Mövzu 8. Plazma texnologiyası
Plazma Texnologiyası-müxtəlif məlumat və materialların qaz boşalması plazmasında istehsalı üsuludur. Qaz boşalması hesabına alınan plazmada hissəciklər o qədər yüksək enerji əldə edir ki, həmin enerji milyon, hətta milyard dərəcəyə malikdir.
Əlavə olaraq nəzərə almaq lazımdır ki, texnoloji sənədlərin yerinə yetirilən forma və proseduralarına, həll olunan məsələlərin strukturuna məmulun sinfi və hazırlanma metodları da təsir edir (məsələn, siniflər, maşınqayırmada bu siniflər 10-dan artıqdır: formaəmələgətirmə tökmə, bişmə, qəlibləndirmə ..., emal təzyiq ilə, kəsmə ilə, termiki və kimyəvi-termiki, elektrofiziki və elektrokimyəvi, çilingər, materialların biçimi,..., yığma sökülə bilən və sökülə bilməyən birləşmələr, qaynaq və lehimləmə, pərçimləmə, yapışdırma, montaj..., plazma, vakuum, lak boya və qalvanik örtüklərin alınması, texniki nəzarət və s ınaq, yerdəyişmə, konservasiya və yenidən işə salınma, qablaşdırma... ) və məmulun hazırlanma metodlarına isə (təxminən 1500 qədər) məsələn, yonma, pardaqlama, plomblama, nişanlama, səthə örtük çəkmə, ion implantasiyası... aiddir). Bütün göstərilənlərdən aydın olur ki, istehsalın texnoloji hazırlığı və onunla bağlı texnoloji sənəd dövriyyəsi yüksək mürəkkəbliyə malik bir sistemdir. Bununla əlaqadar olaraq, yalnız layihə, direktiv və perspektiv texnoloji sənədlər dəstinin işlənməsi ilə bağlı proseduralarla tanış oluruq, belə ki, məhz bu proseslər bilavasitə birbaşa istehsalın renovasiyasına aiddir.
Hissələrin etibarlığı və uzunömürlülüyünü təmin edən üst qatın verilmiş parametrlərinin alınması (kələ - kötürlüklər, döyənəkliyin dərinliyi və dərəcəsi, qalıq makro - və mikrodərinlikləri, fiziki - kimyəvi xassələr və struktur - faza vəziyyəti) hissələrin son emalı mərhələsində xüsusi metodların tətbiqi yolu ilə çox vaxt təmin olunur. Bunlar aşağıdakılardır: tamamlama - möhkəmləndirmə (pnevmo - və hidroqırma axını, vibro və pnevmodinamik möhkəmləndirmə, vibropardaqlama və almaz sığallama, almaz lentləri ilə vibrokontakt cilalama, mikrokürəciklər ilə möhkəmləndirmə, metal şotkalar və ultrasəs); kimyəvi - termiki (azotlaşdırma, sementləmə, sianlama, bir və ikimərhələli diffizion örtüklər); səthi - termiki (intensiv isitmə və kəskin soyutma), səthi - termomexaniki və mexano - termiki (eyni zamanda deformasiya ilə soyutma); elektrokimyəvi (bir - və çoxkomponentli örtüklərin çəkilməsi); kimyəvi (birkomponentli örtüklərin çəkilməsi); fiziki (vaakumplazmalı bir - və çoxkomponentli örtüklər, lazer, elektron, ion modifikasiya edilmiş v ə onların birləşmələri, nəzarət edilən atmosferdə plazma bir - və çoxkomponentli örtüklər və s.).
Maşın hissələrinin səth qatlarının texnoloji modifikasiyası. Üst qatın modifikasiyası metodlarına aiddir: Diffizion doydurma, lazer legirlənməsi, örtüklərin plazma və elektroqövs çəkilməsi, ion implantasiyası, kimyəvi və qalvanik örtüklər, tozlandırma, metallaşdırma, örtüklərin elektrolit çəkilməsi və s. Bu istiqamət bahalı materiallara qənaət etməyə və hissələrin uzunömürlüyünü artırmağa imkan verir. Bu istiqaməti məmulların təmiri və bərpasında tətbiq edirlər.
|