Mövzu 3:Texnoloji tərəqqi və məhsulun keyfiyyəti
Elmi texniki tərəqqi dedikdə bir tərəfdən elm və texnikanin qarşılıqlı əlaqə şəklində durmadan inkişafı ,digər tərəfdən elmi kəşflər və ixtiraların texnika və texnologiyanın səviyyəsinə daim təsiri ,həmçinin elmi tətqiqatlarda ən yeni cihaz ,avadünlıq,qurğulardan istifadə başa düşülür.Hazırda texnologiyaanın inkişafına dair texnoloji tərəqqiyə dair müxtəlif yanaşmalar mövcuddur.Burada iqtisadi yanaşma,texnokratik yanaşma,sistemli yanaşma fərqləndirilir.İqtisadi yanaşma nəzəriyyəsinə görə texnoloji tərəqqiyə xalq təsərrüfatının baza xarakteristikaları olan xammal,Məhsul buraxılışı,resurs və s anlayışların qarşılıqlı surətdə dəyişməsi cəhətindən qiymət vermek lazımdır.
Texnokratik yanaşmaya görə texnoloji tərəqqinin mahiyyəti onunla əlaqədar hadisələrlə ,məsələn patenləşdirilmiş ixtiralar,lisenziyalar və s müəyyən olunur.Sistemli yanaşmaya görə verilən texnologiyanın analizi ,yararlığını təyini üçün texnoloji sistemlərin fəaliyyətin xarakterizə edən anlayış və terminlərdən istifadə etmək lazımdır.Elmi texniki tərəqqinin məhsulun keyfiyyətinə təsirinin əsas göstəriciləri aşağıdakılardır.
1.)əmək alətlərinin təkmilləşdirilməsi
2)Daha məhsuldar avadanlıq ,alət ,qurğu ,maşınların yaradılması və tətbiqi
3)Məxsusi texnoloji prosesin təkmilləşdirilməsi
4)xammaldan kompleks istifadə
5)Həm məhsulun keyfiyyətini artıran həm də ətraf mıhitin mühafizəsini tullantısız texnologiyanın tətbiqi
6)Əmək alətlərinin yeniləşdirilməsi ,assortimentin genişləndirilməsi ,onların tərkibindəki mütərəqqi xammal və material növü payının artırılması.Məhsulun keyfiyyətinin artırılmasında standartlaşdırilma böyük rol oynuyur.
Metrologiya-ölçmələr ,ölçmə vasitələri həmçinin tələb olunan dəqiqliyin alınması üçün tətbiq olunan üsullar və metodlar haqqında elmdir .Ölçmə işinin vəziyyəti ,metroloji xidmət xalq təsərrüfatının istənilən sahəsində elmi texniki tərqqinin əsas tələblərindəndir .hər bir ölkədə ölçmə vasitələri və avadanlığın vahid sistemə gətirilməsi ,ölçmə işlərində dəqiqlik məhsulun keyfiyyətinə ,maddi resurslar uçotuna ,texniki təhlükəsizliyə ,səhiyyə işinə və elmi tətqiqatlarda obyektivliyə əsas nəzarət vasitəsidir .
|