• İzolyasiya materiallarının istilikdən köhnəlməsi. Arrenius qanunu və Montzinqer qaydası.
  • İstiliyə davamlılıq və onun təyini




    Download 4,11 Mb.
    Pdf ko'rish
    bet60/100
    Sana03.06.2024
    Hajmi4,11 Mb.
    #259676
    1   ...   56   57   58   59   60   61   62   63   ...   100
    Bog'liq
    Elektrotexnikimateriallar-drsvsaiti20201

    İstiliyə davamlılıq və onun təyini.
    İzolyasiya 
    materiallarının eyni zamanda həm yüksək temperaturun, həm 
    də mexaniki qüvvənin təsirinə davam gətirmək qabiliyyəti 
    istiliyə davamlılıq kimi başa düşülür və bu xarakteristika 
    Martens aparatı ilə təyin edilir. İstiliyə davamlılıq bu aparatla 
    şəkil 3.5-də göstərilən sxem üzrə təyin edilir. 
    Şəkil 3.5. 
    Martens aparatının sxemi 
    1,2 - polad çubuqlu göstərici; 3 - xətkeş; 4 - termometr; 5 - ştok 
    (polad çubuq); 6,9 - sıxac; 7 - izolyasiya nümunəsi; 8 - aparatın 
    gövdəsi; 10 - qızdırıcı; 11 - yük. 


    108 
    Verilən qurğu ilə nümunənin istiliyə davamlılığı olaraq 
    nümunə istilik və mexaniki yük təsirindən deformasiyaya 
    uğrayıb göstəricinin xətkeş üzrə 5-6 mm aşağı düşməsinə 
    uyğun gələn termometrin göstərişi qəbul olunur. Bərk 
    dielektriklər üçün istismar prosesində bu xarakteristika ən 
    vacib xüsusiyyətlərdəndir. Belə ki, istismar prosesində bərk 
    dielektriklər eyni zamanda həm istilik və həm də mexaniki 
    təsirlərə məruz qalırsa, bu halda bərk dielektrik istiliyə 
    davamlılıq temperaturunda tətbiq olunmalıdır. 
    Martens üzrə polistrol üçün istiliyə davamlılıq 75-80 
    0
    S, 
    getinaks üçün 150 -170 
    0
    S - dir. 
    İzolyasiya materiallarının istilikdən köhnəlməsi. 
    Arrenius qanunu və Montzinqer qaydası. 
    İzolyasiyanın 
    keyfiyyəti uzun müddət yüksək temperatur təsirindən tədricən 
    davam edən kimyəvi proseslər nəticəsində pisləşərsə, belə 
    hadisə izolyasiyanın köhnəlməsi adlanır. 
    İzolyasiya köhnəlmə nəticəsində elastikliyini itirir, 
    yumşalır və bərkiyir. Hər hansı səbəbdən tez çatlayır və 
    sıradan çıxır. 
    İzolyasiyanın istilikdən köhnəlməsi kimyəvi reaksiyanın 
    sürətinin 
    temperaturdan 
    asılı 
    dəyişməsinin 
    ümumi 
    qanunauyğunluğuna tabe olur və riyazi olaraq Arrenius 
    qanunu ilə ifadə edilir: 
    İzolyasiyanın 
    xidmət 
    müddətinin 
    temperaturdan 
    asılılığına miqdarı cəhətdən qiymət vermək üçün Montzinqer 
    qaydasından istifadə olunur. Bu qaydaya əsasən izolyasiyanın 
    temperaturunun normadan 8 - 10
    0
    S artması onun xidmət 
    müddətinin 2 dəfəyə qədər azalmasına səbəb olur.
    İstehsalat prosesində bu vəziyyətin yaranmasına yol 
    verilməyərək izolyasiyanın qızmasına ciddi nəzarət olunur. 


    109 
    Nəticədə 
    elektrik 
    qurğuları 
    etibarlı 
    olaraq 
    artıq 
    yüklənmələrdən və qəza rejimlərindən mühafizə olunurlar. Bu 
    məqsədlə praktikada qoruyucu, istilik releləri, temperatur 
    mühafizəsi, rele mühafizəsi və s. istifadə edilir. 

    Download 4,11 Mb.
    1   ...   56   57   58   59   60   61   62   63   ...   100




    Download 4,11 Mb.
    Pdf ko'rish