MƏCBURİ RƏQSLƏR Avtomobil rəqslərinin yaranmasının əsas səbəbkarı yolların qeyri-hamarlığı, şinlərin
həndəsi və qüvvə müxtəlifliyi və təkərlərin qeyri-müntəzəm fırlanmasıdır. Asfaltbeton və
sementbeton yollarda əsasən iki növ nahamarlıq müşahidə olunur: mikroprofil və
kələkötürlük. Dalğa uzunluğu 100 m-dən 10 sm-ə qədər olan qabartı və çöküklər şərti
olaraq
yolun mikroprofili adlanır. Bu nahamarlıqlar avtomobil rəqslərinin əsas səbəb-
karıdır. Yol səthinin dalğa uzunluğu 10 sm-dən kiçik nahamarlıqları
kələ-kötürlük adlanır. Bu nahamarlıqlar şassi və kuzovun ayrı-ayrı elementlərində yüksək titrəyişlər və
səs yarada bilir. İntensiv hərəkətli yollarda nahamarlıq yol örtüyünün çəkilişindən 1...2 il
sonra baş verə bilir. Təkrarlanan nahamar yollarda hərəkət zamanı məcburi rəqslər
yaranır. Bu rəqslərin tezliyi bir tərəfdən nahamarlığın xarakterindən, digər tərəfdən isə
avtomobilin sürətindən asılıdır. Bu tezliklər bir-birindən çox fərqlənərsə həyəcanlandırıcı
təsirə statiki təsir kimi baxmaq olar. Məsələn, dinamiki sistemin məxsusi rəqslər tezliyi
həyəcanlandırıcı tezlikdən 5...10 dəfə çox olarsa, dinamiki sistemin kütlələrinin
yerdəyişməsi demək olar ki, xarici statiki təsirdə olduğu kimi olar. Sadə halda yol
nahamarlıqlarını kosinusoidal çıxıntı kimi (şək.35) göstərmək olar. Bu halda nahamarlığın
profili aşağıdakı ifadə ilə əks oluna bilər:
q = q
0
1 – cos (2
x /l )
,
burada
q
0
– nahamarlığın hündürlüyünün amplitudası;
x – nahamarlığın absisi; l – onun
uzunluğudur.Avtomobil
V sürəti ilə hərəkət etdikdə nahamarlığın absisi x = Vt qanunu
ilə dəyişir. Nahamarlıqdan avtomobilin dinamiki sisteminə ötürülən həyəcanlandırıcı təsir
isə aşağıdakı qanunla dəyişir:
q = q
0
1- cos (
t)
,
burada
– həyəcanlandırıcı təsirin tezliyidir,
=2
V/l. Yol nahamarlıqları avtomobilin
hərəkət sürətindən asılı olmadığı üçün onların uzunluğuna görə qiymətləndirilməsi üçün
xətti və dövri tezlik anlayışlarından istifadə edilir.