See discussions, stats, and author profiles for this publication at




Download 4,11 Mb.
Pdf ko'rish
bet50/100
Sana03.06.2024
Hajmi4,11 Mb.
#259676
1   ...   46   47   48   49   50   51   52   53   ...   100
Bog'liq
Elektrotexnikimateriallar-drsvsaiti20201

İfrat keçiricilikli materiallar. 
Əvvəllər qeyd olunduğu 
kimi, temperatur aşağı düşəndə metalların xüsusi müqaviməti 


azalır. 1911-də Hollandiya alimi X. Kamerlinq-Onnes aşkar 
etmişdir ki, dondurulmuş civə halqasını 4,2Kelvinə qədər 
soyudulduqda onun müqaviməti kəskin sıçrayışla azalır və 
ölçülə bilməyən həddə çatır. Elektrik müqavimətinin belə 
azalması və praktiki olaraq, materialın sonsuz xüsusi 
keçiriciliyə malik olması ifrat keçiricilik adlanır. Soyuma 
zamanı materialın ifrat keçiriciliyə keçməsinə müvafiq gələn 
temperatur ifrat keçiricilik temperaturu T
i
adlanır. İfrat 
keçiricilik vəziyyətinə keçmə dönən prosesdir, belə ki, 
temperatur T
c
-y çatanda ifrat keçiricilik aradan qalxır və 
material normal vəziyyətə keçərək xüsusi keçiriciliyin 

 
son 
qiymətini alır. 


90 
Sonralar civə ilə yanaşı bir sıra digər metal, ərinti və 
kimyəvi birləşmələrdə də ifrat keçricilik müşahidə edilmişdir. 
Hazırda 27 təmiz metal, mindən artıq isə müxtəlif birləşmələr 
ifrat keçriciliyə malikdir. Bunlardan alüminiumun (1,2
0
K), 
civə (4,2
0
K), titan ərintisi (8,7
0
K) və s. göstərilə bilər. Bununla 
yanaşı, bəzi yaxşı keçriciliyə malik olan mis və gümüş kifayət 
qədər soyudulmasına baxmayaraq, ifrat keçriciliyə malik 
olmurlar. 
Mütləq 
sıfra 
yaxınlaşan 
çox 
aşağı 
(krioqen) 
temperaturda metalların elektrik keçiriciliyi xüsusi əhəmiyyət 
kəsb edir. Belə metallar krionaqil (kriokeçrici) və qiperkeçirici 
adlanır. 
Elektrik qurğularının təmiri və istismarında quraşdırma, 
dolaq naqillərindən və kabellərdən geniş istifadə edilir. 
Dolaq 
naqilləri maşın, transformator, cihaz və 
aparatların dolaqlarının hazırlanmasında, quraşdırma naqilləri 
və kabellər elektrik qurğularının birləşdirilməsində tətbiq 
edilir, xüsusi naqillər isə qızdırıcı elemetlərdə istifadə edilir. 
Dolaq naqilləri izolyasiyasına görə lifli, emal və 
kombinə edilmiş, (emal–lifli), en kəsik formasına görə dairəvi 
və ya düzbucaqlı olmaqla mis və ya alüminiumdan hazırlanılır. 
Hazırda aşağıdakı markalı dolaq naqilləri geniş istifadə 
edilir. 
Lifli izolyasiyalı naqillərdən aşağıdakıları göstərmək 
olar: 
PBO, PBD, PŞD, PKD, PLD – birqat (O) və ya ikiqat (D) 
pambıq parça (B), ipək (Ş), kanpon (K) və lavsan (L) 
izolyasiyalı mis məftil; 
PB, PBU - bir neçə qat telefon və ya kabel kağızından 
ibarət izolyasiyalı mis naqil; 


