• Kompüter şəbəkələrin təsnifatı
  • Kompüter şəbəkələrinin əsas anlayışları Kompüter şəbəkələri




    Download 423.5 Kb.
    bet1/11
    Sana20.05.2023
    Hajmi423.5 Kb.
    #62630
      1   2   3   4   5   6   7   8   9   10   11
    Bog'liq
    kompüter şəbəkələri


    Kompüter şəbəkələrinin əsas anlayışları

    Kompüter şəbəkələri – müasir sivilizasiyanın iki əsas elmi-texniki sahəsinin – kompüter və kommunikasiya texnologiyalarının inkişafının məntiqi nəticəsidir.
    Kompüter şəbəkələri böyük sürətlə yayılırlar. İyirmi il bundan əvvəl kompüter şəbəkələrinə az sayda insan müraciət edə bilərdi. Hal-hazırda kompüterlərarası verilənlərin mübadiləsi gündəlik həyatımızın ayrılmaz tərkib hissəsidir. Şəbəkə vasitələri işgüzar müəssisənin bütün sahələrində istifadə olunur. Şəbəkələr dövlət orqanları və hərbi təşkilatlarda da istifadə olunur. Sənaye və ticarət müəssisələri, inzibati və maliyyə təşkilatları arasında səmərəli informasiya mübadiləsi sərfəli bazar iqtisadiyyatı və demokratik sosial mexanizmlərin dəstəklənməsi üçün vacibdir. Qeyd etmək lazımdır ki, terminallarda, kompüterlərdə və onlar arasında informasiyaların interaktiv ötürülməsi, iki və ya bir neçə kompüterarası əlaqə, kompüterlərin istifadəsi ilə telemetriya, verilənlərin teleemalı texniki olaraq çoxdan həyata keçirilib və praktiki olaraq kompüterlərin yaranması anından istifadə olunur.
    Bu halda informasiyanın ötürülməsi ayrı-ayrı kompüterlərin birgə işinin təşkili və məsələnin bir neçə kompüter vasitəsi ilə həllini, resursların birgə istifadəsini və digər problemlərin həllini mümkün edir.
    Kompüter şəbəkələrin təsnifatı üçün müxtəlif əlamətlərdən istifadə olunur. Lakin əksər hallarda onları ərazi əlamətinə görə, yəni şəbəkənin əhatə dairəsinə görə növlərə ayırırlar.
    Şəbəkələrin iki əsas kateqoriyası mövcuddur – lokal və qlobal şəbəkələr.
    Onlar arasında olan fərq sadədir. Belə ki,
    lokal şəbəkələr bir-biri ilə yaxın məsafədə yerləşən qurğuların qarşılıqlı əlaqəsinin təşkili üçün istifadə olunurlar;
    qlobal şəbəkələr isə coğrafi olaraq paylanmış kompüter və ya lokal şəbəkələrin qarşılıqlı əlaqələrinin təşkili üçün istifadə olunurlar.
    Üçüncü kateqoriyaya regional şəbəkələr daxildir. Bu şəbəkələr lokal şəbəkələrin standartları ilə təyin olunduqlarına baxmayaraq, daha çox qlobal şəbəkələrə oxşayırlar. Regional şəbəkələr nisbətən az tanınır və nadir hallarda istifadə olunurlar.

    Download 423.5 Kb.
      1   2   3   4   5   6   7   8   9   10   11




    Download 423.5 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Kompüter şəbəkələrinin əsas anlayışları Kompüter şəbəkələri

    Download 423.5 Kb.