• Ulduzvari topologiya – bir mərkəzi kompüterə qalan periferiya kompüterləri qoşulur, burada hər bir kompüter özünə aid ayrıca rabitə xəttini istifadə edir
  • Şin topologiyası. Şin topologiyalı kompüter şəbəkəsində, adətən, bir kabeldən istifadə olunur və kompüterlər bu kabelə qoşulur.
  • Şin topologiyasında, özündən bütün informasiyanı keçirən mərkəzi abunəçi yoxdur
  • Lakin uzun rabitə xətləri ilə elekrik siqnalların yayılması xüsusiyyətlərini nəzərə alaraq, şinin uclarında xüsusi qurğular – terminatorlar
  • Son zamanlara qədər üç əsas topologiya növü mövcud idi




    Download 423.5 Kb.
    bet7/11
    Sana20.05.2023
    Hajmi423.5 Kb.
    #62630
    1   2   3   4   5   6   7   8   9   10   11
    Bog'liq
    kompüter şəbəkələri

    Son zamanlara qədər üç əsas topologiya növü mövcud idi:
    Şin topologiyası – bütün kompüterlər paralel olaraq bir rabitə xəttinə qoşulur və hər bir kompüterdən gələn infor­ma­si­ya eyni zamanda qalan kompüterlərə ötürülür (şəkil 12.4.).
    Ulduzvari topologiya – bir mərkəzi kompüterə qalan periferiya kompüterləri qoşulur, burada hər bir kompüter özünə aid ayrıca rabitə xəttini istifadə edir (şəkil 12.5.).
    Dairəvi (halqavari) topologiya – hər bir kompüter dairə üzrə növbəti kompüterə informasiyanı ötürür və yalnız özündən qabaq gələn kompüterdən informasiyanı alır (şəkil 12.6.).
    Şin topologiyası. Şin topologiyalı kompüter şəbəkəsində, adətən, bir kabeldən istifadə olunur və kompüterlər bu kabelə qoşulur. Şinə qoşulmuş hər hansı bir kompüter kabel üzrə siqnal ötürə bilər və bu siqnal bütün kompüterlərlə qəbul olunacaq. Kabelə qoşulan bütün kompüterlər kabel ilə ötürülən elektrik





    siqnalı qəbul edə biləcəyi üçün, hər bir kompüter digər kompüterə verilənlər ötürə bilər. Aydındır ki, şin topologiyalı şəbəkəyə qoşulmuş kompüterlər öz hərəkətlərini əlaqələndirməlidirlər, belə ki, istənilən zaman anında ancaq bir kompüter siqnal ötürməlidir, əks halda xaos yarana bilər, yəni siqnalların üst-üstə düşməsi nəticəsində informasiya təhrif olunacaq. Beləliklə, şin topologiyalı kompüter şəbəkəsində yarımdupleks (hər iki istiqamətdə, lakin növbə üzrə) mübadilə rejimi həyata keçirilir.
    Şin topologiyasında, özündən bütün informasiyanı keçirən mərkəzi abunəçi yoxdur, bu da onun etibarlılığını artırır. Şinə yeni abunəçilərin əlavə olunması çox asandır və adətən, şəbəkənin işləməsi zamanı mümkündür.
    Şin topologiyalı kompüter şəbəkəsində hər hansı bir kompüterin sıradan çıxması, şəbəkənin işinə təsir etmir. Elə bir təsəvvür yarana bilər ki, kabelin qırılması şin üçün təhlükə yaratmır, yəni, bu halda iki işlək şin alınır. Lakin uzun rabitə xətləri ilə elekrik siqnalların yayılması xüsusiyyətlərini nəzərə alaraq, şinin uclarında xüsusi qurğular – terminatorlar (şəkil 12.4.-də dördbucaqlar şəklində verilib) yerləşdirilməlidir.

    Download 423.5 Kb.
    1   2   3   4   5   6   7   8   9   10   11




    Download 423.5 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Son zamanlara qədər üç əsas topologiya növü mövcud idi

    Download 423.5 Kb.