Ulduzvari topologiyanın mənfi cəhəti şəbəkə avadanlığının baha olmasındadır




Download 423.5 Kb.
bet9/11
Sana20.05.2023
Hajmi423.5 Kb.
#62630
1   2   3   4   5   6   7   8   9   10   11
Bog'liq
kompüter şəbəkələri

Ulduzvari topologiyanın mənfi cəhəti şəbəkə avadanlığının baha olmasındadır. Burada ciddi çatışmazlıq abunəçilərin sayının məhdud olaması ilə bağlıdır. Adətən, mərkəzi abunəçi 8 – 16 periferiya abunəçilərinə xidmət edir. Bəzən iyerarxik şəkildə bir neçə konsentratorun ulduz tipli əlaqələrlə birləşdirilmiş şəbəkələrinin qurulması məqsədəuyğundur. Hal-hazırda iyerarxik ulduzvari topologiya həm lokal, həm də qlobal şəbəkələrdə ən geniş şəkildə yayılmışdır.

Şəkil 12.5.-də göstərilmiş ulduzvari topologiya aktiv və ya əsl ulduz adlanır. Xaricən ulduza oxşayan passiv ulduz adlanan topologiya da mövcuddur (şəkil 12.8.). Belə topologiyalı şəbəkənin mərkəzində kompüter deyil, repiterin funksiyalarını yerinə yetirən, konsentrator və ya hab yerləşir. O, gələn siqnalları bərpa edir və onları digər rabitə xətlərinə ötürür.
Aktiv və passiv ulduz arasında aralıq topologiya növünü ayırmaq olar. Bu halda konsentrator ona gələn siqnalların retranslyasiya­sından başqa, özü mübadilədə iştirak etmədən mübadilənin idarəolunmasını yerinə yetirir.
Dairəvi (halqavari) topologiya. Dairə konfiqurasiyalı şəbəkələrdə (şəkil 12.6.) verilənlər, bir qayda olaraq, bir istiqamətdə, dairə üzrə bir kompüterdən digərinə ötürülürlər.



Əgər kompüter gələn verilənləri özününkü kimi tanıyırsa, onda onların surətini öz daxili buferinə köçürür. Bu topologiyada bütün kompüterlər qapalı ilməyə birləşiblər: bir kabel birinci kompüteri ikinci kompüter ilə birləşdirir, ikinci kabel ikinci kompüteri üçüncü kompüterlə birləşdirir və bu proses sonuncu kompüterin birinci kompüterlə birləşməsinə qədər davam edir.
Qeyd etmək lazımdır ki, uduzvari topologiyada olduğu kimi, dairəvi topologiya da kompüterlərin fiziki yerləşməsini deyil (dairəvi şəbəkənin kompüter və birləşmələri dairə şəklində yerləşməyə də bilər), iki kompüter arasında məntiqi birləşməni təsvir edir.
Dairəvi şəbəkənin iki kompüteri arasındakı kabel dəhlizdən keçib, şaquli istiqamətdə binanın bir mərtəbəsindən digərinə çəkilə bilər.
Dairəyə yeni abunəçilərin qoşulması zamanı bütün şəbəkənin işinin dayandırılması tələb olunsa da, qoşulma “ağrısız” keçir. Dairəvi topologiya artıq yüklənmələrə ən dayanıqlı topologiyadır, belə ki, burada münaqişələr, həmçinin, mərkəzi abunəçi yoxdur.

Download 423.5 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11




Download 423.5 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Ulduzvari topologiyanın mənfi cəhəti şəbəkə avadanlığının baha olmasındadır

Download 423.5 Kb.