• İxtiyari qlobal şəbəkəyə digər qlobal şəbəkələr, lokal şəbəkələr, həmçinin bilavasitə kompüterlər və ауrıса giriş-çıxış qurğuları qoşula bilər.
  • Şəhər şəbəkələri ( Metropolitan
  • Simsiz şəbəkə texnologiyaları
  • Şəbəkənin normal işini dəstəkləyən şirkətlər şəbəkənin operatoru adlanır




    Download 423.5 Kb.
    bet5/11
    Sana20.05.2023
    Hajmi423.5 Kb.
    #62630
    1   2   3   4   5   6   7   8   9   10   11
    Bog'liq
    kompüter şəbəkələri

    Şəbəkənin normal işini dəstəkləyən şirkətlər şəbəkənin operatoru adlanır.
    İnternet xidməti təklif edən şirkətə isə, adətən, provayder deyilir.
    Hal-hazırda bu xidmətlərin müxtəlifliyinə, kəmiyyətinə və keyfiyyətinə görə qlobal şəbəkələr uzun müddət bu sahədə liderlik edən lokal şəbəkələri ötüb keçmişdir.
    İxtiyari qlobal şəbəkəyə digər qlobal şəbəkələr, lokal şəbəkələr, həmçinin bilavasitə kompüterlər və ауrıса giriş-çıxış qurğuları qoşula bilər. Bu qurğular bir-birindən müəyyən məsafələrdə yerləşən printer, skaner, surət çıxaran, fakslardan, o cümlədən, kassalar, bank aparatlarından və terminallardan ibarət ola bilər.
    Şəhər şəbəkələri (Metropolitan Area Networks, MAN) – nisbətən az yayılmış şəbəkə növüdür.
    Bu şəbəkələrin yaradılmasına XXI əsrin əvvəlində daha çox önəm verilmişdir. Onlar böyük şəhərin ərazisinə xidmət etmək üçün nəzərdə tutulmuşdur.
    Şəhər şəbəkələri, lokal və qlobal şəbəkələr arasında aralıq yer tutur. Bu şəbəkələr şəhər miqyasında lokal şəbəkələrin bir-birinə birləşməsiqlobal şəbəkələrə qoşulması üçün nəzərdə tutulmuşdur. Əvvəllər bu şəbəkələr informasiyaların şəhər daxilində məhdud dairədə ötürülməsi üçün istifadə olunurdusa, hal-hazırda onlar videokonfrans, səs və elektron sənədlərin inteqrativ şəkildə ötürülməsini təşkil edən xidmətlər kimi dəstəklənir.

