Mövzu 15. Sənaye şəhərlərində havanın zəhərlənmə vəziyyəti




Download 63,88 Kb.
bet15/15
Sana03.04.2021
Hajmi63,88 Kb.
#13985
1   ...   7   8   9   10   11   12   13   14   15
Mövzu 15. Sənaye şəhərlərində havanın zəhərlənmə vəziyyəti

Sənaye şəhərlərində havanın zəhərlənməsinə səbəb olan qazlardan biri karbon 2-oksiddir. (dəm qazı)

Atmosferin tullantılarla çirklənmə miqyası fərqli və ayrı xarakterə malikdir: - Karbon qazı-200 milyard ton/il(0,8%); - Kükürd oksidləri-200 milyon ton/il; - Freonlar-1 milyon ton/il; - Qurğuşun - 400 min ton/il.

Son 100 il ərzində atmosferə karbon qazının atılması 30 dəfə, mərgümüş 20 dəfə,kükürd oksidi (SO2) isə 15 dəfə artmışdır.

Okean və dənizlərin səthinə nisbətən kənd yerlərində havanın çirklənməsi 10 dəfə, sənaye şəhərlərində isə 150 dəfə artıq olur.Məsələn, ABŞ-ın şəhərlərində havanın daimi komponenti sayılan 12 mövcud birləşmələrdən əlavə 39 təbiətdə mövcud olmayan müxtəlif birləşmələr müşahidə olunub. Ətraf mühitə texnogen yolla daxil olan kimyəvi maddələr (3 mln məlum olan birləşmələrdən 100 mindən çoxu) vulkan püskürməsi, zəlzələ, güclü qasırğalar və küləklər zamanı havaya qarışanlara nisbətən 10-100 dəfə artıq olur. Planetimizdə hər il baş verən bütün vulkan püskürmələri nəticəsində Yer səthinə 3 mlrd t maddə daxil olduğu halda, Yerin təkindən 120 mlrd t yanar yanacaq növləri (neft,qaz,daş kömür, torf və s.) və tikinti materialları daxil olur. Yer kürəsində atmosferin çirklənməsi xassəsinə görə fiziki,kimyəvi,bioloji, əhatə etdiyi əraziyə görə isə qlobal,lokal,və regional (məhəlli) miqyasda olur. Son 100 ildə atmosferə atılan sənaye tullantıları nəticəsində atmosferdə karbon qazının konsentrasiyası 12-13%, tozla bulanması 10-20% artmış, yerin işıqlanması isə 710% azalmışdır. Atmosferin çirklənməsi zamanı insan və digər canlıların orqanizminə müxtəlif qazlarla zəhərli və zərərli maddələr daxil olur və mənfi fəsadlar törədir. Atmosferin təbii şəkildə çirklənməsinin əsas səbəbi təbii fəlakətlər (zəlzələ, vulkan püskürmələri ,fırtınalar,sunamilər,meşə yanğınları , və b.) , okeandan təbii şəkildə havaya daxil olmuş karbon,hidrogen-sulfid, xloridlər və başqa qazlar, eləcə də çöl zonalarında mövcud olan şoran ərazilərdən sovrulan duzlardır. XIX-XX əsrlərdə antropogen təsirlər ,xüsusilə dünya ölkələrinin sənaye və hərbi müəssisələrində istehsal prosesi zamanı , həmçinin kənd təsərrüfatında kimyəvi preparatların işlədilməsi nəticəsində atmosferə atılan çirkləndiricilər sanki özünün pik və kuliminasiya nöqtəsinə çatmışdır.

Atmosferi çirkləndirən əsas antropogen mənbələrdə həyata keçirilən texnoloji proseslər nəticəsində atmosferə hər il 36953 min t azot oksidləri və 142 min ton karbon oksidləri, 18,56 min t karbohidrogen, 25679 min t müxtlif asılı bərk qarışıqlar və başqa maddələr daxil olur. Atmosferi çirkləndirən əsas mənbələrdən başlıcası yanacaq sənayesidir.