91 
PBBO, PPLBO - lavsan, pambıq parça və bir neçə qat 
telefon və ya kabel kağızından olan izolyasiyalı mis naqil; 
PPTBO - iki qat triasetat, bir qat telefon kağızı və bir qat 
da pambıq parça izolyasiyalı mis naqil. 
Yuxarıda göstərilən naqillər PLD - dən başqa A qızma 
sinfinə malikdir. PLD -E qızma sinfinə məxsusdur. 
Emal izolyasiyalı dolaq naqillərinə aşağıdakılar aiddir: 
PGL-A qızmaya davamlılıq sinfli, yağa və laka davamlı emal 
izolyasiyalı mis dolaq naqili; PGV-1, PGV-2, PGM- 1,PGM-2 
- yüksək davamlı vinifleks və metalvin emal izolyasiyalı adi 
(1) və qalın (2) qatlı izolyasiyası olan mis dolaq naqili; 
PGLR-1, PGLR-2, PGVTL-1, PGVTL-2-E qızmaya 
dayanıqlıq sinifli poliamid – rezol və ya poliuretan əsaslı 
emallı mis dolaq naqili; 
PGTV, PGTV-939 və PGTVTR - poliefir emal əsaslı 
termoreaktiv epoksid qətran qatlı B sinifli dolaq naqili; 
PGT-155A - poliefir əsaslı F qızmaya davamlılıq sinifli 
mis dolaq naqili. 
Kombinə edilmiş emal lifli izolyasiyalı naqillərdən 
aşağıdakıları göstərmək olar: 
PGLBO, PGLŞO, PGLŞKO, PGLLO - yağ qətran əsaslı 
emal qatı və müvafiq olaraq bir qat pambıq-parça, ipək, kapron 
və lavsan izolyasiyalı dolaq naqili. 
Lifli izolyasiyalı məftillərin elektrik möhkəmliyinin 
aşağı olması, qalınlıqlarının çox olması, nəmliyə və kimyəvi 
mühitə az dayanıqlı olmaları kimi çatışmazlıqları vardır. Lakin 
onların mexaniki möhkəmlikləri yüksəkdir. 
Emal 
izolyasiyalı 
dolaq 
naqillərinin 
mexaniki 
möhkəmliyi aşağı olsa da (PGL - üçün), digər göstəriciləri 
yüksəkdir. Mexaniki möhkəmliyi də yüksək olan PGTV və 


92 
PGT - 155 markalı dolaq naqilləri yeni seriyalı 4A tipli 
asinxron mühərriklərində tətbiq olunur. 
Kombinə olunmuş izolyasiyalı dolaq naqillərinin 
keyfiyyəti lifli və emal izolyasiyalı dolaq naqillərilləri 
içərisində aralıq mövqe tutur. 
Materialların istifadə dərəcəsini yüksəltmək və elektrik 
avadanlıqlarının 
etibarlılığını 
artırmaq 
üçün 
yüksək 
möhkəmlikli emal izolyasiyalı dolaq naqillərilləri ilə yanaşı 
qeyri-üzvü asbest və şüşə izolyasiyalı dolaq naqillərilləri də 
istifadə olunur. Belə dolaq naqillərindən aşağıdakıları 
göstərmək olar: 
PDA - delta-asbest izolyasiyalı mis dolaq naqili - PSD, 
PSDT, PSDK, PSDKT - hər bir qatı istiliyə davamlı lakla 
hoddurulmaqla ikiqat şüşə sapdan olan F sinifli izolyasiyalı 
mis dolaq naqili. 
Quraşdırma naqilləri və kabellər elektrik enerjisini 
ötürmək üçün istifadə edilir. Bu məqsədlə, aşağıdakı naqil və 
kabellər geniş istifadə edilir: 
PR, APR - hopdurulmuş hörmə pambıq parça 
izolyasiyalı mis və alüminium naqil. Roliklərdə və borularda 
çəkilməklə quru, isti və tozlu binalarda tətbiq olunur; 
PRQ - həmçinin, elastiki izolyasiyalı naqil; 
PRD - hopdurulmayan pambıq-parça hörmə izolyasiyalı 
iki damarlı naqil; 
PPV, APPV - polixlorvinil izolyasiyalı birgə iki və üç 
damarlı mis və ya alüminium naqil; 
PV, APV, PQV - həmçinin bir damarlı, elastiki (Q) 
polixlorvinil izolyasiyalı mis və ya alüminium naqil; 
ŞRPL (ŞRPS) - iki damarlı rezin izolyasiyalı gəzdirmə 
mis məftil (kabel); 


93 
KRPT, AKRPT - rezin izolyasiyalı bir, iki, üç və dörd 
damarlı mis və alüminium kabel. 
VRQ, AVRQ - polixlorvinil və ya nairit örtüklü (H) 1,2 və 
3 damarlı mis kabel (və alüminium). 
AVV (AVP) - polixlorvinil (polietilen) izolyasiyalı, 2-7 
damarlı alüminium kabel; 
AVBV - polixlorvinil izolyasiyalı və örtüklü ikiqat polad 
lentlə örtülən 2,3,4 damarlı alüminium kabel. 

Download 4,11 Mb.
1   ...   46   47   48   49   50   51   52   53   ...   100




Download 4,11 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



See discussions, stats, and author profiles for this publication at

Download 4,11 Mb.
Pdf ko'rish