• Mövzu 4: Soyuducuların izolyasiya materialları və izolyasiya konstruksiyaları Fənn müəllimi: dos. Q.M.Allahverdiyeva GƏNCƏ 2017
  • Ədəbiyyatlar: 1. Q . B . M ə m m ə d o v , Q. M. A l l a h v e r d i y e v a
  • B . Məmmədov , Q.M.Allahverdiyeva, M.C.Cəfərov.
  • 5. Б а б а к и н Б. С., В ы г о д и н В. А.
  • 2. İstilik izolyasiya materialları
  • Penopolisterol plitkaların istilik - fiziki xarakteristikaları
  • 4. Plastik hidroizolyasiya materialları
  • 5. Soyuducuların tikinti – izolyasiya konstruksiyaları v ə ona olan tələblər
  • 6. İzolyasiya konstruksiyaları Döşəmələr.
  • Arakəsmələr və qapılar.
  • AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
  • Mövzu 5: Soyuducuların əsas aparatları Fənn müəllimi: dos. Q.M.Allahverdiyeva GƏNCƏ 2017 M ÜHAZİRƏ -5
  • AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ




    Download 5,28 Mb.
    bet4/93
    Sana25.03.2019
    Hajmi5,28 Mb.
    #4468
    1   2   3   4   5   6   7   8   9   ...   93

    AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

    AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

    Fakültə: Mühəndislik

    Kafedra: Kənd təsərrüfatı texnikası

    Fənn: Qida məhsullarının soyudulması texnologiyası



    Mövzu 4: Soyuducuların izolyasiya materialları və izolyasiya konstruksiyaları

    Fənn müəllimi: dos. Q.M.Allahverdiyeva

    GƏNCƏ 2017

    MÜHAZİRƏ -4

    Mövzu : Soyuducuların izolyasiya materialları və izolyasiya konstruksiyaları

    Plan:

    1. İzolyasiyanın təyinatı

    2. İstilik izolyasiya materiallarının xüsusiyyətləri

    3. Buxar və hidroizolyasiya materialları

    4. Plastik hidroizolyasiya materialları.

    5. Soyuducuların tikinti – izolyasiya konstruksiyaları və ona olan tələblər

    6. İzolyasiya konstruksiyaları

    Ədəbiyyatlar:

    1. Q. B. M ə m m ə d o v, Q. M. A l l a h v e r d i y e v a İstilik və soyutma texnikası. – Bakı: Elm, 2011, 492 s.

    2. Q. B. M ə m m ə d o v. Soyuduculuq texnikası. - Bakı: Elm, 2007. 282s.

    3. Q.B.Məmmədov, Q.M.Allahverdiyeva, M.C.Cəfərov. İstilik və soyutma texnikası. – Bakı: Elm, 2011, 148s.

    4. К о ч е т к о в Н. Д. Холодильная техника. -М.: Машиностроение, 1966, 408 с.

    5. Б а б а к и н Б. С., В ы г о д и н В. А. Бытовые холодильники и морозилники / 2-е изд., испр. и доп. -М.: Колос, 2000, 656 с.: ил. (Справочник).

    6. Г а л ь п е р и н Д. М. Монтаж и эксплуатация холодильных установок в сельском хозяйстве. -М.: Колос, 1984, 301 с.

    1. İzolyasiyanın təyinatı

    Soyuducu maşının istehsal etdiyi soyuğun bir qismi məhsulların soyudulmasına və dondurulmasına, bir qismi isə kameraya ətraf mühitdən daxil olan istilik axınının qarşısının alınmasına sərf olunur. İstilik axınları hər iki tərəfdə temperatur fərqindən yaranır. İstilik axınlarının qarşısının alınmasına sərf olunan soyuqluq soyuducunun tikinti və istismar xərclərini artırır.

    Soyuqluq itkisinin qarşısını almaq üçün soyuducular istilik keçirməyən materiallardan hazırlanmış istilik izolyasiyaları ilə örtülür.