Dünya üzrə hər il atmosferə karbohidrogen mənşəli yanacağın yandırılması nəticəsində 25 mlrd tondan artıq CO2 və 200 min t SO2 atılır. Ümumiyyətlə, son yüz il ərzində atmosferdə karbon qazının miqdarı 25%, metan 2 dəfə, kükürdlü birləşmələr isə bəzi ərazilərdə 25 dəfə artmışdır. Atmosferin çirklənməsi ölkənin iqtisadiyyatına , insan, heyvan və bitki orqanizminə mənfi təsir edir , təbii prosesləri regional eləcə də, qlobal miqyasda dəyişdirir. Çirkləndiricilərin təsir gücündən torpağın məhsuldarlığı aşağı düşür, metal konstruksiyalar, maşın və mexanizmlər korroziyaya uğrayır, yun,neylon, dəri məmulatları tez sıradan çıxır, binalar və digər obyektlər zədə görür. Sübut edilmişdir ki, şəhər əhalisi arasında geniş yayılmış tənəffüs yolları xəstəlikləri fosforlu, azotlu maddələrin buxarları və digər birləşmələrin qıcıqlandırıcı təsiri nəticəsində baş verir. Tənəffüs zamanı bərk və maye hissəciklər ağciyər alveollarına toplanır,qanda adsorbsiya olunur və bəzən limfa düyünlərində yığılır. Atmosfer çirkləndiricilərinin bəziləri (xüsusən karbohidrogen mənşəli politsiklik aromatik birləşmələr) kanserogen mənşəlidir. Onlar mühərriklərdən və qazanxana ocaqlarından çıxan tüstünün tərkibində olur. ABŞ alimi J.Detri göstərir ki, böyük şəhərlərin atmosferində alifatik epoksidlər və digər kanserogen maddələr vardır. Alman mütəxəssisləri müəyyən etmişlər ki, ölkənin sənaye rayonlarında yaşayan uşaqların qanında eritrositlərin və hemoqlobinin miqdarı çox azalır. Böyük sənaye şəhərlərində havanın çox çirklənməsi nəticəsində qaz,tüstü,duman və toz qarışığı-smoq(qurum) əmələ gəlir(“smoq” ingiliscə “smoke”-tüstü və “fog” –duman ) . Hazırda klassik və fotokimyəvi smoq növləri vardır. İkinci növ smoq Günəşin ultrabənövşəyi şüalarının birinci növə təsiri nəticəsində əmələ gəlir. Smoqun əmələ gəlməsi ilin soyuq dövrü ( oktyabrdan fevraladək) üçün daha səciyyəvidir. Dünyanın müxtəlif ölkələrində qeydə alınan şiddətli smoqlar adətən bu dövrdə müşahidə olunur. Məsələn, 1930-cu ilin dekabrında Belçikanın Maas çayı sahilindəki İyej şəhərini, 1948-ci ildə ABŞ-ın Los_Anjelos, Nyu York və Peterburq şəhərlərinin , 1948 və 1952-ci illərin dekabrında və 1964-cü ilin yanvarında bütün Britaniya adalarını çox güclü smoq əhatə etmişdir. Smoqun əmələ gəlməsinin başlıca səbəbi havanın aerozol maddələrlə çirklənməsi nəticəsində ətraf mühitin meteoroloji şəraitinin dəyişilməsidir.Bunlardan ən başlıcası temperatur inversiyalarıdır. İnversiya anlayışı hər hansı proses , hadisə və qanunauyğunluğun əksinə getməsini göstərir. Bildiyimiz kimi, Yer səthindən yüksəyə qalxdıqca havanın temperaturu tədricən azalmalıdır. Lakin elə bir meteoroloji şərait yarana bilər ki, atmosferin yuxarı təbəqələrində temperatur azalmaq əvəzinə daha da artar.Belə halda şəhərin atmosferinə daxil olan hissəciklər yuxarı təbəqələrə qalxa bilmir. ,çünki isti hava yuxarıdan aşağıya doğru təzyiq yaradır və çirkləndirici amillər atmosferin aşağı qatlarına yığılır. Bu proses əsasən küləksiz günlərdə baş verir. Çox çirklənmiş hava heyvanlara və bitkilərə də pis təsir edir. Heyvanlar əsasən flüorlu birləşmələr , hidrogen-sulfid və başqa maddələrin təsirindən zəhərlənir. Heyvanların flüorlu birləşmələrlə zəhərlənməsi nəticəsində baş verən xroniki xəstəliyi “sənaye flüorozu” adlandırırlar. Bu xəstəlik nəticəsində heyvanlar arıqlayır, sümükləri,dişləri vaxtından tez kövrəkləşir və tələf olur. Havanın çirklənməsi bitkilərdə fotosintez prosesini pozur, yarpaqlarda sitoplazmanı və xloroplastları dağıdır, toxumaların nekrozu nəticəsində müxtəlif pataloji proseslər baş verir. Sənaye qazlarının təsirindən bitkilərdə transpirasiyanın intensivliyi 1,5-2,0 dəfə aşağı düşür, fizioloji fəal köklərin sayı azalır. Bitkilər üçün çox zərərli maddələr CO,HF və s-dir. Sement zavodlarının tozu da bitkilərə çox pis təsir edir. Əhəngli toz və sitoplazmanı dağıdır. Hazırda mütəxəssislər qazların təsirinə davamlı bitki sortlarının