• Wide Area Networks , WAN)
  • Lokal şəbəkələrdə olduğu kimi, qlobal şəbəkənin də özünəməxsus çatışmazlıqları vardır.
  • Qlobal kompüter şəbəkələrinin ənənəvi abunəçiləri – müxtəlif şəhər və ölkələrdə yerləşən dövlət və özəl müəssisələrinin birləşmiş və ya ayrı-ayrılıqda mövcud olan lokal şəbəkələridir.
  • Belə şəbəkələri ictimai şəbəkələr adlandırırlar.
  • Şəbəkələrin strukturundan asılı olaraq, ona məxsus kompüterlərin yerlərinin dəyişdirilməsini məhdudlaşdırırlar




    Download 423.5 Kb.
    bet4/11
    Sana20.05.2023
    Hajmi423.5 Kb.
    #62630
    1   2   3   4   5   6   7   8   9   10   11
    Bog'liq
    kompüter şəbəkələri

    Şəbəkələrin strukturundan asılı olaraq, ona məxsus kompüterlərin yerlərinin dəyişdirilməsini məhdudlaşdırırlar. Belə ki, bu zaman birləşdirici kabellərin yenidən çəkilməsi zərurəti yaranacaqdır.
    Bundan başqa, şəbəkələr kompüter viruslarının yayılması üçün “ideal” bir mühitdir, ona görə də, şəbəkələrin mühafizəsi məsələlərinə daha çox diqqət yetirilməlidir.
    Qlobal şəbəkələr (Wide Area Networks, WAN) müxtəlif şəhər və ölkələrdə yerləşə bilən, aralarındakı məsafəyə görə səpələnmiş lokal şəbəkələri, o cümlədən serverləri, ayrı-ayrılıqda kompüterləri birləşdirirlər.
    Qlobal şəbəkələr çox saylı son abunəçilərə İnternet xidmətlərini təqdim etmək üçün istifadə olunurlar. Ona görə də bəzən buna qlobal İnternet şəbəkəsi də deyilir.
    Qlobal şəbəkələrdə istifadə olunan rabitə kanallarının uzunluğunun böyük olması xeyli məsrəflər tələb edir. Buraya kabellərin alınması və çəkilməsinə, kanalın lazımı ötürmə qabiliyyətini təmin edən kommunikasiya və aralıq gücləndirici avadanlığa sərf olunan xərclər, şəbəkənin avadanlığının daimi işlək vəziyyətdə saxlanılması üçün istismar xərcləri də daxildir.
    Lokal şəbəkələrdə olduğu kimi, qlobal şəbəkənin də özünəməxsus çatışmazlıqları vardır. Belə ki,
    qlobal şəbəkələr üçün keyfiyyətli rabitə xətlərinin çəkilməsi baha başa gəlir,
    artıq mövcud olan, əvvəlcədən digər məqsədlər üçün nəzərdə tutulmuş rabitə xətlərindən həm də qlobal şəbəkələrdə istifadə olunur,
    qlobal şəbəkələrin əksəriyyəti ümumi təyinatlı telefon və teleqraf kanalları əsasında qurulur və s.
    Qlobal şəbəkələr onlardan əvvəl yaranmış telefon şəbəkələrindən çox şeyi irsən qəbul ediblər. Buna baxmayaraq, uzun müddət telefon şəbəkələrində uğurla istifadə olunan kanalların kommutasiyası prinsipindən imtina edilməsinin əsası, elə ilk qlobal kompüter şəbəkələrinin yaradılması zamanı qoyulmuşdur.
    Qlobal kompüter şəbəkələrinin ənənəvi abunəçiləri – müxtəlif şəhər və ölkələrdə yerləşən dövlət və özəl müəssisələrinin birləşmiş və ya ayrı-ayrılıqda mövcud olan lokal şəbəkələridir.
    Bu baxımdan, qlobal şəbəkələr tərəfindən göstərilən İnternet xidmətlərinin təşkilində ayrı-ayrı kompüterlərdən və onların birgə əmələ gətirdiyi şəbəkələrdən də istifadə edilir. Adətən, qlobal kompüter şəbəkələri və onların altşəbəkələri iri telekommunikasiya şirkətləri tərəfindən abunəçilərə pullu xidmətlərin göstərilməsi üçün yaradılır. Belə şəbəkələri ictimai şəbəkələr adlandırırlar.

    Download 423.5 Kb.
    1   2   3   4   5   6   7   8   9   10   11




    Download 423.5 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Şəbəkələrin strukturundan asılı olaraq, ona məxsus kompüterlərin yerlərinin dəyişdirilməsini məhdudlaşdırırlar

    Download 423.5 Kb.