• Şin topologiyalı şəbəkənin uzun­lu­ğunu artırmaq məqsədi ilə, adətən, bir neçə seq­mentdən istifadə olunur.
  • Şin topologiyasının kiçik lokal şəbəkələrdə istifadəsi məqsədəuyğundur. Ulduzvari topologiya.
  • Ulduz formasına malik olan şəbəkədə kompüterlərarası əlaqələr bir yerdə toplandığı üçün ulduzvari şəbəkənin mərkəzini nüvə və ya konsentrator adlandırırlar.
  • Ulduzvari topologiyanın şin topologiyasına nisbətən üstünlüyü – etibarlılığın yüksək olmasıdır.
  • Terminatorlar olmadan yaradılan şin topologiyalı kompüter şəbəkəsində, siqnal xəttin ucundan əks edilərək elə təhrif olunur ki, şəbəkə ilə əlaqə tamamilə mümkün olmur




    Download 423.5 Kb.
    bet8/11
    Sana20.05.2023
    Hajmi423.5 Kb.
    #62630
    1   2   3   4   5   6   7   8   9   10   11
    Bog'liq
    kompüter şəbəkələri

    Terminatorlar olmadan yaradılan şin topologiyalı kompüter şəbəkəsində, siqnal xəttin ucundan əks edilərək elə təhrif olunur ki, şəbəkə ilə əlaqə tamamilə mümkün olmur.
    Bu zaman kabelin qırılması və ya zədələnməsi nəticəsində rabitə xəttinin işi pozulur, və hətta bir-biri ilə əlaqədə olan kompüterlərarası verilənlər mübadiləsi də dayanır. Kabelin hər hansı bir nöqtəsində baş verən qısa qapanma nəticəsində bütün şəbəkə sıradan çıxır.

    Şin topologiyalı şəbəkənin uzun­lu­ğunu artırmaq məqsədi ilə, adətən, bir neçə seq­mentdən istifadə olunur.
    Hər bir seq­ment ayrıca bir şindir.
    Şəbəkə seqmentləri bir-biri ilə repiterlər və ya təkrarlayıcılar vasitəsi ilə birləşirlər.
    Şəkil 12.7.-də iki şəbəkə seqmentinin birləşməsi göstərilib. Lakin şəbəkənin uzunluğunun sonsuzluğa qədər artırılması mümkün deyil, belə ki, rabitə xətləri ilə siqnalların yayılması sürəti ilə əlaqəli məhdudiyyətlər mövcuddur.
    Şin topologiyasının kiçik lokal şəbəkələrdə istifadəsi məqsədəuyğundur.




    Ulduzvari topologiya. Kompüter şəbəkələrində bütün kompüterlər vahid mərkəzə (şəkil 12.5.) qoşulduqda ulduzvari topologiya istifadə olunur.
    Ulduz formasına malik olan şəbəkədə kompüterlərarası əlaqələr bir yerdə toplandığı üçün ulduzvari şəbəkənin mərkəzini nüvə və ya konsentrator adlandırırlar.
    Konsentrator ötürücü kompüterdən verilənləri qəbul edən və onları qəbulediciyə ötürən elektron qurğudan ibarətdir. Bir qayda olaraq, mərkəzi kompüter ən güclüdür və mübadilənin idarəolunması funksiyaları məhz onun boynuna düşür.
    Ulduzvari topologiyanın şin topologiyasına nisbətən üstünlüyü – etibarlılığın yüksək olmasıdır.
    Kabeldə olan nasazlıq ancaq bu kabelə qoşulan kompüterə təsir edir və təkcə konsentratorun nasazlığı şəbəkəni sıradan çıxarır. Təcrübədə ulduzvari şəbəkələr nadir hallarda simmetrik struktura (konsentrator bütün kompüterlərə nisbətən eyni məsafədə yerləşir) malik olurlar. Adətən, konsentrator ona qoşulmuş kompüterlərdən aralı yerləşir.

    Download 423.5 Kb.
    1   2   3   4   5   6   7   8   9   10   11




    Download 423.5 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Terminatorlar olmadan yaradılan şin topologiyalı kompüter şəbəkəsində, siqnal xəttin ucundan əks edilərək elə təhrif olunur ki, şəbəkə ilə əlaqə tamamilə mümkün olmur

    Download 423.5 Kb.