100
silisiumun miqdarı müəyyən nisbətdə olur. Titanın,
vanadiumun, xromun və manqanın miqdarı isə 0,001%-ə qədər
endirilir. Yandırılmış alüminiumun dartılmada möhkəmlik
həddi 80 - 90MPa, nisbi uzanması 25-33% - dir.
Alüminiumun xüsusi müqaviməti 0,0289 mkOmm - dən çox
olmamalıdır.
3.5. Keçirici mis
Mis
– qırmızımtıl rəngli metaldır. Yer qatında onun
miqdarı 4,7.10
-3
% - dən çox deyil. Bu metal keçirici
material
kimi çox geniş tətbiq tapmışdır. Bu onun texniki cəhətcə bir
sıra qiymətli xassələrə malik olması ilə əlaqədardır:
► kiçik xüsusi müqavimətə malikdir;
► yüksək mexaniki möhkəmdir;
► korroziyaya qarşi kifayət qədər davamlıdır;
► asan emal olunması (vərəq, lent, naqil şəklinə asanlıqla
düşə bilməsi);
► lehimlənmə və qaynaq edilmə qabiliyyətinə malik olması.
Kimyəvi təmiz misin xüsusi müqaviməti daha kiçikdir.
Misdə qarışıqların olması mexaniki və texnoloji xassələrinə
mənfi təsir etməklə yanaşı onun elektrik keçiriciliyini də
azaldır. Bismut və qurğuşun qarışıqları misin xassələrinə daha
pis təsir edir. Kükürd misin plastikliyini azaldır. Belə mis kiçik
temperaturlarda kövrəkləşir.
Misin tərkibində oksigenin olması
onun mexaniki
xassələrini aşağı salır və xüsusi müqavimətini artırır.