Mövzu 12. Radioaktiv tullantıların etibarlı saxlanması və basdırılması




Download 63,88 Kb.
bet12/15
Sana03.04.2021
Hajmi63,88 Kb.
#13985
1   ...   7   8   9   10   11   12   13   14   15
Mövzu 12. Radioaktiv tullantıların etibarlı saxlanması və basdırılması

Radioaktiv tullantılarla davranma üsulu seçiləndə ətraf mühitin əsas xarakterik cəhətləri, coğrafi mövqe, seysmiklik dərəcəsi, hidrogeologiyası, mineralogiyası, fauna və florası, iqlimi nəzərə alınmalıdır. Nüvə yanacağının çıxarılması, emalı və tullantılara qarşı münasibətdə iqlim şəraiti böyük rol oynayır.

Yağışların tez-tez yağması, onların miqdarı və mövsümə görə bölünməsi, küləyin sürəti və istiqaməti, sutka və mövsüm ərzində temperaturun dəyişməsi və s. tullantıların etibarlı saxlanılması və basdırılması üsullarına böyük təsir edir. Məsələn, yağışların tez-tez yağması radioaktiv madələrin boş süxurlardan yuyulub aparılmasına və toz halda radioaktiv tullantıların yerə çökməsinə səbəb olur.

Atom energetikasında AES-lərin fəaliyyətinin radioaktiv tullantılarının saxlanması və təkrar işlənməsi həll olunmamış problem kimi qalır. İlk elektrik stansiyalarının (Rusiyada və başqa ölkələrdə) işləmə müddəti qurtardığına baxmayaraq hələ də istismar olunur. Bu stansiyalar konservasiya olunmalıdır, bu işi təhlükəsiz və effektli həyata keçirmək üçün hələ məsələ yaxşı həll olunmamış qalır.

Radioaktiv maye tullantıları basdırarkən əvvəlcə onları sementləşdirməklə bərk hala keçirir, sonra isə bitumlaşdırırlar. Sementləşmə ilə bərkitmə ən geniş yayılmış effektli üsuldur. Bu proses sadəcə olaraq sementlə radioaktiv mayenin qarışdırılması yolu ilə aparılır.



Download 63,88 Kb.
1   ...   7   8   9   10   11   12   13   14   15




Download 63,88 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mövzu 12. Radioaktiv tullantıların etibarlı saxlanması və basdırılması

Download 63,88 Kb.