    İstilik izolyasiyasının etibarlılığı material və layın qalınlığı ilə təyin edilir. İzolyasiya lazımi miqdarda olmadıqda kameralarda durumlu temperatur rejimini yaratmaq çətin olur. Bu halda istismar xərcləri artır. Daha böyük izolyasiya layı da sərfəli deyil, çünki sərmayə xərcləri qənaət edilmiş soyuğun qiymətindən çox ola bilər. Buna görə də kameraların izolyasiyasını layihələndirəndə həm istismar, həm də sərmayə qoyuluşu xərclərini nəzərə alaraq optimal variant seçmək lazımdır.



    2. İstilik izolyasiya materialları

    Soyuducunun soyuqluq kamerasına istilik daha isti xarici mühitdən və qruntdan daxil olur. Soyuducunun divarlarının istilikkeçirməsini azaltmaq (divarlar, döşəmə, tavan) üçün həmin divarlar istilik izolyasiya qatı ilə örtülür.

    İstilik izolyasiyası divarlardan istiliyin keçməsini azaldaraq soyuducu avadanlıqlarda istilik yükünü aşağı salır, soyuğa olan tələbatı azaldır və nəticədə kameralarda verilmiş temperatur rejimini saxlamaqla soyuducu qurğuların istismarına xərclər azalır. İstilik izolyasiyasından, eləcə də, məhsulların qurumasının azaldılmasında və onların daha uzun müddətli və yüksək keyfiyyətli saxlanmasında istifadə olunur.

    Soyuducularda qəbul edilən istilik izolyasiya materialları az istilikkeçiriciliyə, kiçik həcmi kütləyə, müəyyən miqdarda rütubəti özünə çəkmək qabiliyyətinə, su udmaq və buxar keçiricilik qabiliyyətinə, donmaya davamlı, iyləri çıxartma və qəbul etmə qabiliyyətinin olmasına, köbələk və gəmiricilərin dağıtmasına qarşı davamlı, odadavamlı və zərbələrə, istismar vaxtı və nəqliyyat vaxtı titrəmələrə davam gətirməyə imkan verən lazımi mexaniki möhkəmliyə malik olmalıdır. İstilik izolyasiya materialları tapılan və ucuz olmalıdır.

    Bütün istilik izolyasiya materialları məsaməli struktura malik olurlar. Quru hərəkətsiz hava çox kiçik istilikkeçirmə əmsalı ilə xarakterizə olunur (=0,023 Vt/mdər).

    Məsamənin (deşiyin, boşluğun) ölçüləri, forma və xarakteri istilik izolyasiya materialının keyfiyyətini təyin edir.

    İstilik izolyasiya materialı effektivliyinə görə bölünür: yüksək keyfiyyətli (istilik keçiricilik əmsalı 0,047 Vt/mdər - yə qədər və həcmi kütləsi 15…100 kq/m3), keyfiyyətli (istilik keçiricilik əmsalı 0,047…0,082 Vt/mdər - yə qədər və həcmi kütləsi 100…300 kq/m3), aşağı keyfiyyətli (istilik keçiricilik əmsalı 0,17…0,35 Vt/mdər - yə qədər və həcmi kütləsi 600…1000 kq/m3). İstilik izolyasiya materialları müddətli işləmə vaxtında ilkin tərkibini saxlamalıdır. İstilik izolyasiya materiallarının tərkibinin pisləşməsinə əsas səbəb onun nəmlənməsidir.

    İzolyasiya materialları hazırlanırlar:

    - bərk məmulat (plitkalar, bloklar, qabıqlar, sementlər);

    - əyilən məmulatlar (həsirlər, rulon materiallar);

    - tökülən materiallar (şlak, kəpək, probka, qırıntılar və s.).

    Onlar kəsici alətlərlə asan emal olunmalıdır.

    Təbii mənşəli izolyasiya materialı, təbii mənşəli süni materialdan (sintetik) və mineral mənşəli materialdan ibarətdir.

    Təbii mənşəli istilik izolyasiya materialına probkalı və torflu plitkalar, ağac kəpəyi və s. daxildir.

    Sintetik istilik izolyasiya materialına penoplast, penopolistrol, penopoliuretan və miporlar daxildir (cədvəl 1).

    Mineral tərkibli istilik izolyasiya materialına penobeton, penoşüşə, mineral pambıqlar, şüşə pambıqlar, plitkalar, tuf (tuf daşı) və pemzalar, şlaklar, keramzit xır və başqaları daxildir.

