• Suvarma eroziyası
  • eroziyası,suvarma eroziyası və külək eroziyası




    Download 0.88 Mb.
    Pdf ko'rish
    bet16/23
    Sana30.10.2022
    Hajmi0.88 Mb.
    #28548
    1   ...   12   13   14   15   16   17   18   19   ...   23
    Bog'liq
    Meşə meliorasiyası (Mühazirələr)

    eroziyası,suvarma eroziyası və külək eroziyası.


    Səthi eroziya şiddətli su eroziyasının bir növüdür.Yamaclarda 
    yağmurlar düşdükdə əmələ gəlmiş səthi su axınları torpağı yuyub 
    apararaq müxtəlif ölçüdə şırımlar əmələ gətirir.Buna səbəb torpaq 
    səthinin kələ-kötür olmasıdır.Belə şırımlar nəticəsində su axını 
    böyüdükcə torpağın üst münbit qatını yuyub apararaq şırımları 
    genişləndirir.Bu şırımlar genişlənərək qobuların əmələ gəlməsinə səbəb 
    olur.
    Yamaclarda bitki örtüyü olmadıqda səthi su axınları birləşib relyefin 
    çökək hissələrini yuması nəticəsində eroziyanın digər növü olan 
    qobuları əmələ gətirir.Qobu relyefin müəyyən forması,iri şırım olub, 
    dik bəzən sıldırım yamaca malik olur.Qobuların uzunluğu bir neçə km 
    olub,bəzi sahələrdə 10 km,yamacların hündürlüyü 40-50 m-ə çatır.
    İrriqasiya eroziyası mailli sahələrdə suvarmanı normadan artıq və ya 
    selləmə üsulu ilə apardıqda əmələ gəlir.Suvarma eroziyası normal 
    eroziya kimi torpağın narın hissəciklərini yavaş-yavaş yuyub apardığı 
    üçün nəzərə çarpmır.Ancaq torpağın humus qatını yuyaraq,münbitliyi 
    itirir ki,bu da torpağın su-fiziki xassələrini pisləşdirir.
    Dağətəyi və aran rayolarında suvarılan sahələrdə su eroziyasının başqa 
    bir növü olan irriqasiya eroziyası yayılmışdır.Bunun nəticəsində 
    torpağın humus qatı pozulub dağılır və onun münbitliyi aşağı 
    düşür.Suvarma eroziyası,normal eroziya kimi, torpağın narın 
    hissəciklərini yavaş-yavaş yuyub apardığı üçün bir çox halda nəzərə 
    çarpmır.Bununda nəticəsində torpağın su-fiziki xassələri pisləşir,sahələr 
    şırımlarla örtülür.Mailli sahələrdə irriqasiya eroziyası suvarmanı 
    normadan artıq,suvarma texnikasına düzgün riayət etmədikdə,selləmə 
    üsulu ilə suvarma apardıqda əmələ gəlir.
    Suvarma normadan artıq olduqda suyun bir hissəsi torpağa hopur, qalan 
    hissəsi isə yamac uzunu axaraq torpağın narın münbit qatını yuyub 
    aparır.Yuyulub gətirilmiş torpaq sahənin aşağı hissəsində çökür,müxtəlif 
    qalınlıqda qaysaq əmələ gəlir.Nəticədə torpağın su-hava rejimi pisləşir.
    M.İ.İsmayılovun Şəmkir rayonunda apardığı tədqiqatlardan məlum 
    olurki bir istiqamətdə suvarılan sahələrdə eroziya prosesi nəticəsində 


    hektardan 23,8 ton torpaq yuyulur.İki istiqamətdə,yəni çarpaz 
    suvarmada isə yuyulan torpağın miqdarı iki dəfə azalır.
    Əkin sahələrində irriqasiya eroziyasının əmələ gəlməsinə suvarma 
    zamanı arxın daima eyni yerdən açılması böyük təsir göstərir.Suvarılan 
    torpaqlardan səmərəli istifadə edib yüksək məhsul əldə etmək üçün 
    irriqasiya eroziyasına mübarizə tədbirləri aparmaq lazımdır.

    Download 0.88 Mb.
    1   ...   12   13   14   15   16   17   18   19   ...   23




    Download 0.88 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    eroziyası,suvarma eroziyası və külək eroziyası

    Download 0.88 Mb.
    Pdf ko'rish