Mövzu 1: Giriş. Süni soyutmanın termodinamiki əsasları Fənn müəllimi: dos. Q. M. Allahverdiyeva




Download 5.28 Mb.
bet8/93
Sana25.03.2019
Hajmi5.28 Mb.
#4468
1   ...   4   5   6   7   8   9   10   11   ...   93
1.2. Cismin hal parametrləri

Cismin istilik halı onun temperaturu ilə xarakterizə edilir. Temperaturu ölçmək üçün müxtəlif şkalalardan istifadə edilir: termodinamiki dərəcə Kelvinlə (T,K) və beynəlxalq – dərəcə Selsiya (t,C). Termodinamiki temperatur şkalasında suyun donma temperaturundan 273,15 K aşağı temperatur mütləq sıfır qəbul edilir. Reper nöqtəsi kimi suyun üçlük nöqtəsinin temperaturu onun kristallik, maye və buxar fazalarının tarazlıq halını xarakterizə etməklə, bu nöqtə buzun ərimə nöqtələrindən daha dəqiq təyin edilir.

Selsi və Kelvin temperaturları arasındakı asılılıq aşağıdakıdır:

T=t+273,15oC

Bundan başqa Farenqeyt şkalasından da istifadə olunur. Burada hesablama başlanğıcı 0F selsiya şkalasında – 18C-yə bərabərdir, 0C buzun ərimə temperaturu 32F-ə müvafiq edir, suyun qaynama temperaturu isə – 212F-dir. Beləliklə, 1C=1,8F.

Bir şkaladan o birinə keçmək üçün aşağıdakı düsturlardan istifadə edilir:

t oC=T,K-273,15oC=5/9oF-32;

T,K =t oC+273,15oC=5/9oF+255,37.

Səthə təsir edən təzyiq qüvvəsinin həmin səthin sahəsinə nisbəti işçi cismin təzyiqini xarakterizə edir. Beynəlxalq vahidlər sistemində (Sİ) təzyiq vahidi kimi Paskal qəbul edilir: 1Pa=1N/m2. Bundan başqa sistemdə kənar vahidlərdən də istifadə edilir: texniki atmosfer ( 1 at=1 kqq/sm2 ), fiziki atmosfer (1 atm=1,033 kqq/sm2).

Ətraf mühitin təzyiqindən çox olan təzyiq izafi və ya manometrik adlanır. Atmosfer təzyiqindən aşağı təzyiq boşalma və ya vakuum adlanır. Manometrik təzyiqi ölçmək üçün manometrlərdən, boşalmanı ölçmək üçün – manovakuummetrlərdən və ya vakuummetrlərdən istifadə edilir.

Mütləq təzyiq monometrik və atmosfer təzyiqinin cəminə bərabərdir. Bu vahidlər arasındakı uyğunluq aşağıdakı kimidir:



1kqq/sm2=1atm=105Pa=105N/m2=1bar

1mm.c.süt=133,3Pa , 1 mm su süt=9,8 Pa

Xüsusi həcm (, m3/kq) maddənin həcminin onun kütləsinə olan nisbətinə bərabərdir, sıxlıq (, kq/m3) isə maddənin kütləsinin onun həcminə nisbətidir.

Sİ sistemində istilik miqdarı Coulla (Coul) ölçülür və 1 m məsafədə 1 N qüvvənin işini ifadə edir. Sistemdən kənar istilik vahidi – kalori: 1Coul=1Hm; 1kkal=4186Coul.

İşin zamana nisbətinə güc deyilir:



N=L/

burada L – işdir, Coul;

- zaman, san.

Güc vahidi kimi vatt (Vt) qəbul edilir: 1Vt=1Coul/san. 1 kq cismin 1 K temperatura qədər qızdırılması və ya soyudulması üçün sərf edilən istilik miqdarı xüsusi istilik tutumu c adlanır və Coul/(kqK) ilə ölçülür. Xüsusi istilik tutumu temperaturun 1K-ə qədər dəyişməsi zamanı maddənin entalpiyasının dəyişməsini göstərir. Entalpiya işçi cismin tam enerjisinə deyilir.





Download 5.28 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Download 5.28 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mövzu 1: Giriş. Süni soyutmanın termodinamiki əsasları Fənn müəllimi: dos. Q. M. Allahverdiyeva

Download 5.28 Mb.