    Cədvəl 1

    Penopolisterol plitkaların istilik-fiziki xarakteristikaları

    Göstəricilər

    ПС-1

    ПС-4

    ПСБ-С

    Həcmi kütlə, kq/m3

    50…400

    35…80

    16 20 25 30

    Möhkəmlik həddi, MPa:

    Sıxılmada

    əyilmədə











    0,3…3

    0,17…0,4

    0,05 0,07 0,1 0,15




    -

    -

    0,07 0,14 0,18 0,21

    24 saat ərzində nəmliyin udulması:










    həcmi, %

    -

    -

    4 3 2 2

    kq/m3

    0,3

    0,6…0,3

    - - - -

    Quru halda istilik keçiriciliyi, Vt/(mK) orta temperaturda, C










    +25

    0,038…0,058

    0,035…0,038

    0,004 0,039 0,037 0,037

    -100

    -

    -

    - 0,024 - -

    -150

    -

    -

    - 0,016 - -

    Temperatur sahəsi

    -180…+60

    -180…+70

    .

    3Buxar hidroizolyasiya materialları

    Soyuducunun divar örtüyündən yalnız istilik yox, eləcə də nəmlik və ya rütubət də keçir. Bu atmosfer çöküntülərinin və ya qruntun su damcıları ola bilər. Bunlardan daha səciyyəvi olan soyuducunun divarları üçün ətrafdan su buxarının keçməsidir. Ətrafın isti və daxilin soyuq havasında hissələrə bölünmüş təzyiqlər arasındakı fərqin təsiri altında su buxarı soyuducuya daxil olur.

    Buxar izolyasiya materialı buxarın keçirilməsinə qarşı yüksək davamlı olmalıdır, nəmliyi udmamalıdır, materialın çürüməsinin qarşısı alınmalıdır, temperatura davamlı olmalıdır və iyli olmamalıdır.

    Əsas buxar izolyasiya materialları bitumlardır. Bu tək və yaxud başqa materialların tərkibində olmaqla işlədilir. Buxar – hidroizolyasiya materialları keyfiyyətində, eləcə də, rulon (ruberoid, hidroizol, perqamin (nazik sarğı kağızı), borulin və plastik (plyonkalar, listlər, səth (üzlük), plitkalar) materiallardan istifadə edilir.



    Bitumlar. Onlar təbii olurlar, ancaq onları tez – tez süni yolla nefti qızdırmaqla da alırlar. İzolə edilən səthə ərinmiş vəziyyətdə fırça ilə 1 mm-dən 5 mm-ə qədər qalınlığında bitum çəkirlər.

    Ruberoid. Üzərinə əvvəlcə yüngül ərinti, sonra ağır (bərk) bitum ərintisi hopdurulmuş kartondan ibarətdir. Onun yapışmasını mühafizə etmək üçün onun üstünə mineral paraşok (qum) səpirlər. Listin (təbəqə) qalınlığı 0,5…0,7 mm-dir.

    Perqamin (perqament) heyvan dərisindən olub yazı yazmaq üçündür (kağıza oxşar şəffaf, nazik sarğı kağızı). Perqaminə yalnız yüngül bitum hopdurulur, onun üzərinə mineral paraşok səpilmir, ona görə də bu əlamətlərinə görə ruberoiddən fərqlənir. Perqamin böyük elastikliyə malikdir.

    Tol daş kömür məhlulu hopdurulmuş və hər iki tərəfinə qum səpilmiş kartondan ibarətdir. Tol iy yaradır, ona görə də onu daxili izolyasiya üçün qəbul etmirlər, ancaq onu az cavabdehli obyektlərin hidroizolyasiyası üçün istifadə edirlər.

    Ruberoid, perqamin və tol təbii (üzvi) əsaslara malikdir və ona görə də çürüməyə məruz qalırlar.



