• Qoyunçuluq kompleksl ə ri
  • M Ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n




    Download 10.82 Mb.
    bet2/25
    Sana27.12.2019
    Hajmi10.82 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   25
    Donuz ferma və komplesləri əsasən ət və cins yetişdir­mək üçündür. Donuz kompleksləri tam sənaye əsasında işləyir. Burada saxlanılan heyvanlar müxtəlif qruplara bölünür. Anadan olan donuz çoşqaları əvvəlcə anaları ilə birlikdə saxla-nılır, 3-4 ayına çatdırıldıqdan sonra 7-8 ay ərzində kökəldilib təhvil verilir. Donuzlar iki sistemdə saxlanılır: sərbəst gəzinti ilə və gəzintisiz. Komplekslərin əksəriy-yətində gəzintisiz saxlama üsulundan istifadə olunur. Heyvanların yemə tələbatı təsərrüfatın öz hesabına və dövlət hesabına yerinə yetirilə bilər.

    Burada bütün istehsalat proseslərinin mexanikləşdi­ril­məsi nəzərdə tutulur. Do-nuzların suvarılması üçün PBP-1, PBS-1, PSS-1 avtomatik suvarıcılardan, KS-1,5, RS-5A, KES-1,7 yempaylayanlardan, TSN-160A, US-12, USP-12, TS-1,2, TS-1,5 kürəkli peyintəmizləyənlərdən və ya hidrav­liki təmizləyicilərdən istifadə olunur.



    Binaların havalandırılması və qızdırılması üçün "Kli­mat-2", "Klimat-3, "Kli-mat-4" qurğularından, donuzların sağlamlığını qorumaq üçün ultrabənövşəyi şua vericilərdən istifadə olunur.

    Qoyunçuluq kompleksləri yunluq, yunluq və ətlik, ətlik-yunluq və dəri, ət-yun və südlük istiqamətlərində olur. Qoyun komplekslərinin ölçüləri 2 min başdan 20 min başa qədərdir. Qoyunların saxlanılması, bütün il boyu otlaq şəraitində, yarım otlaq və stasionlar yemləndirmə, bütün il boyu yemləndirmə şəraitində olur. Qoyun-çuluq istiqamətində olan ferma və kom­plekslər 819-143, 803-104, 819-152 və s. layihələr əsasında tikilir (şəkil 1.5, 1.6.).


    Şəkil 1.5. 803-176 layihə üzrə 650 baş ana qoyun

    saxla­nılan tövlə:



    1 - BKS-10 quru yem tutan bunker 2,4 - yempaylama xətti, 3-süd əvəzedici hazırlayan aqreqat; 5-qoyunlar üçün avtomatik axur; 6-quzular üçün bunker tipli axur; 7-hasar; 8-stasionar tipli USN-15 avtomatlaşdırılmış peyin təmizləyici; 9-elektrik cərəyanı ilə işləyən KN-25 su qaynadıcı qurğu; 10-AP 1A suvarıcı.

    Şəkil 1.6. 5000 baş ana qoyunu olan kompleksin baş planı (819-221 layihə):


    1 - 650 başlıq doğum yeri; 2 - 2000 baş quzunun bəslənməsi üçün yer; 3 - 3000 baş qoyunun yemləndirilməsi üçün çardaq; 4 - peyin anbarı; 5 - heyvanların çəkilməsi üçün səyyar tərəzi; 6 - qoyunların nəqliyyata yükləndirilməsi üçün meydança; 7 - dezboryer; 8 - peyin xətti (borusu); 9 - bərpaolunma sexi; 10 - kanalizasiya və digər lazımi yerlərin təmizləyən qurğu; 11 - 20 yerlik izolyator; 12 - 50 yerlik ambulatoriya; 13 – qoyunla­rın kəsilməsi və sanitariya punktu; 14 - ixrac şöbəsi; 15 - 1500 baş ana qoyun üçün sex; 16 - mexanikləşdirilmiş çimizdirmə qurğusu; 17 - baytar-sanitar buraxılış qapısı; 18 - transformator; 19 - traktorların və texnikanın saxlanılması üçün çardaq; 20 - 480 t-luq səpələnən və dənəvərləşdirilmiş yem üçün anbar; 21 - məhsuldarlığı 4 t/s olan qarışıq yem hazırlayan sex.

    Məsələn, 2500 başlıq ana qoyun kompleksi (Romanov cinsi) 3600 qoyun dərisi, 1317 sentner ət, 87,5 sentner yun istehsal etməyə hesablanmışdır. Burada hərəsi 835 ana qoyun tutan yatax tikilir. Saxlama üsulunda bağlı-otlaq sistemi tətbiq olunur. Qış vaxtında heyvanlar qalın döşəmə üzərində saxlanı­lır. Süni mayalandırmanın köməyi ilə bir sürüdə 300…1000 baş qoyun olur. Qış vaxtında yemləmə çardaqlarda aparılır. Yem normasında 20…40% küləş, 12…26% ot, 40…60% silos, 7…17% kombikorma nəzərdə tutulur. Yem mobil tipli yempay-layanla, suvarılması QAO-4A qrup avtomatik suvarıcı ilə, peyinin təmizlənməsi BN-1 buldozeri vasitəsi ilə ildə bir dəfə aparılır. Qoyunların qırxılması üçün ESA-6/200, ESD-1D və ya ESA-12/200 aqreqatlarından istifadə olunur. Bu komp­leksdə 8 nəfər qulluq edir, 1 s ətə 12,8, 1 s yuna isə 54,3 saat əmək sərf edilir (şəkil 1.6).




    Şəkil 1.7. 200 min yumurtlayan toyuğu olan quş fabriki­nin baş planı:
    1 - 1000 baş üçün quş damı; 2 - 50 min başlıq batareyalar; 3 - 50 min baş­lıq quşxana; 4 - 27 - döşəmə materialı üçün anbar; 5 - maşınlar da­yanacağı üçün yer; 6 - maşınyuma meydançası; 7 - benzin dolduran ka­lon­kalar, 8 – yar­dımçı təsərrüfat binaları; 9 - avtomatik tərəzilər; 10 - məişət idarə yeri; 11 - növbəlik gücü 3 t olan sallaqxana; 12 - 35 min quş tutan batareya sexi; 13 - növbədə 140…160 min yumurta tutan sex; 14 - yem sexi; 15 - 1000 t kombikorma tutan anbar; 16 - silos, kökümeyvəli üçün anbar; 17 - mərkəzi qazanxana; 18 - 10 nəfərlik briqada evi: 19 - kömür üçün meydança; 20 – bay­tar üçün blok; 21 - 30 min qəfəsi olan quş­xana; 12 - min cücə saxlanılan bina; 23 - transformator; 24 - 12-15 min başlıq ak­kum­­lyator; 25 - duz anbarı; 26 - 25 nəfər briqada üçün bina; 28 - inkubator.

    Download 10.82 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   25




    Download 10.82 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    M Ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n

    Download 10.82 Mb.