T texniki kolleci




Download 4,76 Mb.
Pdf ko'rish
bet100/102
Sana09.12.2023
Hajmi4,76 Mb.
#114579
TuriMühazirə
1   ...   94   95   96   97   98   99   100   101   102
Bog'liq
NV-konstruksiyası-və-nəzəriyyəsi

Dövri tezlik dedikdə yolun 1 m 
uzunluğunda olan nahamarlıqların sayı nəzərdə tutulur, 

= 1 / l . 
Xətti tezlik dövri tezliklə 


= 2


= 2

/ l asılılığı ilə bağlıdır.Xətti və dövri tezlikləri 
avtomobilin 1 m/san sürətlə hərəkəti zamanı yolun nahamarlığından ona ötürülən 
həyəcanlandırıcı təsir kimi təsvir etmək olar: xətti – saniyədə radianla, dövri – 
herslə.Yolun avtomobilə təsiri təsadüfi xarakterdə olub təsadüfi funksiyaların 
öyrənilməsində istifadə olunan riyazi statistik metodlarla öyrənilir. 
Şək.35. Kosinusoidal nahamarlığın profili
Rəqslər nəzəriyyəsindən məlumdur ki, həyəcanlandırıcı təsirin dinamiki sistemə təsiri 
həyəcanlandırıcının və sistemin məxsusi rəqslər tezlikləri nisbətlərindən asılıdır. Məxsusi 
və məcburi tezliklərin üst-üstə düşməsi və ya bir-birinə yaxın qiymət alması, rezonans 
rəqslərinin yaranmasına səbəb olur. Avtomobil 4 rəqs tezliyinə malik olduğu üçün 
rezonans yaradan 4 məcburi rəqs tezliyi mövcuddur. Yolun nahamarlıqlarının 
uzunluğunun və avtomobilin hərəkət sürətinin müəyyən qiymətlərində qabaq və ya arxa 
hissələrdə rezonans yaranır, kuzovun rəqslərinin amplitudası bir neçə dəfə artır. 
Rezonans tezliyi ilə üst-üstə düşməyən tezlikli rəqslərdə kuzovun hərəkəti kiçik olur. 
Kuzovun yellənməsinə qeyri-ressoraltı kütlələrin alçaq rəqslər zonasında rəqsləri də təsir 
göstərir. Yüksək rəqslər tezliyində (7,0...8,0 Hs) qeyri-ressoraltı kütlələr böyük rəqslərə 
məruz qalır. Bu rəqslərin amplitudası nahamarlığın amplitudasından 1,5 dəfə çox olur, 
buna görə də təkər yoldan aralanır. Yüksək rəqsli rezonansda kuzova böyük təcil təsir 
göstərir, ancaq hərəkət səlisliyi nöqteyi nəzəri ilə bu çox da əhəmiyyətli deyil. Elastik 
oturacaqlardan istifadə etməklə sərnişini yüksək tezlikli rəqslərdən qorumaq olur. Onu 
demək lazımdır ki, başqa insan orqanizmi yüksək tezlikli təcili daha asan keçirir. Hərəkət 
səlisliyinə avtomobilin aparan hissəsinin texniki vəziyyəti də təsir göstərir. Buna misal 
olaraq, ressor təbəqələrinin lazımi səviyyədə yağlanmaması, amortizatorlarda mayenin 
çatışmaması və ya özlüyünün düzgün seçilməməsini göstərmək olar. Ressor təbəqələri 
arasında sürtünmə böyük olarsa rəqs tezliyi artar və nisbi sönmə əmsalının qiyməti 
buraxıla bilən həddən çox olar – nahamarlığı keçdikdə avtomobilin kuzovu kəskin 
təkanlara məruz qalar. Amortizatorlar rəqsləri söndürərək ressor və şinlərin uzun 
ömürlüyünü təmin edir.Avtomobilin hərəkət səlisliyinə səmərəli yükün də böyük təsiri 
var. Yükün artması ressoraltı kütləni artıraraq, avtomobilin elastik elementlərinin 
deformasiyasını artırır və beləliklə də, kütlə mərkəzi öz yerini dəyişir. 



Download 4,76 Mb.
1   ...   94   95   96   97   98   99   100   101   102




Download 4,76 Mb.
Pdf ko'rish