    Borulin. Bu material təbii əsaslarsızdır. Onlar neft bitumlarından, asbest (odadavamlı lifli material) liflərin və rezinlərin yayılması (prokatka) yolu ilə hazırlanır. Listin qalınlığı 1,5…2 mm-dir. Borulin yaxşı buxar izolyasiyası tərkibinə malikdir və çürümə vermir. Soyuducuların ətraf örtüyünün tikinti izolyasiyasında qəbul edilir.

    Hidroizol. Bu hopdurulmuş asbest kağızdan ibarətdir. Qalınlığı 1 mm-dir. Hidroizol odadavamlıdır.

    Rulon buxar və hidroizolyasiya materialları örtüyün səthinə bitum ərintisi və ya bitum mastikasının köməyi ilə yapışdırılır (kleylənir).



    4. Plastik hidroizolyasiya materialları

    Bu materiallar nazik pərdə şəklində təbəqələrdən və plitkalardan ibarət buraxılır, eləcə də polietilen və polixlorvinil. Bunları hidroizolyasiya, müdafiə və üzləmə materialları kimi ticarət soyuducu avadanlıqlarında, izotermik konteynerdə və ev soyuducularında istifadə edirlər.



    5. Soyuducuların tikintiizolyasiya konstruksiyaları və ona olan tələblər

    Soyuducuların tikinti – izolyasiya konstruksiyaları özü ilə tikinti, buxar izolyasiya (hidroizolyasiya) və istilik izolyasiya materiallarının əlaqəsini yaradır.

    İzolyasiya konstruksiyalarına aşağıdakı tələblər qoyulur:

    1. İstilik – tikinti izolyasiyanın qalınlığı elə olmalıdır ki, soyuducu qurğuların istismarına və soyuducuların izolyasiyasına çəkilən xərclərin minimum qiymətində tikinti istilikötürmə əmsalı optimal olsun. İstilik izolyasiyasının qalınlığı hesabatla təyin olunur.

    2. İstilik izolyasiyası rütubətdən müdafiə olunmalıdır. İstilik izolyasiya təbəqəsinə nəmlik daxil olmasın deyə, daha isti mühitin tərəfləri ilə istilik izolyasiyasından qabaq yerləşdirilmiş izolyasiya konstruksiyalarında buxar və hidroizolyasiya materiallarının təbəqəsinə baxılır.

    3. Tikinti – izolyasiya konstruksiyalarında istilik və buxar izolyasiya təbəqələri fasiləsiz olmalıdır.

    4. İzolyasiya təbəqəsi menxaniki zədələnmədən müdafiə olunmalıdır. Müdafiə vəzifəsini tikinti konstruksiyasının hissələri yerinə yetirir.

    5. Tikinti konstruksiyalarında izolyasiyanın bərkidilməsi etibarlı olmalıdır. İzolyasiya materialları tikinti materiallarına kip yapışmalı və onlarla sərt birləşməlidir. İzolyasiya altında boşluq buraxılmamalıdır. Ona görə də tikinti konstruksiyalarının səthi izolyasiya təbəqəsi çəkilməmişdən qabaq hamarlanmış olmalıdır.

    6. İzolyasiya gəmiricilərdən müdafiə olunmalıdır.

    İzolyasiyalara döşəmələrin, divarların, örtüklərin və mərtəbələrarası örtüklərin, qapıların, boruların konstruksiyaları daxildir.



    6. İzolyasiya konstruksiyaları

    Döşəmələr. Qrunt üzərində yerləşmiş döşəmə müxtəlif soyudulan binada temperatur və qruntun tərkibindən asılı olaraq qurulur (tikilir).

    Qrunt üzərində yerləşmiş binanın döşəməsi havanın temperaturu 0C və yuxarı olduqda izolyasiya edilmir. Lakin kənar divarların uzunu boyunca, mənfi temperaturda binanın döşəməsi qeyri-təbii səpələnən materiallarla izolyasiya edilir. Qalınlığı və eni 0,5 m-dən az olmayaraq izolyasiya edilir. Bunlar kameranı qrunt təbəqəsinin isinmiş səthinin istilik keçirməsindən müdafiə edəcəkdir.

