Metalların elektrik keçiriciliyi




Download 4,11 Mb.
Pdf ko'rish
bet51/100
Sana03.06.2024
Hajmi4,11 Mb.
#259676
1   ...   47   48   49   50   51   52   53   54   ...   100
Bog'liq
Elektrotexnikimateriallar-drsvsaiti20201

 
3.2. Metalların elektrik keçiriciliyi 
Klassik elektron nəzəriyyəsinə görə bərk keçirici cisim 
düyünlərində ionlar yerləşmiş, daxilində isə “elektron qazı” 
(sərbəst elektronlar) olan kristal qəfəs sistemi şəklindədir. Hər 
bir metal atomundan sərbəst vəziyyətə bir-iki elektron keçir. 
Elektron qazına adi qazların statistik qanunları tətbiq oluna 
bilər. Om qanunu elektronların xaotik (istilik) və elektrik sahə 
qüvvələrinin təsiri ilə istiqamətlənmiş hərəkətini öyrənməklə 
cıxarılmışdır. Elektronların kristal qəfəsin düyünləri ilə 
toqquşması zamanı, onların elektrik sahəsində sürətlənməsi 
nəticəsində yığdığı enerjisi keçiricinin metal özülünə verilir və 
o, qızır. Bu hadisənin təhlili Coul Lents qanununun çıxarıl-
masına imkan verir. Beləliklə, metalların elektron nəzəriyyəsi 
əvvəllər metallarda təcrübə yolu ilə tapılmış əsas keciricilik 
qanununu və elektrik enerjisinin itməməsi qanunun izah etmək 
imkanı yaratdı. Metalların elektrik və istilik keçiriciləri arasın-
da əlaqə də elektron nəzəriyyəsi ilə izah olunur. 
Aşağıda göstərilən bəzi təcrübələr də metellarda “el-
ektron qazı” olması fərziyyəsini təsdiq edir: 


94 
►Müxtəlif metal keçiricilərdən ibarət olan dövrədən, uzun 
müddət elektrik cərəyanı keçdikdə bir metal atomunun 
digərinə keçməsi müşahidə olunmur; 
►Metalları yüksək temperaturlara qədər qızdıqda sərbəst 
elektronların istilik hərəkəti sürəti artır, onların ən sürətli-
ləri isə səthi potensial maneəsini dəf edərək metaldan 
çıxır; 
►Sürətlə hərəkət edən keçiricini birdən saxladıqda ətalət 
qanununa əsasən “elektron qazı” hərəkət istiqamətində 
yerini dəyişir. Elektronların yerdəyişməsi, tormozlanmış 
keçiricinin uclarında potensiallar fərqi yaradır; 
►Eninə maqnit sahəsinə yerləşdirilmiş metal keçiricidən el-
ektronların trayektoriyasının əyilməsi nəticəsində eninə 
e.h.q yaranır və keçiricinin elektrik müqaviməti dəyişir. 
Lakin, sonralar klassik elektron nəzəriyyəsi ilə bəzi 
təcrübi nəticələr arasında uyğunsuzluq yarandı. Bu nəzəriyyə 
xüsusi müqavimətin temperatur asılılığının təcrübi nətəcilərinin 
izahını verə bilmir, metalların təcrübədə tapılmış istilik tutu-
munun qiyməti nəzəri hesablanmış qiymətdən çox az olur. Bu 
və digər uyğunsuzluqları kvant mexanikası ilə aradan qal-
dırmaq mümkün olur. 

Download 4,11 Mb.
1   ...   47   48   49   50   51   52   53   54   ...   100




Download 4,11 Mb.
Pdf ko'rish