Şəkil 3.4
Metalların təsnifat sxemi
Nəcib metallar
təbiətdə sərbəst şəkildə tapılır.
Nəcib
metallar, o cümlədən
platin, qızıl, gümüş
saf və ya ərintilər
şəklində işlədilir. Bunlardan həssas, dəqiq və paslanmayan
cihazların hazırlanmasında istifadə edilir.
Elektrotexnikada nəcib metallar xüsusi məsuliyyətli
qurğularda tətbiq olunur.
Platin
(P)
insana hələ qədimdən (Misir, Həbəşistan və
s.) məlum idi. Külçə platin nümunələri XVIII əsrin ortalarında
Avropaya gətirilmiş, saf platin metalı isə ancaq XIX əsrin
birinci yarısında alınmışdır. Platin çox nadir elementdir. Yer
qabığında miqdarı 10
−6
%-dir. Təbiətdə, əsasən, dəmir,
palladium, iridium, rodium, mis və ya nikellə birlikdə tapılır,
onlarda platinin miqdarı 65-dən 94%-ə qədərdir. Ən çox
yayılmış mineralları poliksen, ferroplatin və palladiumlu
platindir.
105
Saf platin gümüşü - ağ (narın platin boz) rəngdə, çətin
əriyən, ağır metaldır.
Platin mikroelektronika, avtomatika, radioelektronika,
dəqiq cihazqayırma obyeklərində, istiliyə davamlı konstruksiya
materiallarının hazırlanmasında, təbabətdə və s. tətbiq edilir.
Qızıl
(Au) nəcib metal qrupuna aiddir. Qızıl və gümüş
yüksək temperaturda ərisələr də, qızdırıldıqda heç bir kimyəvi
reaksiyaya girmirlər. Bu xüsusiyyəti isə ondan rahat istifadə
etməyə imkan verir. Qızıl yumşaq, asan deformasiyaya
uğrayan metal olduğu üçün zərgərlərin diqqətini hələ qədim
zamanlardan cəlb edib. Zaman keçdikcə bu qiymətli metaldan
pul, sikkə kəsildi. Hələ qədim zamanlardan Yunanıstanda,
İngiltərədə qızıl çıxarılırdı. Romalı yazar Böyük Pliniyin
məlumatına görə, hər il İspaniyanın çay sahillərindən quma
qarışmış halda 4-5 ton qızıl çıxarılırmış. Bunun üçün xüsusi
istedad tələb olunmurdu. Qumu yuyub, küləkdə sovurar və
qızıl əldə edərlərmiş. Qızıl yüksək sıxlığa malik olduğu üçün
qum dənələrindən asanlıqla ayrılır. Təbii şəkildə qızıl bir
qramdan artıq olarsa, bu külçə sayılır. Ən böyük qızıl
külçələrinə ad verilir və onlar kolleksiya kimi muzeylərdə
saxlanır.
Gümüş
(Pb) nəcib metallar arasında yayılmasına görə
ikinci yerdədir. Ən yüksək elektrik keçirmə qabiliyyətinə malik
metaldır. Hidrogen sulfid məhluluna saldıqda gümüş qaralır. O
da qızıl kimi yaxşı döyülür, rahat formaya düşür. Gümüşə
təbiətdə qızıl və kükürdlə qarışıq təbii birləşmə şəklində və
sərbəst şəkildə rast gəlinir. Çəkisinə görə qızıldan iki dəfə
yüngüldür. Əsasən, vulkan püskürməsindən əmələ gələn
süxurların tərkibində gümüş tapılır. Qızıldan fərqli olaraq, ona
səpinti şəklində çox az rast gəlinir. Hələ Tunc dövründə gümüş
106
insanlara məlum metal idi. Antik dövrdə Yunanıstanda gümüşü
qızıldan üstün tuturdular. XX əsrin ortalarına qədər gümüşdən
yalnız sikkə kəsilirdi. Kino və fotonun inkişafı gümüşə olan
tələbatı artırdı və gümüş pul dövriyyəsindən çıxarıldı. 1992-ci
ildə hasil edilən gümüşün üçdə bir hissəsi foto sənayesində
işlənib. Hesablamalara görə, indiyədək Yer qatlarından 700
min ton gümüş çıxarılıb.
|