    Temperatur 00C-dən aşağı olduqda kameranın döşəməsi bütün səthi boyunca izolyasiya edilir. Buna baxmayaraq qrunt bu kameralar altında donur. Sıxılmış (kipləşmiş) qrunt üzərinə beton təbəqəsi (6…8 sm) düzülür. Qruntdan nəmliyin aşağı temperatur zonasına keçməsində döşəmənin müdafiəsi üçün onun üzərinə rulon hidroizolyator (ruberoid, perqamin) düzürlər. Rulon material səpilmiş şlak qatı olan şlakbeton qatının zədələnməsindən müdafiə olunur. Şlak qatının qalınlığı hesabatla təyin olunur. Bunun üstünə armaturlaşdırılmış beton qatı (4…6 sm) və kameradan nəmliyin keçməsində müdafiə üçün şlakbeton qatı ilə hamarlanmış səthə izolyasiya çəkilir.

    Təmiz döşəmə su keçirməyən material olan asfalt, keramika plitkası, mozaika beton plitkası və s.-dən salınır.

    Gilli və tozlu qruntlarda gil və qum olub, torpaqların məsamələrinin ölçüləri kiçik, bunların donması üçün qruntdan çıxan əlavə suların keçməsinə imkan vermir. Lakin əmələ gələn duz dənələri (kristalları) qruntların işləməsinə və həcminin qeyri-bərabər böyüməsinə gətirib çıxarır. Qruntun şişməsi nəticəsində soyuducular altında çatlar əmələ gəlir və tikinti konstruksiyaları dağılır. Buna görə də mənfi temperaturlu kameralar altında olan qruntların döşəməsinin konstruksiyalarında qruntun donmadan müdafiəsi üçün qurğu nəzərdə tutulur. Qruntun yüngül qızmasında döşəmənin izolyasiyası altında havanın dövr etməsi üzrə səngərlər (döşəmə altında kanallar) sistemi nəzərdə tutulur. Kanallarda havanın təbii dövr etməsi uzunmüddətli olduqda – məcburi sirkulyasiya qəbul edilir.

    İstənilən böyük sahəyə malik olan birmərtəbəli soyuducular üçün məqsədyönlü elektrik qızdırıcısı və ya mayeli isti sirkulyasiyalı qızdırılma qəbul edilir.



    Divarlar. Soyuducunun kənar divarları dəmir – betondan yığılmış paneldən, polad və ya alüminium təbəqədən düzgün profil verilmiş panellərdən, eləcə də kərpicdən tikilir. Divarlar sərbəst bünövrəyə malikdirlər və onlar kənar sıra kolonnasından birmərtəbəli soyuducularda 0,25 m, çoxmərtəbəli soyuducularda 1,5…2 m hündürlüyündə qaldırılır. Arakəsmə örtük plitkalar (mərtəbələrarası) ətraf kənar divarlardan məsafədə olurlar. Bu xarici çevrə ilə fasiləsiz izolyasiya qatı yaradılmağa imkan verir. Divarların dayanıqlığı üçün onları örtük plitkalarına və ya kolonnalara boltlarla və bəndlərlə bərkidirlər. Polad və ya alüminium listlərdən düzgün profil verilmiş panellərdən istifadə etdikdə divarlar asma ola bilərlər (kolonnalara bərkidilirlər). Divarların izolyasiyası üçün ən çox plitkalı materiallardan istifadə edilir.

    Yığma panellər zavodlarda izolyasiya edilir və tikinti yerlərində istənilən vaxt izolyasiya materialı qoyulur.

