3.6. Əlvan metallar
Metallar qara və əlvan metallar olmaqla iki qrupa
bölünür. Qara metallar dəmir və onun ərintiləri olan polad və
çuqundan ibarətdir. Qalan metallar isə əlvan metallar qrupunu
103
təşkil edir. Əlvan metallar, öz növbəsində,
yüngül,
ağır
,
nadir
və
nəcib
metallar qrupuna ayrılır. Əlvan metallar və bunların
ərintiləri əlavə olaraq bir sıra xüsusi xassələrə malikdir.
Məsələn: yüksək elektrik və istilik keçiriciliyinə,
korroziyaya
,
sürtünmə və mexaniki yeyilməyə qarşı davamlılığa malik
olmaları ilə fərqlənirlər.
Sıxlığı 5 q/sm
3
-dən böyük olan metallar
ağır
metallar
(Zn, Fe, Cu, Hg, Ag, Pt), kiçik olanlar isə
yüngül metallar
(Li,
Na, Mg, Al) adlanır.
Alüminium, maqnezium
və s. kimi yüngül metalların
əsasında yaradılan ərintilər yüngül olduqlarından
təyyarə,
kos-
mik gəmilər,
süni peyklər
və raket istehsalında geniş tətbiq
edilməkdədir.
Molibden, volfram, vanadium, titan, niobium, kobalt
və
s. kimi metallardan korroziyaya və odadavamlı olan
polad
və
xüsusi ərinti növlərinin alınmasında geniş istifadə edilir.
Polad (dəmir) özünün bir sıra üstün xüsusiyyətlərinə
(yüksək mexaniki möhkəmlik) baxmayaraq, xüsusi müqaviməti
həddən çox və korrozoyaya qarşı davamsız oluğundan geniş
tədbiq oluna bilmir.
Qara metal
Əlvan metallar
Metallar
|