|
Microsoft Word II -an imp.+
|
bet | 31/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -an Aktiv yük
Məlumdur ki, gücləndiricinin güclənmə əmsalını artırmaq üçün Rk müqavimətini artırmaq lazımdır. Lakin tranzistorun sükunət cərəyanının verilmiş qiymətində Rk müqavimətinin artırılması bu rezistorda gərginlik düşküsünün artmasına səbəb olur. Bu isə tranzistorun kollektor və emitter elektrodları arasındakı gərginlik düşküsünü azaldır. Nəticədə çıxışdakı siqnalın
amplitudu azalır. Siqnalın amplitudunu artırmaq üçün qida gərginliyini artırmaq lazım gəlir. Bu isə həmişə mümkün olmur.
Güclənmə əmsalını artırmaq üçün Rk müqaviməti kimi, statik müqaviməti onun diferensial müqavimətindən kifayət qədər kiçik olan qeyri-xətti elementdən istifadə etmək olar. Bu halda sükunət cərəyanının bu elementdə yaratdığı gərginlik düşküsü onun statik müqaviməti ilə, kollektor cərəyanının dəyişməsi nəticəsində çıxış gərginliyinin fərqlənməsi isə diferensial müqaviməti ilə təyin ediləcəkdir. Qeyri-xətti element rolunu ÜE-li sxemlərdə sabit cərəyan mənbəyi oynaya bilər. Şəkil 2.20,a-da göstərilən sxemdə bu məqsədlə VT2 tranzistoru nəzərdə tutulmuşdur.
Şəkil 2.20. Cərəyan generatoru şəklində dinamiki (aktiv) yükə malik gücləndirici kaskadlar: a) bipolyar tranzistorda; b) sahə tranzistorunda.
Fərz edək ki, sükunət rejimində İk.VT2 =İc.m.=İk.sük.VT1+İyük sük. şərti ödənilir. Əgər xarici siqnalın təsiri ilə VT1 tranzistorunun kollektor cərəyanı
İk artımı alarsa, yuxarıdakı şərtə görə
İk.VT2 -İc.m.=İk.sük.VT1+ İkVT2 +İyük sük + İyük
ifadəsini yazmaq olar. İkinci ifadəni birincidən çıxsaq
İkVT2 = - İyük
alarıq. Aydındır ki, kollektor cərəyanının bütün artımı xarici yükdən axır və maksimum güclənməni təmin edir.
Analoji olaraq sahə tranzistorlarında da bu cür gücləndiricilər yaratmaq olar (şəkil 2.20,b) və belə kaskadın güclənmə əmsalı KUK =sRyük ifadəsi ilə təyin oluna bilər.
|
| |