Mövzu 9. Elektrokimyəvi istehsal prosesləri




Download 63,88 Kb.
bet9/15
Sana03.04.2021
Hajmi63,88 Kb.
#13985
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
Mövzu 9. Elektrokimyəvi istehsal prosesləri

Elektrokimyəvi proseslər o proseslərdir ki, sabit elektrik cərəyanının təsiri ilə kimyəvi reaksiyalar baş verməsi ilə elektrodlarda maddə toplanması müşahidə edilir.

Sənaye miqyasında sulu məhlulların və ərintilərin elektrolizi geniş yayılmışdır.

İstehsalın elektrokimyəvi metodları əksər hallarda kimyəvi metodlarla müqayisədə müəyyən üstünlüklərə malik olur:



  1. Texnoloji proses sadə olur.

  2. Xammal və enerjidən daha tam istifadə olunur.

  3. Eyni zamanda bir neçə qiymətli məhsul alınır.

  4. Kimyəvi istehsaldan fərqli olaraq elektrokimyəvi istehsalda maddələr yüksək təmizlikdə alınır.

Göstərilən üstünlüklərə görə elektrokimyəvi istehsal get-gedə genişlənir və daha çox sahəni əhatə edir. Elektrokimyəvi istehsal sahələrinə xlorun, müxtəlif qələvilərin, hidrogenin, oksigenin alınması, qeyri-üzvi oksidləşdirici maddələrin -məsələn permanqanatlar, persulfatlar, hidrogen peroksid istehsalının, metalların (Al, Mg, Zn, Na, Cu, K. Ca) alınması və saflaşdırılmasını, metallar üzərinə dekorativ və mühafizəedici örtüklər çəkilməsi proseslərini və s-ni misal göstərmək olar.

Elektrokimyəvi istehsal proseslərinin ən əsas çatışmazlığı böyük miqdar elektrik enerjisi sərf olunmasıdır. Belə istehsal zamanı məhsulun maya dəyərində əsas yeri elektrik enerjisi tutur. Bu zaman elektrik enerjisindən səmərəli istifadə məsələləri birinci dərəcəli yer tutur.

Elektrik enerjisindən səmərəli istifadənin əsas ölçü vahidləri cərəyana görə çıxım və enerjidən istifadə əmsalıdır.

Ərintilərin elektrolizi zamanı enerjidən istifadə əmsalı az olur. Məsələn, kriolitdə həll olunmuş alüminium oksidin elektrolizi zamanı cərəyana görə çıxım 85%, enerjidən istifadə elektrolitin omik müqavimətinin, kontaktların müqavimətlərinin böyük olması və s. İlə əlaqədardır. Elektroliz zamanı əlavə reaksiyaların az olması, yəni cərəyana görə çıxımım böyük olması üçün katod və anod prosesləri bir-birindən izolə olunur.




Download 63,88 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Download 63,88 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mövzu 9. Elektrokimyəvi istehsal prosesləri

Download 63,88 Kb.