulmuş olur. ÜE-li gücləndirici kaskaddan fərqli olaraq, ÜK-lu sxemdə giriş siqnalının işarəsi çıxışda dəyişmir. Doğrudan da, n-p-n keçiriciliyinə malik tranzistorda yaradılan emitter təkrarlayıcısının girişinə artan müsbət gərginlik verdikdə tranzistorun emitter cərəyanı da artır. Bu da uyğun olaraq çıxış gərginliyinin artmasına səbəb olur.
Şəkil 2.15. Emitter (a) və istok (b) təkrarlayıcıları.
Emitter təkrarlayıcısında 100%-li ardıcıl mənfi əks əlaqə olduğundan,
yəni 1 və gücləndiricinin ötürmə əmsalının ifadəsindən
K
K
u 0
K u 0 u 0 1
uo
u . e . t .
1 K
1 K
olduğundan
R
gir
h
11 e
R
21 e e
yazmaq olar. Real sxemlərdə
h
11 e
R şərti ödənildiyindən kaskadın giriş müqaviməti üçün
R
gir
h R
21 e e
e
ifadəsini yazmaq olar. Bu ifadə göstərir ki, emitter təkrarlayıcısında çox böyük giriş müqaviməti almaq olar. Bu, emitter təkrarlayıcısının əsas üstünlüklərindən biridir. Emitter təkrarlayıcısının çıxış müqaviməti çox kiçikdir, bu isə gücləndiricinin tutum xarakterli yüklə ideal uzlaşmaya imkan verir. Emitter təkrarlayıcısı cərəyana görə böyük güclənmə əmsalını təmin edir və
21 e
K
I
h 1 və yaxud Ki =Ku Rgir /Ryük kimi təyin edilir. Odur ki, bu kaskad
gücə görə böyük güclənmə əmsalına malik olur. Beləliklə, emitter təkrarlayıcısı yüksək omlu siqnal mənbəyinin aşağı omlu yüklə uzlaşdırılmasını təmin edir.
İstok təkrarlayıcısının əsas xüsusiyyətləri emitter təkrarlayıcısının xüsusiyyətləri ilə eynidir, təni: Ku.k.m.ə.r. <1; Rgir =Rsür – böyükdür; Rçıx=1/s olur. İstok təkrarlayıcısının tezlik xarakteristikası ümumi stoklu sxemə nəzərən daha yaxşıdır. İstok təkrarlayıcısının S dikliyi və Ri , Ryük müqavimətləri vasitəsi ilə müəyyən edilən güclənmə əmsalı
S R i
R
yuk
R
R
R
K R i yuk
u
i
R
R
1 S yuk
i yuk
ifadəsindən təyin edilə bilər (emitter təkrarlayıcısı üçün Ri müqavimətini Re müqaviməti ilə əvəz etmək lazımdır).
Emitter və istok təkrarlayıcıları giriş və çıxış kaskadları kimi (uyğun olaraq siqnal mənbəyi və yüklə uzlaşdırma üçün) istifadə edilir.
|