95
müqavimətləri 0,3 mkOm∙m-dən az olmamalı, aşağı xüsusi
müqavimətin temperatur əmsalına və kiçik termo e.h.q-nə
malik olmalıdırlar.
Yüksək müqavimətli materiallar müxtəlif termocütlərin,
nümunəvi
rezistorların
(müqavimətlərin),
şuntların,
reostatların,
elektrik
qızdırıcı
elementlərin
və
s.
hazırlanmasında geniş tətbiq olunur.
Elektrik qızdırıcı elementlərin hazırlanmasında istifadə
olunan, materiallara əlavə tələblər irəli sürülür. Belə ki,
onlar
yüksək qızmaya davamlığa malik olmalı, 1000
0
S - yə kimi
temperaturda uzun müddət xassələri dəyişilmədən işləyə
bilməlidirlər.
Məlumdur ki, metalların xüsusi müqaviməti
onlardan
hazırlanan nazik təbəqələrdə həddən çox yüksəlir.
Bu zaman
təbəqənin qalınlığı nə qədər az olarsa, xüsusi müqavimət də bir
o qədər çox və xüsusi müqavimətin temperatur əmsalı az olur.
Bu təsir lentşəkilli rezistorlarda istifadə olunur.
Yüksək müqavimətli ərintilərə ölçü cihazları, reostat və
qızdırıcı cihazlar üçün olan ərintilər aiddir.
Reostat ərintiləri
rezistor, şunt, reostat, termocüt və s. -
lərin istehsalında geniş istifadə olunur. Ən geniş yayılmış belə
ərintilərə mis-nikel ərintiləri olan manqanın, konstantan və s.
auddir.
Manqanin
85 - 89% Cu, 2,5 - 3,5% Ni, və 11,5 - 13,5%
kalium permanqanatdan ibarət ərintidir. Əlavə qarışıq 0,9%-
dən çox olmamalıdır. Bu ərinti öz adını tərkibində olan və buna
sarı rəng verən kalium permanqanatdan alır. Manqaninin
xüsusi müqaviməti buraxılabilən temperatur 200
0
S olmaqla
0,42-0,48 mkOm∙m-dir. Manqanindən d=0,02 - 6 mm-də
izolyasiyasız naqil hazırlanılır. Manqanindən həm də qalınlığı
96
0,01 - 1 mm, eni 10 - 300 mm olan lentlər də istehsal olunur.
Manqanin naqilinin müqavimətini stabilləşdirmək və xüsusi
müqavimətin temperatur əmsalını azaltmaq üçün onu 1-2 saat
müddətində 400
0
S-də vakuumda (və
ya neytral qazlarda-arqan
və ya azotda) yandırıb, sonra yavaş-yavaş soyudurlar. Alınan
naqil 140
0
S-də 10 saat və otaq tempeaturunda bir il saxlanılır.
Manqanın nümunəvi rezistor, şunt və bir sıra ölçü cihazlarının,
termocüt və vericilərin hazırlanmasında tətbiq olunur.