    Tikinti yerində divarların izolyasiyasında əvvəlcə divarların səthi hamarlanır. Divarın düz səthinə 2,6…3 mm qalınlığında buxar izolyasiya qatı çəkilir, sonra istilik izolyasiya pilətələri bitum mastikası, emulsiyası və ya xüsusi yapışqanlarla yapışdırılır. Plitkalar arasındakı tikişlərə bitum mastikası izolyasiya materialının qırıntıları ilə çəkilir. Sonrakı qatların plitkaları əvvəlki qatlardakı tikişləri örtür. Birinci qat pilətə başdan – başa bitum qatı ilə kleylənir, ikinci və sonrakı qatlar isə bitum zolaqları və ya ləkələri ilə kleylənir. Beləliklə, fasiləsiz buxar izolyasiya qatı yalnız isti izolyasiya tərəflərindən yaranır ki, bu da izolyasiyanın özünün qurumasına, yəni nəmliyin kamera tərəfə çıxışına imkan yaradır. Kiçik həcmli kütləyə malik olan polistrol pilətələr (izolyasiya edən plastik kütlə) əvvəlcə bloklarda lazımi qalınlıqda yapışdırılır ki, bu da yapışdırılma keyfiyyətini yüksəldir. İzolyasiya plitkaları divara ağac reykalarla sıxılır. Reykaların divarlara bərkidilməsi üçün əvvəlcə sink məftillər və ya ağac pazlarla ona bərkidicilər düzəldirlər (polosa kimi). Reykaları mıxlarla pazlara çalırlar, sonra onu ilişkənlərlə bərkidirlər. İzolyasiyalı divarların daxili səthlərini metal tor üzərində sement suvaqla və ya asbest – sement listlərlə örtürlər, plastik qatlarla və ya başqa materiallarla üzləyirlər. Tökülən, səpələnən izolyasiyadan istifadə etdikdə divarları ikiqat edirlər. İzolyasiya divarlararası tikişə – yarığa səpilir. İzolyasiya çökdükdə əlavə izolyasiya tökmək üçün divarların yuxarı hissələrində pəncərə saxlayırlar.

    Arakəsmələr və qapılar. Penobeton və ya penoşüşə bloklardan ibarət bir və iki qatda penokeramzit arakəsmələri təşkil edir. Belə bloklar tikinti və izolyasiya materialının vəzifəsini yerinə yetirir. Bunlar isti sement məhlul üzərində düzülür. Tikişlər bitumlu mastika, izolyasiya materialının qarışığı ilə doldurulur. Arakəsmələrin hər iki tərəfinin səthləri sement – əhəng məhlulu ilə hamarlanır.

    Arakəsmələrin vəzifəsini dəmir – beton və metal panel və ya istilik izolyasiya kərpicləri də yerinə yetirə bilər.

    Kiçik soyuducularda ağac izolyasiyalı arakəsmələrdən istifadə edilir. Bu soyuducularda sıfır və müsbət temperaturlu kameralar arasındakı temperatur 4C-ni keçmirsə, onda onların arakəsmələrinin izolyasiya edilməməsinə icazə verilir.

    Üst örtük və mərtəbələrarası örtüklər (və ya arakəsmələr), 6x6 m kolon torda hamar tavanların örtüklərinə nisbətən üstündür. Hər təbəqə arası örtük (arakəsmə) yuxarıdan və aşağıdan izolyasiya etmək üçün pneopolistrol ПСТ-С və ya penopoliuretan ППУ-ЗС-dən qəbul edilirsə, onda tavanın səthi üzlənmir. Üzləmə işlərinə yalnız ağartma daxil edilir.

    6x12, 6x18 kolon addımlı birmərtəbəli soyuducularda örtük üçün dəmir-beton tirlər və ya metal fermalar istifadə edilir. Tirlər üstünə yığma dəmir-beton plitkalar düzülür, onun üzərinə də istilik izolyasiyası düzülür. Yuxarıdan izolyasiyanı həsirlərlə mühafizə edirlər. Hal-hazırda 15 %-ə qədər olan maillikdə rulon həsirlərin çəkilməsi geniş yayılmışdır. Mailliyi qəbul edilən kolonlar müxtəlif hündürlüyü yarada bilər. Əgər kolonlar eyni hündürlüyə malik olarsa və plitkalar üfiqi olarsa, onda örtüyün mailliyi izolyasiya materialının müxtəlif qalınlığının yaradılması yolu ilə alınır.

    Hidroizolyasiya örtüyü bir neçə qat (5…7 qat) borulin və hidroizol qatlarından ibarətdir. Yay müddətində rulon örtüyün su ilə sulanması əlverişli olur ki, bu da günəş radiasiyasının təsirini azaldır və örtüklərin keyfiyyətini saxlayır. Rulon örtüklər asbest – sement təbəqəli bitum mastika ilə örtülür.

