və
K
a1
,
K
a2
müqavimət əmsallı amortizatorlar kimi göstərilə bilər. Bundan əlavə asqının
oynaqlarında və ressor təbəqələri arasında quru və ya yarımquru sürtünmə, şinlərdə,
rezin içliklərdə və məhdudlaşdırıcılarda molekullararası sürtünmə var.Kuzov və onun
oxu sərbəstlik dərəcəsinə malikdir. Rəqslərə təsir edən çoxsaylı faktorlar sadələşdirmə
tələb edir. Buna görə də təcrübi cəhətdən daha əhəmiyyətli rəqslər nəzərə alınır. Ən
böyük təcrübi əhəmiyyətli rəqslər uzununa şaquli müstəvidə xətti (sıçrama) və bucaq
rəqsləridir.
Şək.33. Avtomobilin rəqs sisteminin ekvivalenti
Avtomobilin qeyri-ressoraltı kütlələri ressoraltı kütlələrinin 15...20%-ə qədərini təşkil
edir. Ressorların sərtliyi isə şinin sərtliyindən 3...7 dəfə az olur. Buna görə də
qeyri-
ressoraltı kütlələrin məxsusi rəqs tezliyi ressoraltı kütlələrin məxsusi rəqs tezliyindən
əhəmiyyətli dərəcədə çox olur və nəticə etibarı ilə qeyri-ressoraltı kütlələrin kuzovun
yerdəyişməsinə təsirini nəzərə almamaq olar. Asqı və şinlərin elastik elementlərinin
sərtliklərini asqının gətirilmiş sərtliyi ilə əvəz etmək olar. Asqının gətirilmiş sərtliyi (
c
g
) elə
fiktiv elastik elementin sərtliyidir ki, verilmiş qüvvənin təsiri ilə baxılan asqı qədər
əyilməyə məruz qalır.Kuzovun rəqsləri hesablanarkən şərti olaraq amortizatorların
müqavimətini, şin və asqıların elastik elementlərində sürtünməni nəzərə almamaq olar.
Avtomobilin rəqslərinin öyrənilməsi göstərir ki, kuzovun rəqsləri iki mürəkkəb harmonik
rəqsdən ibarətdir: alçaq
tezlikli
1
və yüksək tezlikli
2
. Bunlardan hər biri öz oxu
ətrafında baş verir. Alçaq tezlikli rəqslərin rəqs mərkəzi əsasən bazadan kənarda yerləşir
və buna görə də kuzovun qabaq və arxa hissələri eyni zamanda qalxır və ya düşür.
Alçaq rəqslərlə kuzov demək olar ki, yalnız şaquli yerdəyişmə edər. Yüksək tezlikli
rəqslər əsasən avtomobilin bazası daxilindəki nöqtə ətrafında baş verir. Bu rəqslər
zamanı avtomobilin qabaq və arxa hissələri eyni zamanda müxtəlif istiqamətlərdə
hərəkət edir, yəni kuzov bucaq rəqsləri edir.Kuzovun rəqs qanununu müəyyənləşdirmək
üçün alçaq və yüksək tezlikli rəqsləri cəmləmək lazımdır. Rəqslər nəzəriyyəsindən
məlumdur ki, cismin ümumi rəqslərini azaltmaq üçün rəqsləri təşkil edən iki toplananın
tezlikləri (və ya periodu) eyni olmalıdır. Rəqs tezlikləri eyni və ya yaxın olduqda kuzov
Şək.34. Kuzovun sərbəst rəqsləri
Burada
r
m
1
və
r
m
2
uyğun olaraq ressoraltı kütlənin qabaq və arxa asqılara söykənən
hissələri;
qr
m
1
və
qr
m
2
– qabaq və arxa qeyri-ressoraltı kütlələrdir. Beləliklə, avtomobil 4
məxsusi rəqs tezliyinə malikdir. Onlardan ikisi (
1
а
və
2
a
) kuzovun ressorlar üzərində
rəqs tezliyi, digər ikisi isə (
1
y
və
2
y
) qeyri-ressoraltı kütlələrin ressor və şinlər
üzərindəki rəqs tezliyidir. «a» indeksi alçaq, «
y» – indeksi isə yüksək rəqs tezliklərini
göstərir. Alçaq rəqs tezliyi əsas rəqs tezliyi də adlanır və minik avtomobillərində 1,0...1,5
Hs, yük avtomollərində 1,5...2,5 Hs aralığında dəyişir.
1
y
və
2
y
rəqsləri minik
avtomobillərində 8...12 Hs, yük avtomobillərində 6...8 Hs aralığında dəyişir.