«Cərəyan güzgüsü» çıxış cərəyanı giriş cərəyanını həm qiymətcə, həm də işarəcə təkrarlayan bir girişə, bir və ya bir neçə çıxışa malik elektron qurğusuna deyilir. Bu qurğu, yerinə yetirdiyi funksiyaya görə mahiyyətcə, ötürmə əmsalı vahid olan və cərəyanla idarə olunan cərəyan mənbəyidir.
Şəkil 2.19. «Cərəyan güzgüsü» qurğusunun sxemləri
yazmaq olar. Müasir tranzistorlarda yaradılan ümumi emitterli sxemlərin cərəyana görə ötürmə əmsalı h21e >>1 şərtini ödəyir. Odur ki, sonuncu ifadəni kifayət qədər dəqiqliklə
İgir
= İkVT1
= İkVT2
kimi yazmaq olar. Mümkün xəta h21e -nin qiyməti ilə müəyyən oluna bilər və h21e =50 olduqda xətanın qiyməti 4%-dən çox olmur.
Dəqiqliyi artırmaq lazım gəldikdə, daha mürəkkəb sxemdən istifadə etmək olar (şəkil 2.19, b). Bu sxem, əvvəlkindən əlavə VT3 tranzistoru və giriş cərəyanının qoşulması yeri ilə fərqlənir. Sxemdəki cərəyanlar üçün
İgir
= İkVT2
+ İBVT3
; İçıx
= İkVT3
; İBVT2
= İBVT1
= İB
İeVT3
=İkVT3
+ İBVT3
= İkVT1
+ 2İB
; İkVT2
= İkVT1
ifadələrini yazmaq olar. Bu ifadələrdən VT1 və VT2-nin kollektor cərəyanları ilə sxemin çıxış cərəyanları arasındakı əlaqəni təyin edirik:
İçıx
= İkVT3
= İeVT3
– İBVT3
= İkVT1
+ 2İB
– İBVT3
.
Tranzistorların h21e parametri böyük, İkVT3 və İkVT1 cərəyanları biri-birinə yaxın olduqlarından, İBVT3 = İB qəbul etmək olar. Bu halda:
İçıx
= İkVT1
+ İB
= İkVT2
+ İB
= İgir
.
Giriş cərəyanı dəyişməz qalan hallarda, bu sxemlər sabit cərəyan mənbələrinə çevrilirlər. Bundan ötrü hər iki sxemin girişləri məhdudlaşdırıcı rezistor vasitəsilə giriş gərginlik mənbəyinə qoşulmalıdır.