Mövzu 11. Radioaktiv tullantıların insan və ətraf mühitə təsiri




Download 63,88 Kb.
bet11/15
Sana03.04.2021
Hajmi63,88 Kb.
#13985
1   ...   7   8   9   10   11   12   13   14   15
Mövzu 11. Radioaktiv tullantıların insan və ətraf mühitə təsiri

Atmosferə RM (radioaktiv maddələr) təbii radioaktiv proseslər vasitəsilə, uran filizləri çıxardıqda, reaktorların istismarı zamanı və atom partlayışı nəticəsində daxil olur.



Təbii radioaktivlik atmosferə xasdır o, təbiətdə həmişə mövcuddur və insan fəaliyyətindən asılı deyil. Canlı orqanizmlər belə radioaktivliyə uyğunlaşıb və heç bir zərərli nəticəyə səbəb olmur. RM - lə atmosferin çirklənməsi atom və hidrogen bombalarının partladılması nəticəsində baş verir. Hər bir belə partlayış zamanı radioaktiv tozlardan dəhşətli böyük buludların yaranması müşahidə olunur. Çox güclü partlayış dalğası zamanı bu tozların hissəcikləri bütün istiqamətlərə yayılaraq 30 km yüksəkliyə qədər qalxır. Partlayışın ilk saatları ən iri hissəciklər, bir qədər kiçik hissəciklər isə 5 sutka ərzində yerə düşür, nəhayət daha xırda dispers tozlar hava axınları vasitəsilə min km məsafələrə yayılaraq bir çox illər ərzində yer kürəsinin səthinə düşür. Atom partlayışı zamanı əmələ gələn ayrı-ayrı izotopların yarımparçalanması müxtəlif dövrlərdə davam edir. Bu baxımdan 2 izotop – stronsim – 90-25 il ərzində parçalanma gedir, o, yer səthinə düşərək bitki tərəfindən (yem) inəyin südünə keçir; və sezium – 137 – in yarımparçalanması 33 il davam edir. Biosferin radioaktiv çirklənməsində nüvə silahlarının sınaqdan keçirilməsi mühüm faktor sayılır. Dünyada 2000 – dən artıq nüvə silahı sınaqdan keçirilmişdir. (onlardan 500-ü atmosferdə.) Bu parptlayışlar zamanı ətraf mühitə milyon kürilərlə radioaktiv seziyum 137 və stronsium – 90 və digər elementlər daxil olmuşdur. Ətraf mühitin radioaktiv çirklənməsi baxımından nüvə müharibəsi ən dəhşətli, ən qorxulu ola bilər, tədqiqatlar göstərir ki, əgər nüvə müharibəsi başlayarsa, iri şəhərlərə atom bombası atılacaq. Bu zaman Yerin geniş ərazisini aylarla qaranlıq bürüyəcək, Günəş şüası yanğınlar nəticəsində əmələ gələn hissəciklərindən ibarət böyük buludlardan keçə bilməyəcək. Bir sıra regionlarda orta temperatur bir neçə 10 dərəcə aşağı düşəcəkdir. ( hətta suyun donma dərəcəsindən də aşağı) Strotosferin ozon təbəqəsi naziləcək, atmosfer havası zəhərlənəcəkdir. AES- də baş verən qəzalar nəticəsində də atmosfer havasının radioaktiv çirklənməsi baş verir. 1986-cı ildə Çernobıl AES-də baş verən qəza nəticəsində Belorusya respublikasının 5 4 hissəsi radioaktiv çirklənməyə (xüsusən sezium – 137 və stronsium - 90). məruz qalmışdır. Çernobıl qəzası nəticəsində Belorusiya respublikasına 10 milyon dollarlarla ziyan dəymişdir. Burada 16,4 min km2 ərazi çirklənməyə məruz qalmışdır. Bundan başqa qonşu Ukrayna respublikasının geniş ərazisi də radioaktiv çirklənməyə məruz qalmışdır. Çirklənməyə məruz qalan rayonlarda bitki və heyvanlarda anomal mutasiya müşahidə olunmuş, bəzi sahələrdə meşələr qurumuşdur. Hazırda dağ – mədən sənayesində istifadə edilən istehsal texnologiyaları fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığa əsaslanır.Bu isə istehsalın səmərəliliyini aşağı salmaqla,həm də ətraf mühitə mənfi təsir göstərir.Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «Ekoloji cəhətdən dayanıqlı sosial – iqtisadi inkişafa dair» Milli Proqramında dağ – mədən təbii sərvətlərindən səmərəli istifadə edilməsi üzrə aşağıdakı tədbirlər irəli sürülür. - Yeni texnologiya ilə təmin edilməklə metalın və metal məhsullarının, həmçinin dəmir ərintilərinin qapalı istehsal tsikllərinin yaradılması; - Vahid məhsulun istehsalında az enerji tutumlu texnologiyaların tətbiqi; - Təbii ehtiyatlardan səmərəli istifadə olunmasını təmin etmək üçün xammal mənbəlrinin istismarı zamanı itkilərin maksimum qarşısını almaq məqsədilə müasir metodların tətbiqi. - İstismarı başa çatmış yataqların ərazilərində rekultivasiya işlərinin aparılması.

Böyük Britaniya tərəfindən İrlandiya dənizində, Fransa tərəfində isə Şimal dənizində radioaktiv tullantılar basdırıldı. Buradan çirkləndiricilər Barens dənizinə keçir. Bəzi dəniz məməli heyvanları və quşları plastik zibilləri udduqda pis hala düşür, bəzən isə məhv olur.

Dünya okeanı fiziki çirklənməyə də (radioaktiv və istilik çirklənməsinə) məruz qalır. Radioaktiv məhsullar Okeana nüvə silahlarının sınaqdan keçirildiyi, həcminin xüsusi kanteynerlərdə radioaktiv tullantıların atılması və onların zədələnməsi zamanı baş verərək suda olduqca geniş əraziləri əhatə edir. Mikroneziyada 50-ci illərdə 50-dən artıq nüvə partlayışı keçirilmişdir. Minə yaxın ada, öldürücü radiasiya təsirinə məruz qalmışdır.

Açıq dəniz dedikdə nə ərazi dənizinə və nə də istənilən dövlətin daxili sularına aid olmayan dənizin bütün hissəsi başa düşülür. Açıq dəniz haqqında Cenevrə konvensiyası dəniz mühitini çirklənmədən qorumaq məqsədilə dəniz mühitini neftlə, radioaktiv tullantılarla və digər zərərli maddələrlə çirklənməsinin qadağan olunması və həyata keçirilməsi üzrə hər bir ölkənin qarşısında qanunlar işləyib hazırlamaq vəzifəsini irəli sürdü.





Download 63,88 Kb.
1   ...   7   8   9   10   11   12   13   14   15




Download 63,88 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mövzu 11. Radioaktiv tullantıların insan və ətraf mühitə təsiri

Download 63,88 Kb.