• Lokal şəbəkəyə qoşula biləcək kompüterlərin sayı əvvəlcədən məlum olduqda, verilənlərin mübadiləsinin idarəolunmasının istənilən mexanizmi zəmanətli şəkildə işləyə bilər.
  • Lokal şəbəkənin abunəçiləri kimi tək kompüterlər deyil, çap qurğusu, skaner, plotter kimi digər qurğular da çıxış edə bilərlər.
  • Lokal şəbəkələrdə daha çox informasiya yükü ilə işləmə imkanları, yəni mübadilə intensivliyinin böyük olması xüsusiyyəti də prinsipial məna daşıyır




    Download 423.5 Kb.
    bet3/11
    Sana20.05.2023
    Hajmi423.5 Kb.
    #62630
    1   2   3   4   5   6   7   8   9   10   11
    Bog'liq
    kompüter şəbəkələri

    Lokal şəbəkələrdə daha çox informasiya yükü ilə işləmə imkanları, yəni mübadilə intensivliyinin böyük olması xüsusiyyəti də prinsipial məna daşıyır. Əgər şəbəkədə istifadə olunan mübadilənin idarəolunması mexanizmi səmərəli deyilsə, onda kompüterlərarası ötürməni yerinə yetirmək üçün tranzaksiya növbəsində xeyli vaxt gözləmək lazım gələr.
    Lokal şəbəkəyə qoşula biləcək kompüterlərin sayı əvvəlcədən məlum olduqda, verilənlərin mübadiləsinin idarəolunmasının istənilən mexanizmi zəmanətli şəkildə işləyə bilər. Abunəçilərin sayının müəyyən həddən sonra çox olmasını qabaqcadan nəzərə almadıqda, istənilən işlək mexanizm, informasiya yükünün artması nəticəsində sıradan çıxa bilər.
    Beləliklə, lokal şəbəkələrin aşağıdakı fərqləndirici xüsusiyyətlərini xarakterizə etmək olar:
    yüksək ötürmə sürəti;
    ötürmə səhvlərinin səviyyəsinin aşağı olması;
    yüksək səviyyəli rabitə kanallarının olması;
    mübadilənin idarə olunmasının səmərəli, tez təsirli mexanizminin olması;
    şəbəkəyə qoşulan kompüterlərin sayının dəqiq təyin edilmiş və məhdud sayda olması zərurəti.
    Lokal şəbəkə ilə aşağıdakı müxtəlif rəqəmli (rəqəmsal) informasiyalar ötürülə bilər:
    verilənlər,
    təsvirlər,
    telefon danışıqları,
    elektron məktublar və s.
    Əksər hallarda, lokal şəbəkələr disk mühiti, çap qurğuları və qlobal şəbəkəyə çıxış kimi resursların bölünməsi üçün istifadə olunurlar. Bu resurslar müxtəlif növlu kompüterlərarası informasiya mübadiləsini yerinə yetirməyə imkan verir.
    Lokal şəbəkənin abunəçiləri kimi tək kompüterlər deyil, çap qurğusu, skaner, plotter kimi digər qurğular da çıxış edə bilərlər. Lokal şəbəkələr, şəbəkənin bütün kompüterlərində paralel hesablama sistemini təşkil etməyə imkan verir. Bu isə mürəkkəb riyazi məsələlərin həllini sürətləndirməyə imkan yaradır.
    Bütün bunlarla bərabər lokal şəbəkələrin bir sıra çatışmazlıqları da mövcuddur. Belə ki,
    keyfiyyətli avadanlıqların alınmasına çəkilən böyük xərclər,
    səmərəli şəbəkə proqram təminatlarının əldə olunması ilə bərabər mütəmadi olaraq dəyişdirilməsinə, yenilənməsinə çəkilən nəzərdə tutula bilinməyən xərclər,
    birləşdirici kabellərin çəkilməsi ilə əlaqədar izafi xərclər,
    hər dəfə yeni proqramların əldə olunması nəticəsində işçi heyətin öyrədilməsi ilə əlaqədar vaxt itkiləri, o cümlədən əlavə maddi xərclər
    şəbəkə təhlükəsizliyinin tam təmin olunması ilə əlaqədar ucu-bucağı görünməyən nəhayətsiz vaxt itkiləri və maddi xərclər və s.
    Eyni zamanda bütün bunlar tələb edir ki, lokal şəbəkə administratoru (inzibatçısı) adlanan mütəxəssis də professional tələblərə cavab versin, beynəlxalq miqyaslı yüksək ixtisaslı mütəxəssis olsun.

    Download 423.5 Kb.
    1   2   3   4   5   6   7   8   9   10   11




    Download 423.5 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Lokal şəbəkələrdə daha çox informasiya yükü ilə işləmə imkanları, yəni mübadilə intensivliyinin böyük olması xüsusiyyəti də prinsipial məna daşıyır

    Download 423.5 Kb.