• Lokal şəbəkə ilə ötürmənin sürəti, burada istifadə olunan kompüterlərin işləmə sürəti artdıqca mütləq artmalıdır.
  • Lokal şəbəkələrin digər şəbəkələrdən fərqi verilənlərin mübadiləsinin yüksək sürətli olmasıdır.
  • Sürətlə ötürülən, lakin səhvlərlə təhrif olunmuş informasiya mənasızdır, istifadəyə demək olar ki, yararsızdır. Bu mənada belə informasiyaların təkrarən, yenidən ötürülməsi tələb olunur.
  • Kompüter şəbəkələrinin əsas anlayışları Kompüter şəbəkələri




    Download 423.5 Kb.
    bet2/11
    Sana20.05.2023
    Hajmi423.5 Kb.
    #62630
    1   2   3   4   5   6   7   8   9   10   11
    Bog'liq
    kompüter şəbəkələri

    Lokal şəbəkələrə (Local Area Networks, LAN) adətən, əhatə dairəsinin radiusu 1 – 2 km-dən çox olmayan kompüter şəbəkələrini aid edirlər. Lakin, qeyd etmək lazımdır ki, bəzi hallarda lokal şəbəkənin əhatə etdiyi məsafə daha çox, məsələn, onlarla kilometr, ola bilər. Ümumi halda, lokal şəbəkə bir təşkilata aid olan kommunikasiya sistemidir.
    Lokal şəbəkələrdə, kompüterlərarası məsafələr qısa olduğu üçün bahalı və keyfiyyətli rabitə xətlərinin istifadəsi mümkündür. Belə rabitə xətləri informasiyanın ötürülməsinin sadə üsullarını istifadə etməklə verilənlərin mübadiləsinin sürətini 100 Mbit/s-yə qədər çatdırmağa imkan yaradır. Bununla əlaqədar olaraq, lokal şəbəkələrin təqdim etdikləri xidmətlər müxtəlifliyi ilə fərqlənirlər və adətən, “online” rejimində realizasiyanı nəzərdə tuturlar.
    Lokal şəbəkə ilə ötürmənin sürəti, burada istifadə olunan kompüterlərin işləmə sürəti artdıqca mütləq artmalıdır. Son dövrlərə kimi verilənlərin mübadiləsinin 1 – 64 Mbit/s sürəti ilə ötürülməsi normal hal hesab olunurdu. Hal-hazırda verilənlərin mübadiləsinin 128 – 512 Mbit/s ötürülmə sürəti ilə işləyən lokal şəbəkələr mövcuddur və bunlar orta sürətli lokal şəbəkələr hesab olunurlar. Yaxın gələcəkdə verilənlərin 1024 Mbit/s və daha çox sürətlə sərbəst ötürülmələri üçün lokal şəbəkə vasitələri artıq texniki cəhətdən işlənilmişdir. Bununla bağlı daha səmərəli proqram məhsullarının seçilməsi üçün müvafiq testləşdirmə və sazlama mərhələsindən keçirilirlər.
    Lokal şəbəkələrin digər şəbəkələrdən fərqi verilənlərin mübadiləsinin yüksək sürətli olmasıdır. Lakin bu yeganə fərq deyil, digər daha vacib amillər də mövcuddur. Məsələn, ötürülmə səhvlərinin çox aşağı səviyyəsi prinsipial xarakter daşıyır.
    Sürətlə ötürülən, lakin səhvlərlə təhrif olunmuş informasiya mənasızdır, istifadəyə demək olar ki, yararsızdır. Bu mənada belə informasiyaların təkrarən, yenidən ötürülməsi tələb olunur. Ona görə də lokal şəbəkələr üçün, xüsusi olaraq çəkilmiş keyfiyyətli rabitə xətlərinin və şəbəkə avadanlıqlarının tələb edilməsi labüddür.

    Download 423.5 Kb.
    1   2   3   4   5   6   7   8   9   10   11




    Download 423.5 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Kompüter şəbəkələrinin əsas anlayışları Kompüter şəbəkələri

    Download 423.5 Kb.