Mövzu 10. AES-lərdə texniki-ekoloji problemlər




Download 63,88 Kb.
bet10/15
Sana03.04.2021
Hajmi63,88 Kb.
#13985
1   ...   7   8   9   10   11   12   13   14   15
Mövzu 10. AES-lərdə texniki-ekoloji problemlər

Atom elektrik stansiyaları (AES) dünya üzrə müxtəlif ölkələrdə geniş istifadə olunmaqdadır və nüvə energetikası dövrümüzdə ən perspektivli energetika mənbələrindən hesab olunur. Nüvə yanacağının əsas xüsusiyyəti ehtiyatının nisbətən çox olması olması, həm də təəssüflər olsun ki, ətraf mühitə neqativ təsir göstərmə qüvvəsi ilə səciyyələndirilir. AES-in nüvə yataqlarına bağlamamaq imkanının olması onların tikintisinin digər üstünlüyü hesab oluna bilər. Belə ki, AES-ları kiçik həcmə malik olduğundan onların daşınması üçün heç də böyük xərc tələb olunmur. Bu sahənin səmərəliliyini qeyd etmək üçün təkcə onu vyrğulamaq kifayətdir ki, 1000 ton daş kömürdən əldə olunmuş yanacaq yalnızca 0,5 kq nüvə yanacağından alınmış enerji miqdarına bərabərdir. Dünya ölkələrinin çoxillik təcrübəsi belə qənaətə gəlməyə əsas verir ki, AES-lərin istismarı və istifadəsi əhəmiyyətli dərəcədə ətraf mühitə təsir göstərməsə də bu təsir birdəfəlik və irimiqyaslı ola bilər. Cədvəl 1.1.2də il ərzində yanacaq sərfi və ətraf mühitin çirklənməsi üzrə gücü 1000 MVt olan AES və İES-lərin müqayisəli məlumatları verilir.



Çernobıl faciəsinə qədər keçmiş SSRİ ərazisində AES-lər də digər istehsal sahələrinə nisbətən olduqca az istehsalat travması baş vermişdir [8]. Faciəyə qədər 30 il ərzində qeyri-radiasiya səbəbindən qəzalar nəticəsində cəmi 17 adam tələf olmuşdur. 1986-cı ildən sonra isə haqlı olaraq AES-lərəsas ekoloji təhlükəyə səbəb olması qəza ilə əlaqələndirilir. Hərçənd halhazırda yeni texnoloji inkişaf ərəfəsində AES-lərdə qəza hadisəsinin baş vermə ehtimalı çox aşağıdır, lakin o, istisna deyildir. Bu çərçivədə Çernobıl AES-in 4-cü blokunda baş vermiş dəhşətli faciə ən böyük qəza sayılır. Çernobıl AES-dəki qəza nəticəsində dəyən zərər olduqca irimiqyaslıdır. Bu ekologiyaya və ətrafda yaşayan insanların həyatına faciəli şəkildə təsir etmiş, bir sıra şüa xəstəliklərinin yaranmasına səbəb oldu ki, bunun izləri illər keçsə də özünü göstərməkdə davam edir. Qəza zamanı təxminən 2 min kilometr radiusunda ərazi radioaktiv çirklənməyə məruz qalmışdır və bu 20-dən artıq ölkəni əhatə etmişdir.Keçmiş SSRİ-nin11 vilayəti zərər görmüşdür ki, orada da 17 mln əhali yaşayırdı. Ümumilikdə çirklənməyə məruz qalmış ərazinin sahəsi 8 mln ha və ya 800000 km2-dən artıq olmuşdur. Bu dəhşətli hadisədə 31 adam ölmüş, 200 nəfərdən çox insan təhlükəli radiasiya dozası almışlar ki, bu da nəticədə şüa xəstəliyinə gətirib çıxarmışdır. Fəlakətdən dərhal sonra 115 min adam daha təhlükəli zonadan (30 kmlik) köçürülməsi təşkil edilmişdir. Rəsmi məlumatlara əsasən hadisədən sonra da ölənl, yaralanan və köçürülənlərin sayı artmışdır. Və daha dəhşətlisi də budur ki, külək vasitəsilə radioaktiv maddələrin yayılması baş vermiş, yanğınlar, nəqliyyat və s. vasitəsilə çirklənmə sahəsi daha da genişlənmişdir. Qəzanın və yaratmış olduğu ağır xəstəliklərin nəticələri neçə-neçə nəsillərin həyatında təsirini göstərmişdir və göstərməkdədir.Bu qəza bir sıra ölkələr üçün təbil çalmış və nəticədə, faciədən dərhal sonra bir neçə ölkələrdə cəmiyyətin təkidi nəticəsində AES-lərin tikilməsi proqramı müvəqqəti olaraq dayandırılmışdır, lakin həmin ərəfədə də 34 ölkə üzrə atom energetikası inkişaf yolunu davam etdirdi. 1990-cı ildə 10 yeni AES elektrik şəbəkəsinə qoşulmaqla istifadəyə verildi. 2000-ci ilin sonunun məlumatına əsasən isə dünyada istifadədə olan AES-lərin 436 bloku mövcuddur. Bütün təhlükələrə rəğmən AES-lərin tikintisi hazırda da davam etdirilməkdədir. Ümumilikdə fəaliyyət göstərən AES-lər dünya enerji istehsalının 17%-ni təşkil etməkdədir. Orta hesabla götürsək, dünya üzrə bütün elektrik enerjisinin 50%-ni təkcə Qərbi Avropadakı AES-lər istehsal edir. Müqayisə üçün qeyd edək ki, əgər hazırda fəaliyyət göstərən bütün AES-ları İES-ları ilə əvəzlənərsə, dünya iqtisadiyyatına, bütün planetimizə və ayrılıqda hər bir fərdəbərpası qeyri- mümkün olan zərər yetirilərdi. Bu nəticə həm də ona əsaslanır ki, AES-lardan əldə olunan enerji eyni zamanda Yerin atmosferə illik olaraq İES vasitəsilə üzvi yanacağın yandırılmasından alınan 2200 mln ton karbon qazının, 90 mln ton kükürd-2-oksidin və 40 mln ton azot oksidinin buraxılmasının qarşısını alır. Bundan başqa, üzvi maddələr (daş kömür, neft) yandırılarkən atmosferə tərkibində əsasən yarımparçalanma dövrü 1600 ilə qədər davam edən radium izotopları olan çoxlu miqdarda radioaktiv maddələr atılır [8]. Bu səbəbdən, adətən, AES-lərin tikinti işləri iri şəhərlərdən və yaşayış məntəqələrindən minimum 30-35 km aralı məsafədə aparılmalıdır. Bu stansiyaların tikinti sahəsi havası yenilənən (təmizlənən), daşqın suları çatmayansahələrdə seçilməlidir. AES-lərin ətrafında əhalinin yaşamasını qadağan edən qoruyucu zona ayrılır. Qlobal yanacaq-energetika problemlərin tədqiqatlarına əsaslananbir çox yüksək nüfuzlu beynəlxalq təşkilatlar dünya atom energetikasının inkişaf imkanlarını dəyərləndirərkən 2010-2020-ci illərdən sonra ümumdünya səviyyəsində AES-lərin tikintisinin genişləndirilməsinə tələbin bir daha artmasını proqnoz edilir.



Download 63,88 Kb.
1   ...   7   8   9   10   11   12   13   14   15




Download 63,88 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mövzu 10. AES-lərdə texniki-ekoloji problemlər

Download 63,88 Kb.