seleksiyası və yetişdirilməsi ilə məşğuldurlar,çünki yaşıl bitkilər şəhərləri və sənaye müəssisələrindəki havanın təmizlənməsində başlıca rol oynayır. Atmosfer çirkləndiricilərinin bitki, insan və biosfer üçün maksimal yol verilən qatılığının normativlər üzrə müəyyən olunmasının mühüm fizioloji əhəmiyyəti vardır. Atmosferin çirklənməsi böyük məbləğdə maddi zərər gətirir. Məsələn, tərkibində hətta cüzi miqdarda H2S olan havanın təsirindən əşyalar ,maşın və mexanizm səthlərinin rəngi solğunlaşır, çünki H2O rəngin tərkibindəki qurğuşunla reaksiyaya girir. Havadakı izafi karbon qazı əhənglə reaksiyaya girərək inşaat obyektlərini vaxtından tez xarab edir. Kükürd qazının hava buxarları ilə reaksiyaya girərək əmələ gətirdiyi sulfit turşusu metalların korroziyasını sürətləndirir. Atmosferin çirklənməsi şəhərlərin iqlim şəraitini dəyişir. Atmosferə buraxılan külli miqdarda toz,qurum,his və digər asılı halda olan bərk hissəciklər havanın şəffaflığını azaldır ,şəhər ərazisinə Günəş işığı az düşür,şəhərlərdə dumanlı və tutqun havalı günlərin sayı çoxalır. Müasir şəhərlərin və yaşayış məntəqələrinin atmosfer havasının keyfiyyəti insanların sağlamlığın vəziyyəti haqqında əsas məlumat mənbəyi olmaqla , həm də xəstəliklərin inkişafında ən fəal təsirə malik ekoloji amil sayılır. Atmosfer havasının çirklənməsi ən çox tənəffüs orqanlarının və ürək-damar sisteminin xəstəlikləri olan uşaqların və yaşlıların orqanizminə təsir edir. Ekoloji amillərin təsirindən yaranan xəstəliklərin 50%-i atmosfer havasının çirklənməsindən törənir. Uşaqlara nisbətən atmosfer havasının çirklənməsi yaşlılarda daha ağır fəsadlara səbəb olur. Atmosfer havasında əsasən antropogen mənşəli üzvi və qeyri-üzvi çirkləndirici maddələr olur. Onların atmosferdə yayılmasının əsas səbəbi sənaye müəssisələri,avtomobil nəqliyyatı,ən çox çirkləndirici isə müxtəlif mənşəli tozlar-kükürd anhidridi,azot oksidləri .dəm qazı və karbohidratlar hesab edilməklə, insanların xəstələnməsində böyük rol oynayırlar. Atmosfer havasının çirklənməsində kükürd , fenol, stirol , hidrogen – xlorid , hidrogenflüorid,formaldehid,etilbenzol,xlor,benzapren, metallar və s. də müəyyən rol oynayır.Həmin kimyəvi maddələrin təsirindən tənəffüs,həzm,sinir,endokrin.ürəkdamar sisteminin,qan və qandoğuran orqanların xəstəlikləri ,şəkərli diabet,allergiyalar,xərçəng şişləri, anomaliyalar,hamiləliyin və doğum prosesinin mürəkkəbləşməsi və s. baş verir. Atmosfer havasının kimyəvi çirklənməsinin insan orqanizminə təsiri ümumiləşdirilərək iti və xroniki təsirlərə bölünür. İti təsir yaşayış məntəqələrində səhhətinin qəflətən pisləşməsi ilə əlaqədar olaraq təcili yardım şöbəsinə insanların müraciətinin əvvəlki vəziyyətə nisbətən çox olması, anamnez zamanı tənəffüs orqanları və ürək-damar sistemi xəstəliklərindən şikayət edənlərin ölümünün artması və həmin xəstəliklərin vaxta görə məhdud olması (3-10 gün) ilə səciyyələnir. Bu zaman təcili yardım şöbəsinə müraciət edən xəstələrin vəziyyəti bir qayda olaraq müxtəlif olmaqla, onlarda kiçik tutmalar (sançılar) və ağır kliniki formalar baş verir, bəzən isə ölümlə nəticələnir.Xəstələrdə əsasən qəflətən baş verən təngnəfəslik , tənəffüsün çətinləşməsi, spazmalı öskürək , ürək döyünməsi müşahidə olunur. Hava şəraitinin qəflətən kəskin dəyişməsi (temperaturun dəyişməsi,duman,güclü külək,maqnit qasırğası və s.) , sənaye müəssisələrindəki avariyalar zamanı,yaşayış məntəqələri ərazisində atmosfer havasında çirkləndirici maddələrin konsentrasiyası yol verilən miqdardan on dəfələrlə çox artır və orqanizmə olduqca pis təsir göstərir.Xroniki təsir xəstəliyin inkubasiya dövrünün və gedişinin uzun müddətli xarakter alması və səciyyəvi kliniki simptomlara malik olması ilə fərqlənir.
Download 63,88 Kb.
1   ...   7   8   9   10   11   12   13   14   15




Download 63,88 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mövzu 15. Sənaye şəhərlərində havanın zəhərlənmə vəziyyəti

Download 63,88 Kb.