97
Cədvəl 3.2
Verilən cədvəldən göründüyü kimi nixrom Fe - Ni - Cr sis-
temli ərinti olub, 55 - 78 % Ni , 15 - 25% Cr, 1,5% Mn və qal-
anı dəmirdən ibarətdir, onun xüsusi müqaviməti
1,0
-
1,2
mkOmm
-dir.
Tərkibində olan dəmirin artırılması ilə bu ərinti ferro-
nixrom adlanır. Nixromlar yüksək texnolojilik xüsusiyyətinə
malikdir, nazik naqillər və lentlər hazırlana bilir. Bu istiliyə
davamlı ərintidən elektrik qızdırıcı elementlər hazırlanılır.
Fexral və xromel yüksək hərarətə davamlı Fe - Cr - Al
sistemli 12 - 15% Cr, 3,5 - 5,5% Al, 0,7% Mn, 0,6% Ni, və
qalan hissəsi dəmirdən ibarət olan ərintidir,
1,2 -
1,4
mkOmm
- dir.
Bu ərintilər nixroma nisbətən az texnoloji olub, onlardan
nazik naqil və lent hazırlamaq çətin olur. Bu ərintilər yüksək
kimyəvi davamlı olmaları ilə fərqlənir.
Qızmaya davamlı ərintilər qızdırıcı elementlərin hazır-
lanmasında istifadə olunur. Bunlara dəmir, nikel, xrom və
alüminium əsasında hazırlanılan nixrom, ferronixrom, fexral