Mövzu 2:Texniki və Texnoloji inqilab




Download 63,88 Kb.
bet2/15
Sana03.04.2021
Hajmi63,88 Kb.
#13985
1   2   3   4   5   6   7   8   9   ...   15
Mövzu 2:Texniki və Texnoloji inqilab.

Texniki və texnoloji inqilabları istehsal proseslərinin təkamül və inqilabi yolla inkişafından fərqləndirmək lazımdır.Texniki inqilab dedikdə texniki vasitələrin inkişafındakı keyfiyyət sıçrayışı,yəni texnikanın maddi tərəfi nəzərdə tutulur.Texnoloji inqilab dedikdə informasiyanın ,enerji və maddənin işlənməsi ,çevrilməsi texnologiyasının inkişafındakı keyfiyyət sıçrayışı başa düşülür.Bəşəriyyət tarixində ilk texniki inqilab dedikdə daşdan əmək alətləri hazırlanması nəzərdə tutulur .İlk texnoloji inqilab dedikdə isə oddan istifadə nəzərdə tutulur.

Hazırda praktikin olaraq sayı beşdən az olmayan bir -birilə uyğun gəlməyən və materiyanın hərəkət formalarına görə təsnif olunan texnologiya tipi tətbiq olunur.

1.Mexaniki texnologiya

2.Fiziki texnologiya

3.Kimyəvi texnologiya

4.Mikrofiziki texnologiya

5.Biotexnologiya

Əmək məhsuldarlığı artımının sürətlənməsində başqa texniki inqilabın digər meyarları aşağıdakılardır:

1.sistemli meyar

2.funksional meyar

Sistemli meyar dedikdə prinsipcə yeni sinif sistemlərin yaradilması başa düşülür.Funksional meyar dedikdə texniki vasitələrlə yerinə yetirilən funksiyaların keyfiyyətcə dəyişilməsi başa düşülür.Texniki tərəqqinin müasir mərhələsində texniki cəhətdən yenidən silahlanma ,yəni keyfiyyətcə yeni texniki vasitələrin yaradılması və tətbiqi böyük əhəmiyyət kəsb edir.Texniki cəhətdən yenidən silahlanma dedikdə ayrı ayri sex ,sahə,qovşaq ,aqreqat qurğuların texniki səviyyəsinin artırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi başa düşülür.Texniki cəhətdən yenidən silahlanma keyfiyyətcə yeni texnika və texnologiyanın tətbiqi istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ,mənəvi cəəhətdən köhnəlmiş ,fiziki cəhətdən sıradan çıxmış avadanlığın daha məhsuldar olan yenisi ilə əvəz olunması ,modernləşdirilməsi yolu ilə həyata keçirilir.Texniki cəhətdən yenidən silahlanmanın əsasını maşınqayırma təşkil edir.Elmi texniki tərəqqinin nailiyyətlərinə əsaslanan texniki cəhətdən yenidən silahlanma yeni texnoloji proseslərin insansız texnolgiyaya əsaslanan zavod avtomatların yaradılmasına doğru aparır.




Download 63,88 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   15




Download 63,88 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mövzu 2:Texniki və Texnoloji inqilab

Download 63,88 Kb.