    Birmərtəbəli soyuducularda tirli örtüklər və ya fermalar, eləcə də asma tavanlar istifadə edilir. Belə tavanlar ikiqat penopolistirol ПСБ-С (=200 mm) və hər iki tərəfi asbest – sement təbəqəsilə tikilmiş izolyasiya panellərindən yığılır. Yanan və çətinyanan izolyasiya materiallarının istifadəsində penobetondan, qazobetondan, keramzit betondan və asbest perlitdən istifadə edilir.

    Qapılar. Söykənilən və diyirlənən qapılar qəbul edilir. Qapıların izolyasiyası üçün polixlorvinil ПХВ-1 və ya 150 mm qalınlığında penopolistrol istifadə edilir. Metal üzləmə qapıları mexaniki zədələmədən mühafizə edir və buxar izolyatoru adlanır.

    Borular. Bunlar müxtəlif materialların qabıqları və seqmentləri ilə izolyasiya edilir. Boruların çirkdən və pasdan təmizlənməsindən sonra onlar bitumla rənglənir. Sonra bunların üzərinə bir neçə qat bitum qarışdırılmış qabıq və seqmentlər yapışdırılır. Bu hesabat qalınlığının alınmasına qədər aparılır. Tikişlər izolyasiya materialının qırıntıları və bitumdan alınmış mastika ilə doldurulur. Borunun üstünə perqamin çəkilir və məftil dolanır. Sonra metal tor bərkidilir və suvanır. Boruların izolyasiyası üçün elastik materialdan da istifadə edilir. Borular hidravliki sınaqdan sonra izolyasiya edilir.

    Aparatlar da borular kimi sınaq sistemindən sonra izolyasiya edilir. Aparatlar və borular üçün daha effektli, örtülü məsaməli strukturlu materiallardan istifadə edilir.



    AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

    AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

    Fakültə: Mühəndislik

    Kafedra: Kənd təsərrüfatı texnikası

    Fənn: Qida məhsullarının soyudulması texnologiyası



    Mövzu 5: Soyuducuların əsas aparatları

    Fənn müəllimi: dos. Q.M.Allahverdiyeva

    GƏNCƏ 2017

    MÜHAZİRƏ -5 ( 2 saat)

    Mövzu : Soyuducuların əsas aparatları

    Plan:

    1. Kompressorların tipləri

    2. Porşenli kompressorlar

    3. Rotorlu kompressorlar

    4. Turbinli kompressorlar

    5. Kondensatorlar və buxarlandırıcılar



    Ədəbiyyatlar:

    1. Q. B. M ə m m ə d o v, Q. M. A l l a h v e r d i y e v a İstilik və soyutma texnikası. – Bakı: Elm, 2011, 492 s.

    2. Q. B. M ə m m ə d o v. Soyuduculuq texnikası. - Bakı: Elm, 2007. 282s.

    3. Q.B.Məmmədov, Q.M.Allahverdiyeva, M.C.Cəfərov. İstilik və soyutma texnikası. – Bakı: Elm, 2011, 148s.

    4. К о ч е т к о в Н. Д. Холодильная техника. -М.: Машиностроение, 1966, 408 с.

    5. Б а б а к и н Б. С., В ы г о д и н В. А. Бытовые холодильники и морозилники / 2-е изд., испр. и доп. -М.: Колос, 2000, 656 с.: ил. (Справочник).

    6. Г а л ь п е р и н Д. М. Монтаж и эксплуатация холодильных установок в сельском хозяйстве. -М.: Колос, 1984, 301 с.

    Kompressor – soyuducu maşının əsas hissələrindən biridir. O soyuducu agentin buxarlarının buxarlandırıcıdan sorulması, sıxılması və kondensatora qovulması üçündür.

    Soyuducu maşının səmərəli işinə əsas enerji istehlakçısı olan kompressorun işi təsir edir. İstifadə olunan kompressorlar sərfəli, etibarlı, sadə və ucuz olmalıdırlar.

    Soyuduculuq texnikasında a) porşenli; b) rotorlu; c) mərkəzdənqaçma və ya turbokompressorlardan istifadə olunur. Qida sənayesində ən geniş yayılmış kompressorlar porşenli kompressorlardır.



    Download 5,28 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   93




    Download 5,28 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

    Download 5,28 Mb.