• Funksional razılaşdırma.
  • Məntiqi razılaşdırma.
  • 1.2 Protokollar
  • Mühazirələr toplusu g I r I Ş




    Download 1.13 Mb.
    bet6/51
    Sana16.06.2021
    Hajmi1.13 Mb.
    #15072
    TuriMühazirə
    1   2   3   4   5   6   7   8   9   ...   51
    Mexaniki razılaşdırma. Bu proses naqillərin sayı, birləşdirici-qoşucu elementlərin forması və tutumu ilə müəyyən edilir;

    Elektriki razılaşdırma. Bu prosesdə elektriki siqnalların forması, elektriki parametrlər və digər elektriki xarakteristikalar təmin edilir.

    Funksional razılaşdırma. Bu prosesdə yaxın alt sistemlər arasında birləşmə yaradan elektriki siqnalların funksiyası aşkar edilir. Məsələn, müəyyən etmək olar ki, bir sistemdən digər sistemə keçdikdə veriləcək kod sözlərinin və ya kod kombinasiyalarının simvolları (impulsları) əvvəlcədən konkret uzunluqlu bloklara bölünməlidir və ya yox; ixtiyari informasiya bloku müəyyən uzunluqlu kod sözlərindən təşkil edilmişdir və ya yox. Onda ixtiyari informasiya bloku, vəzifəsinə uyğun olaraq, bloklararası ”cavab-sorğu” mübadilə prosesini təşkil edir.

    Məntiqi razılaşdırma. Bu prosesdə informasiya sellərini təsvir etmək üçün istifadə edilən üsul və metodlar çoxluğu başa düşülür. Odur ki, informasiya sellərinin ötürülməsini təsvir etmək üçün, vahid format tələb edilir.

    Prosedur(əməliyyat) razılaşdırma. Bu prosesdə informasiya sellərinin verlişinin idarə edilməsi, bircins olan və bircins olmayan informasiya sellərinin emalı üçün istifadə edilən formatların strukturunun olması nəzərdə tutulur.

    1.2 Protokollar

    Kanal və paket kommutasiya metodları əsasında fəaliyyət göstərən elektrik rabitəsi şəbəkələri yarandıqdan sonra, informasiya sellərinin verlişi proseslərinin universallaşdırılması, onların dəqiq verliş sürət ilə reqlamentə salınması, informasiya sellərinin forma və strukturuna vahid tələbatlar vermək zəruriyyəti yaranmışdır. Şəbəkə arxitekturasının ayrı-ayrı elementlərinin qarşılıqlı əlaqələrinin səmərəli formada təşkili üçün nəzərdə tutulan müqavilələr sistemi, qaydaları və tövsiyyələr çoxluğu həmçinin verilənlər selinin(impulslar ardıcıllığının) müəyyən qaydalar çərçivəsində verlişini təşkil etmək üçün, nəzərdə tutulan əməliyyatlar şəbəkə protokolu əsasında həyata keçirilir.Ümumiyyətlə 7 səviyyəli Açıq Sistemlər Modelində ixtiyari səviyyənin uyğun alt sistemlərinə məxsus elementləri(məsələn iki şlyuz arasında) öz aralarında interfeyslərlə razılaşdırmaq üçün də protokol anlayışından istifadə edilir. Başqa sözlə desək protokol anlayışı dedikdə, eyni səviyyəli müxtəlif texniki vasitələrin köməyi ilə öz aralarında məntiqi və əməliyyat pazılaşmalarını həyata keçirtmək üçün istifadə edilən qaydalar (tövsiyyələr, təlimatlar, qaydalar) çoxluğu başa düşülməlidir.



    Qeyd: Müasir diskret məlumat sistemli (DMS) stansiyalarda protokol və interfeyslərin sayının çoxluğuna baxmayaraq, standart ptotokolların və kodların (və ya proqramların) sayı əslində xeyli məhdud olur. Ən geniş yayılan 5 və 7 elementli kod sistemləridir. Hər iki kod sistemində eyni əlifbanın simvolları (elementləri) həm informasiyalı həm də xidmət simvolları kimi tətbiq edilir. İnformasiya verlişində səhvlər baş verdikdə onda birincilər ikinciyə çevrilir (idarəedici bayt) və informasiya sisteminin normal iş rejimini dəyişməklə səhvlərin baş verdiyi aşkar edilir. Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU-T) diskret verilənlər selinin, tonal tezlikli telefon kanalları ilə ötürülməsi üçün V X seriyalı protokollar əsasında işləyən interfeys tipləri təklif etmişdir. Ən geniş yayılmış kommutasiya protokolu kanal və paket kommutasiya protokollarıdır. Məsələn, X.25 seriyalı protokolunun əsasını paket kommutasiya metodu təşkil edir. Diskret məlumat verlişli kanallarının təşkili üçün müxtəlif formatlı protokolların olmasına baxmayaraq, protokoların əsas hissəsi bir neçə vəzifəni yerinə yetirir.



    Download 1.13 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   51




    Download 1.13 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mühazirələr toplusu g I r I Ş

    Download 1.13 Mb.