• DSMF-də qeydiyyata alınan əcnəbilərin sayı açıqlanıb
  • Ölkədə orta aylıq əməkhaqqı 462 manata çatıb
  • Azərbaycan nefti 39 dollardan aşağı düşüb
  • Maliyyə naziri gələn ilin əsas vəzifələrini açıqlayıb




    Download 426.25 Kb.
    bet4/22
    Sana24.03.2017
    Hajmi426.25 Kb.
    1   2   3   4   5   6   7   8   9   ...   22

    Maliyyə naziri gələn ilin əsas vəzifələrini açıqlayıb


    11.12.2015

    samir sherifov 1
    Dekabrın 11-i Maliyyə Nazirliyində 2016-cı ilin dövlət büdcəsi ilə bağlı vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Nazirliyin struktur bölmələrinin və tabe qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda çıxış edən maliyyə naziri, kollegiyanın sədri Samir Şərifov deyib ki, 2016-cı ilin büdcəsində qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri, o cümlədən ölkənin valyuta daxilolmalarının və tədiyyə balansının müsbət saldosunun azalması, milli valyutanın qismən dəyərsizləşməsi, iqtisadi artım surətinin zəifləməsi, Azərbaycana məxsus “Azəri Layt” markalı neftin orta satış qiymətinin kəskin azalması meylləri nəzərə alınıb: “Növbəti illərdə qeyri-neft gəlirlərinin büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, vergi güzəştlərinə yenidən baxılaraq onların məhdudlaşdırılması, dövlət büdcəsinə hesablanmış vergilərin yığım faizinin artırılması kimi tədbirlərin görülməsi dövlət büdcəsinin gəlirləri üzrə müəyyən edilmiş siyasətin əsas parametrlərini təşkil edir”.

    Nazir 2016-2019-cü illərdə qarşıda duran mühüm vəzifələr sırasında qeyri-münbit xarici mühit şəraitində, həmçinin dövlət və icmal büdcələrin gəlir və xərclərinin azalması fonunda sosial prioritetliyə üstünlük verilməklə fiskal yığcamlaşdırma siyasətini həyata keçirmək, iqtisadiyyatın dayanıqlığını təmin etməklə onun aparıcı sahələrinin modernləşməsini və şaxalənməsini davam etdirmək, dövlət sektorunda xərclərin səmərəliliyini artırmaq, dövlət və icmal büdcələrin cari və əsaslı xərclərinin idarə olunmasını təkmilləşdirməyi qeyd edib. Dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklərin, əsas dövlət proqramlarının, təhsil, səhiyyə, sosial, mədəniyyət layihələrinin, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə təminatı yaratmaq, pensiya təminatı üzrə maliyyə dayanıqlılığını daha da artırmaq növbəti ildə də prioritet vəzifələr sırasına daxil olunub.

    Dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılmasının vacibliyini qeyd edən kollegiya sədri nazirliyin aidiyyəti struktur bölmələri, rayon və şəhər üzrə maliyyə orqanları üçün 2016-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli gəlirləri üzrə nəzərdə tutulmuş daxilolmaların artırılması, müdafiə olunan və onlara bərabər tutulan xərclər istisna olmaqla prioritetlik daşımayan xərclər üzrə qənaət rejiminin tətbiq edilməsi və büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Nazir qeyd edib ki, cari ildə müdafiə olunan xərclər üzrə, o cümlədən əməkhaqqı, sosial müavinətlər, pensiya, təqaüd və digər sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək.

    Xəbəri Maliyyə Nazirliyinin mətbuat xidməti yayıb.


    DSMF-də qeydiyyata alınan əcnəbilərin sayı açıqlanıb


    14.12.2015

    dsmf binaDekabrın 1-nə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 21,25 faiz artıb. Noyabr ayı ərzində 350 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və fərdi uçot sistemindəki əcnəbilərin sayı 27 322 nəfərə yüksəlib.

    115 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (13 665 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2982 nəfərə, üçüncü yerdə gələn Rusiya vətəndaşlarının sayı isə 1651 nəfərə çatıb.

    Transparency.az-a verilən rəsmi məlumata görə, sonrakı yerlərdə Hindistan (983), İran (969), Çin (847), Böyük Britaniya (561), Pakistan (537), Ukrayna (443), Banqladeş (401), Özbəkistan (275), Almaniya (252), Filippin (239), ABŞ (237), Qazaxıstan (218), Türkmənistan (211), Koreya (191) və s.

    Filippin (Philippines), Filippin Respublikasi (tagalcha Republika ng Pilipinas, ing . Republic Philippines) - Jan.Sharqiy Osiyodagi davlat, Tinch okeandagi Filippin arxipelagida joylashgan. Maydoni 300 ming km².

    ölkələr qərarlaşıb.

    Dövlət Sosial Müdafiə Fondunda vətəndaşlığı olmayan 194 nəfər qeydiyyata alınıb.


    Ölkədə orta aylıq əməkhaqqı 462 manata çatıb


    14.12.2015

    manat2015-ci il noyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 504,7 min nəfər olub, onlardan 877,9 min nəfəri dövlət sektorunda, 626,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Transparency.az xəbər verir ki, Dövlət Statistika Komitəsi belə hesabat yayıb.

    Rəsmi məlumata görə, muzdla işləyənlərin 22,3 faizi təhsil, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1 faizi sənaye, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə, 17,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

    2015-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz artaraq 462 manata çatıb.

    Azərbaycan nefti 39 dollardan aşağı düşüb


    14.12.2015

    Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,11 dollar bahalaşaraq 35,44 dollar, London birjasında “Brent” markalı neftin bir barreli 0,26 dollar ucuzlaşaraq 37,67 dollar olub.

    New York (talaffuzi: Nyu York) - AQShning eng katta sanoat, moliya, savdo-transport hamda siyosiy va madaniy markazi, dunyodagi eng yirik shaharlardan biri. Atlantika okeani sohilida, Gudzon daryosining quyilish joyida.

    London, Katta London - Buyuk Britaniya poytaxti, mamlakatning muhim siyosiy, iqtisodiy va madaniy markazi. Temza daryosining quyi oqimida, Shim. dengizdan 64 km masofada, London havzasi deb ataluvchi tekislikning markaziy qismida joylashgan.

    AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 1,52 dollar ucuzlaşaraq 38,90 dollar təşkil edib.



    Download 426.25 Kb.
    1   2   3   4   5   6   7   8   9   ...   22




    Download 426.25 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Maliyyə naziri gələn ilin əsas vəzifələrini açıqlayıb

    Download 426.25 Kb.