İstismar edilərək pozulmuş torpaqlarda meşə




Download 0.88 Mb.
Pdf ko'rish
bet19/23
Sana30.10.2022
Hajmi0.88 Mb.
#28548
1   ...   15   16   17   18   19   20   21   22   23
Bog'liq
Meşə meliorasiyası (Mühazirələr)

İstismar edilərək pozulmuş torpaqlarda meşə 
meliorasiya tədbirləri. 
Plan: 
1.Xətti tikililərin tikintisi və istismarı zamanı pozulmuş torpaqların 
rekultivasiyası. 
2.Relyefin formasına görə çirklənmiş torpaqların elementləri. 
Magistral boru kəməri, dəmir və avtomobil yolları, kanallar xətt 
tikintilərinə aid edilir. Bu qurğuların tikintisi ətraf mühitə kifayət qədər 
təsir edir. Landşaftın təbii elementlərini zədələyərək və ya dağıdaraq, 
eyni zamanda ətraf mühitin tarazlığını pozaraq xətt tikintiləri təbii 
landşafta mənfi təsir edir. Misal üçün meşələrin parçalanması 
(ayrılması), qrunt sularının hərəkət rejimlərinin pozulması, heyvanların 
miqrasiya yollarının, yaşayış yerlərinin dağıdılması, mikroiqlimin 
pozulması və s. göstərmək olar. Xətt tikintiləri apararkən adətən 
torpaqların pozulması xəndəklərin qazılması və torpağın tökülməsi yolu 
ilə baş verir.
Xətt qurğularının tikilməsində pozulmuş torpaqlar, çıxarılaraq toplanmış 
torpaq-qrunt kütləsi, xəndəklər, kuvetlər, tirəbənd və ya dambalar kimi 
xarakterizə edilir. Texnogen relyefin əmələgəlmə amillərinə tökmələrin 
qurulması üçün dağ suxurlarının çıxarılması, sututucu və 
sukənarlaşdırıcı qurğuların tikintisi, həmçinin hidro-texniki qurğuların 
tikintisi və xəndəkdən çıxarılan artıq həcmdə qruntun toplanması aiddir. 
Təcrübə göstərir ki, xətt qurğularının tikintisi zamanı çıxarılacaq torpaq-
qrunt kütləsi dərinliyi 5-10 m-ə çatır, düzəldilmiş yamacların yamaclıq 
əmsalı m=l, xəndək və kuvetlərdə - dərinlik 5 m-ə qədər, düzəldilmiş 
yamacların yamaclıq əmsalı m=2 və daha çox olur. 
Tirəbənd və dambalarda 15 m-ə qədər hündürlükdə yamaclıq əmsalı m= 
2 və daha çox olur. Xətt qurğularının tikintisi nəzərdə tutulmuş kənd 
təsənüfatı və meşə altında olan sahələrin rekultivasiya işlərin tikinti-
quraşdırma işlərinin kompleksinə aid edirlər ki, bunlar da torpağın 


məhsuldarlığının bərpa olunmasını təmin etməlidir. Ona görə də 
rekultivasiya işləri pozulmuş torpaqların gələcək istifadəsindən asılı 
olaraq müəyyənləşdirilməlidir. Su altında olan sahələr qoruq kimi su 
hövzələri şəklində və ya suvarma və balıqçılıq məqsədilə istifadə oluna 
bilər. Quru ərazilər otlaq və biçənək və ya meşə altında və çim qatı 
altında qoruq kimi; xəndək və kuvetlər - su hövzələri şəklində, quru 
xəndək və kuvetlər isə meşə və çim qatı altında istifadə oluna bilər. 
Tökmələrin xarici səthində ağacların və çim qatının əkilməsi 
mümkündür. 
Xətt qurğularının tikilməsində əvvəl məhsuldar torpaq qatı çıxarılır və 
müvəqqəti olaraq tikinti sahəsinin uzunluğu boyunca lay şəklində 
toplanılır. Tikinti qurtardıqdan sonra məhsuldar qrunt torpaqların 
rekultivasiyası məqsədilə istifadə olunur. 
Texniki mərhələdə magistral boru kəmərlərinin, nəqliyyat 
kommunikasiyalarının və kanalların tikintisindən sonra aşağıdakı işlər 
yerinə yetirilir: tikinti tullantıları götürülür, müvəqqəti qurğu və vasitələr 
sökülür, tikinti boyunca tikilmiş torpaq kənarlaşdırılır, xəndəyin 
doldurulması həyata keçirilir. 
Əlavə qrunt bərabər şəkildə rekultivasiya olunan sahədə paylanır və ya 
xüsusi ayrılmış yerlərə daşınır, tirəbəndlərin, tökmə və qazmaların 
yamacları hamarlanır, (bu məqsədlə avtoqreyder, ekskavator və digər 
tikinti və meliorativ maşınlardan istifadə edilir), çökəkliklər və oyuqlar. 
Qrunt qatı sahəyə verildikdə sonra ümumi hamarlama həyata keçirilir, 
eroziya prosesinin qarşısını almaq üçün tədbirlər həyata keçirilir, bütün 
rekultivasiya olunan əraziyə məhsuldar torpaq qatı verilir. 
Meşə sahələrindən keçən magistral boru kəmərlərinm tikintisindən sonra 
xəndək və oyuqlar doldurulur, ümumi hamarlama aparılır, tikinti 
tullantıları təmizləndikdən sonra ot əkinləri ilə çim qatı yaradılır. 
İstismar zamanı yaranan çətinliklər həmin ərazilərdə meşələşdirmə 
işlərinin aparılmasına imkan vermir. 
Yamac və xəndəklərin tikintidən sonra yaşıllaşdırılmasına aid 
nümunələr şəkil 2 və 3-də göstərilmişdir. 


Şəkil 2.Xəndəyin yamac boyunca yaşıllaşdırılma
1- yol örtüyü; 2 - ot əkini ilə çəmən salınmış zona; 3 - iri bitkilərin əkini
(hündür boylu ağaclar); 4 - əkinin yuxarı hissəsi (1-2 cərgə kol bitkiləri); 
5 -yamacın orta zonası (ağac və bir az da kol bitkiləri); 6 - əkmələrin 
aşağı hissəsi (3-5 cərgə kol və bir az da ağaclar).
Şəkil 3. Tökmalərin yamaclarının yaşıllaşdırılması.
1-yol örtüyü; 2-əkinin yuxarı hissəsi, (3-5 cərgə kol və bir qədər ağac); 3 
- orta zona (ağac və bir az da kol bitkiləri); 4 -aşağı zona (3-5 cərgə kol 


və bir qədər ağac); 5 - əkin; 6-yüksək boylu ağacların yamacın 
dağılmasının qarşısını almaq məqsədilə kənarlarda qrup halında əkilməsi.
Ot bitkilərinin əkinindən sonra torpağın və toxumların atmosfer 
yağıntıları ilə yuyulmasının qarşısını almaq məqsədilə onlarm üzəri 
parça materialla örtülməlidir. 



Download 0.88 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   23




Download 0.88 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İstismar edilərək pozulmuş torpaqlarda meşə

Download 0.88 Mb.
Pdf ko'rish