Yüklərin fiziki, kimyəvi və təhlükəsizlik xassələri




Download 1.22 Mb.
Pdf ko'rish
bet4/70
Sana10.12.2022
Hajmi1.22 Mb.
#33964
TuriMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   70
Bog'liq
Yuk-Dashimalari-Mühazirə-Suallar
Jason Carrier - Hayattan Almamız Gereken 100 Ders(tr), 3 tikinti, təqdimatın yazı forması-2022, Törəmənin həndəsi mənası, Cəmiyyətinin sosial psixologiyası, Qanaxmalar və Hemostaz, Müstəvi üzərində düz xətt tənliklər, nformatikanin saslari, informatika və proqramlaşdırma-2, [kitabyurdu.org] ali-riyaziyyat, 1 d di ard c ll q v onun verilm sullar , 161 Sərbəst işlər-1
Yüklərin fiziki, kimyəvi və təhlükəsizlik xassələri. 
Fiziki v
ə kimyəvi xassələr yükün vəziyyətini, onun ətraf mühitlə qarşılıqlı təsirdə 
olma, h
ərəkət tərkibinə, anbarlara, yükləmə - boşaltma maşın və qurğularına, digər 
yüklərə, həmçinin insanların sağlamlığına zərərli təsir etmə qabiliyyətini 
s
əciyyələndirirlər. 
Yüklərin fiziki xassələrinə qranulometrik tərkib, səpələnmə qabiliyyəti, təbii 
maillik bucağı, dəlmə - deşıklik və məsaməlilik, sıxlaşma qabiliyyəti, kövrəklik, toz 
udma v
ə tozlanma qabiliyyəti, cilalama, yaprıxma, tağyaratma, özlülük, nəmlik, 
hidroskopiklik v
ə s. aiddir. 
Tökülən və qalaq yüklərin hissəciklərinin böyüklüyünə görə kəmiyyətcə 
paylanmasını qranulometrik tərkib xarakterizə edir. 
S
əpələnən tökülən və qalaq yüklərin ağırlıq qüvvəsinin və ya xarici dinamik 
z
ərbələrin təsiri altında yerdıyişmə qabiliyyətidir. 
T
əbii maillik bucağı yükün səthi ilə onun yığıldığı mühitin horizontal müstəvisi 
arasında qalan iki tərəfli bucaqdır. 
D
əlmə - deşiklik yükün ayrı – ayrı hissəcikləri arasında boşluqların olub – 
olmaması və bu boşluqların böyüklüyünü, məsaməlilik isə yükün kütləsində daxili 
m
əsamələrin və kapilyarların mövcudluğunu və onların ümumi həcmini xarakterizə 
edir. 
Sıxlaşma qabiliyyəti yükün sıxlaşmadan əvvəl və sonrakı həcmlərinin nisbətidir. 
Kövrəklik bəzi yüklərin mexaniki təsirlər nəticəsində, hiss olunanplastik 
deformasiya v
əziyyətindən kənar, dağılma qabiliyyətidir. 



Toz udma yükün ətraf atmosferdən tozu rahat udma qabiliyyətidir. 
Tozlanma 
– maddələrin çox xırda hissəciklərinin asılı vəziyyətdə hava axınları 
il
ə yqkqn yerləşdiyi yerdən böyük məsafələrə ötürülmə qabiliyyətidir. 
Cilalama ( yeyicilik, pardaxlama ) 
– yükün toxunduğu ( hərəkət tərkibinin, 
yükləmə - boşaltma maşın və qurğularının ) səthi sürtüb yümə qabiliyyətidir. 
Yaprıxma – yükün ayrı – ayrı hissəciklərinin bir – birinə ilişərək, hərəkət 
t
ərkibinin, bunkerlərin divarlarına və bir – birinə yapışaraqkifayər qədər möhkəm 
monolitkütlə yaratma qabiliyyətidir. 
Tağyaratma – bunkerin, silosun, hərəkət tərkibinin çıxış deşikləri üstündə 
tökülən və qalaq yüklər üçün xarakterik olan tağyaradılması prosesidir. 
Özlülük – mayenin hissəciklərinin kənar qüvvələrin təsiri altında bir – birinə 
n
əzərən yerdəyişməsinə müqavimət göstərmə xassəsidir. 
Hidroskopiklik 
– yükün havanın rütubətini rahat udma qabiliyyəti – müxtəlif 
s
əbəblərlə izah olunur. 
N
əmlik – yükün kütləsində rütubətin faizlə miqdarı ilə müəyyən edilir. 
Standartlar, texniki şərtlər və digər normativ materiallarla müxtəlif yüklərin 
kondisiya n
əmliyi müəyyən edilir. Kondisiya nəmliyində maddə öz keyfiyyət 
xarakteristikalarını saxlama qabiliyyətinə malikdir. 
Yüklərin kimyəvi xassələrinə öz – özünə qızma, öz – özünə alışma, korroziya və 
dig
ər xassələr aiddir. 
Öz – özünə qızma və öz – özünə alışma daxili istilik mənbələrinin təsiri altında 
baş verir. 
Korroziya - 
ətraf mühitlə kimyəvi və ya elektrokimyəvi təsir nəticəsində metallar 
v
ə metallik məmulatların dağılmasıdır. 
Donma qabiliyy
əti – yükün, ayrı – ayrı hissəciklərinin donub bütöv kütlə şəklinə 
düşərək, axıcılığını itirmə qabiliyyətidir. 
Şaxtaya davamlılıq – yüklərin aşağı temperaturların təsirinə dözmə və 
temperatur artdıqda donun açılması zamanı dağılmadan özünün keyfiyyət 
xarakteristikalarını saxlama qabiliyyətidir.
Bitişmə, ( qızıb ) yapışma – məhsulun temperaturu artdıqda yükün 
hiss
əciklərinin bir – birinə yapışma qabiliyyətidir. 
Istiy
ə davamlılıq – maddənin, yüksək temperaturların təsirindən yaranan, 
biokimy
əvi proseslərə - dağılma, oksidləşma,ərimə və ya öz – özünə alışmaya 
qarşı durma qabiliyyətidir. 
Oda davamlılıq – yqkqn od təsirindən alışmamaqvə özünün ilkin xassələrini ( 
möhkəmlik, rəng, forma ) saxlamaq qabiliyyətidir. 
Yuxarıda göstərilənlərdən başqayüklərin təhlükəlilik xassələri də vardır və 
onların daşıma prosesində nəzərə alınması vacibdir. Yüklərin təhlükəlilik 
xass
ələrinə alışqanlıq, partlayış təhlükəliliyi, zərərlilik, zəhərlilik, infeksiya 
t
əhlükəliyi və radiaktivlik aiddir. 




Download 1.22 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   70




Download 1.22 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Yüklərin fiziki, kimyəvi və təhlükəsizlik xassələri

Download 1.22 Mb.
Pdf ko'rish