    Simsiz şəbəkə texnologiyaları
    İnformasiya texnologiyalarının bir növü də naqilsiz və ya simsiz (wireless) texnologiyalardır. Bu texnologiya informasiyanın bir-birindən müəyyən məsafədə yerləşmiş və aralarında naqilli bağlantı olmayan iki nöqtə arasında ötürülməsinə xidmət edir. İnformasiyanın ötürülməsi üçün radiodalğalardan, eləcə də infraqırmızı, optik və ya lazer şüalanmasından istifadə edilə bilər.
    Naqilsiz şəbəkələrdə iki iş rejimi nəzərdə tutulub: «ad hoc» və «infrastruktur». «Ad hoc» (latm dilindən tərcümədə «xüsusi olaraq bunun üçün», «bu hal üçün» deməkdir) rejimində kompüterlər heç bir ümumi qurğu olmadan bir-birinə bağlanır. "İnfrastruktur" rejimində kompüterlər arasında əlaqə erişim nöqtəsi (access point) adlanan xüsusi proqram-aparat qurğusu vasitəsilə həyata keçirilir. Erişim nöqtəsi toparlayıcıya (yaxud naqilli yönləndiriciyə) qoşulur və siqnalları göndərir. Bu yolla kompüterlər və başqa qurğular simsiz olaraq naqilli şəbəkəyə qoşulmaq imkanı əldə edir.wifi
    Simsiz şəbəkə texnologiyalarının ən məşhur və ən geniş yayılmış növü Wi-Fi standartı («Wireless Fidelity» — «naqilsiz dəqiqlik» sözlərinin qısaltması olub «vay-fay» kimi tələffüz olunur) və ya IEEE 802.11 standartıdır. Bu standartın aşağıdakı növləri vardır: 802.1 la, 802.1 lb, 802.1 lg, 802.1 İn və s. Bunlar bir-birindən tezlik diapazonuna və verilənlərin ötürülmə sürətinə görə fərqlənir. Mobil istifadəçilərin lokal şəbəkəyə və İnternetə simsiz bağlanması üçün, əsasən, bu texnologiyadan istifadə edilir. Wi-Fi texnologiyası 1998-ci ildə Avstraliyanın Kanberra şəhərində yerləşən CSIRO (Commonwealth Scientific and Industrial Research Organisation) radioastronomiya laboratoriyasında mühəndis Con O’Sallivan (John O’Sullivan) tərəfindən yaradılıb.
    Şəbəkə texnologiyaları
    Hazırda bir çox ictimai yerlərdə — hava limanlarında, mağazalarda, restoran və kafelərdə, istirahət yerlərində, eləcə də evlərdə İnternetə çıxışı olan simsiz lokal şəbəkələr fəaliyyət göstərir. Noutbukla və ya simsiz şəbəkə adapteri olan hər hansı başqa cihazla belə şəbəkələrin təsir zonasında olduqda çox asanlıqla həmin şəbəkələrə qoşulmaq mümkündür.
    Qeyd edildiyi kimi, bu gün evlərdə, mağazalarda, restoran və kafelərdə, hava limanlarında və başqa ictimai yerlərdə Wi-Fi şəbəkəsindən geniş istifadə olunur. Verilənlərin naqilsiz ötürülməsindən istifadə ilbəil həndəsi silsilə ilə artır, ancaq mümkün tezliklər diapazonu hüdudsuz deyil və getdikcə daha da az olur. Bu məqsədlə daha yüksək tezliklərdən istifadə edilir, ancaq bununla yanaşı, radiotezlik maneələri də artır. Gələcəkdə belə problemdən qaçmaq üçün 2011-ci ildə Li-Fi (Light Fidelity) texnologiyası ixtira olunub. Bu texnologiyada siqnalları daşımaq üçün radiotezliklərdən deyil, yüksək parlaqlıqlı işıq diodundan (LED) istifadə edilir. İşıq diodlar ani yanıb-sönür, çünki işıq diodunun işçi sürəti 1 mikrosaniyədən azdır. Bunu isə insan gözü hiss etmir, ona görə də insana elə gəlir ki, işıq daim işləyir. Bu gözəgörünməz yanıb-sönmələr verilənləri ötürmək üçün ikilik koddan istifadəyə imkan verir. Yanma məntiqi «1»-ə, sönmə isə məntiqi «0»-a uyğundur. Bu prinsip işıq diodunun yanıb-sönmə sürətini dəyişməklə verilənləri işıqla kodlaşdırmağa imkan verir. Li-Fi texnologiyasında verilənlərin ötürülmə sürəti 10 Mbit/san-dən yuxarı ola bilər.
    İşıq dalğaları divardan keçə bilmədiyindən bu texnologiyada əhatə dairəsi çox da böyük olmur. Simsiz şəbəkənin ən vacib xarakteristikalarından biri onun təsir məsafəsidir. Maksimal uzaqlıqdan artıq məsafədə yerləşən simsiz qurğular bir-biri ilə əlaqə yarada bilmir; məsələn, açıq sahədə olan Wi-Fi şəbəkələrində əksər qurğuların təsir məsafəsi təxminən 150 m (maksimum 300 m), qapalı yerdə isə 20-30 metrdir. Bu isə Wi-Fi şəbəkələrinin başlıca çatışmazlığıdır.
    Wi-Fi şəbəkələrinin bu problemini WiMAX (Worldwide Interoperability for Microwave Access) texnologiyası həll edir. Bu texnologiya iş stansiyaları və daşınabilir kompüterlərdən tutmuş mobil telefonlaradək geniş spektrli qurğular üçün böyük məsafələrə naqilsiz rabitəni təmin etmək məqsədilə yaradılmışdır.
    IEEE 802.16 standartına əsaslanır. Şəhər mühitində tikililər, ağaclar kimi maneələr, eləcə də hava şəraitindən asılı olmayaraq WiMAX verilənləri radio kanalı ilə ötürməyə imkan verir. Təsir məsafəsi 25-80 km, verilənlərin maksimal ötürülmə sürəti isə 75 Mbit/san qədərdir. WiMAX ötürücüləri provayderlər tərəfindən şəhərin müxtəlif rayonlarında quraşdırılır və onların əhatə dairəsində istifadəçilər bu texnologiyanı dəstəkləyən kompüter və ya mobil telefon vasitəsilə İnternetə qoşula bilərlər. İnternetlə yanaşı, WiMAX-dan yüksəkkeyfiyyətli səs və videorabitə üçün də istifadə olunur.
    Son zamanlar geniş yayılmış simsiz texnologiyalardan biri də Bluetooth texnologiyasıdır («blu-tuz” kimi tələffüz olunur). 1998-ci ildə işlənib-hazırlanmış bu texnologiya ayrı-ayrı qurğulara avtomatik olaraq „ad hoc“ rejimində lokal şəbəkələr yaratmağa imkan verir. Wi-Fi texnologiyasında olduğu kimi, Bluetooth-da da tezliyi 2.4 GHs olan radiosiqnallardan istifadə olunur, ancaq bu iki standart bir-biri ilə uyuşmur. Bluetooth-da elektrik sərfinin yetərincə aşağı olması bu texnologiyanın daşınabilir qurğularda — noutbuk, cib kompüteri, mobil telefon, rəqəmsal fotoaparatlarda tətbiqini şərtləndirir. Bundan başqa, qurğular arasında Bluetooth bağlantısını tənzimləmək üçün istifadəçinin hər hansı müdaxiləsinə, demək olar ki, ehtiyac qalmır. Digər tərəfdən bu texnologiyada ötürmə məsafəsi və buraxılış imkanı o qədər də böyük deyil — uyğun olaraq 10 metr və 400-700 Kbit/san-dir. Bu isə Bluetooth texnologiyasından lokal şəbəkələrdə istifadə imkanını kəskin məhdudlaşdırır.


    Download 423.5 Kb.
    1   2   3   4   5   6   7   8   9   10   11




    Download 423.5 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Şəbəkənin normal işini dəstəkləyən şirkətlər şəbəkənin operatoru adlanır

    Download 423.5 Kb.