|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 avqust 2006-cı IL tarixli Sərəncamı ilə fəaliyyətini bərpa edəndən sonra ötən müddət ərzində “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti öz işinə Bakı sakinləri arasında ictimai rəy sorğusunun
|
bet | 5/17 | Sana | 15.03.2017 | Hajmi | 317,5 Kb. | | #162 |
Texniki şərtlərin verilməsində “Bir pəncərə” prinsipi tətbiq edilsin.
Xidmət rəislərinin və nəzarətçilərin vəzifə öhdəliklərini tənzimləyən təlimatlara səlahiyyətlərindən kənar fəaliyyətlə əlaqədar məsuliyyət daşıdıqları barədə əlavələr edilsin.
-
KONKRET HÜQUQPOZUNTULARI
| -
1. “Azəriqaz” İB-nin işçiləri tərəfindən yol verilən pozuntular
|
Mövcud vəziyyət
|
Analiz
|
Dövlət Statistika Komitəsinin məlumatına görə, hər il dəm qazından zəhərlənmə, boğulma, qaz partlayışından ölən və yaralananların sayı birinci yerdə dayanır.
Maraqlıdır ki, insanların dəm qazından hansı şəraitdə zəhərlənməsinə müvafiq qurumlar tərəfindən indiyə qədər aydınlıq gətirilməyib. Rəsmilər yalnız onu deyirlər ki, buna səbəb əhalinin qeyri-standart qızdırıcılardan istifadə etməsi və məsələyə məsuliyyətsiz yanaşmasıdır.
|
Mənzillərə verilən təbii qazın 4,5 % həcmində bir qapalı yerə yığılması partlayış üçün kifayət edir. Bu halda təsadüfi qığılcım böyük partlayışa səbəb ola bilər. Əhali üçün vacib olan digər məsələ müxtəlif qaz cihazlarının quraşdırılması ilə əlaqədar qoyulan tələblər barədə məlumatlandırılmasıdır. Cihazın quraşdırıldığı məkanın həcmi, hündürlüyü otaqda təbii işıq mənbəyinin olması, ventilyasiya kanallarının yaxşı işləməsi və s. kimi amillər nəzərə alınmalı və mütəmadi yoxlanılmalıdır. Natamam yanma nəticəsində karbon dioksid əvəzinə karbon monooksid (dəm qazı) ayrılır. Dəm qazının mənzilə yığılması nəticəsində isə insanın ağciyəri və sinir sistemi tədricən zəhərlənərək bihuşolmaya, ölümə gətirib çıxarır.
Kimyəvi adı metan olan CH4 qazı iysiz, dadsız və rəngsiz olur. Təbii qazın nəqli zamanı onun tərkibinə yay və qış mövsümləri nəzərə alınmaqla cüzi miqdarda odarant əlavə olunur. Məlumatlara görə, dəm qazından boğulma təhlükəsinin artması emal prosesinin düzgün aparılmaması ilə də bağlı ola bilər. Təbii qazın nəqli zamanı onun tərkibinə qatılan xüsusi maddə normadan artıq olduğu üçün o, öldürücü təsirə malik olur.
|
Mənzili isitmək üçün istifadə olunan xarici ölkələrdən idxal edilmiş qaz sobalarının üzərində tələb olunan qaz təzyiqi 180-200 mm civə sütunu göstərilir. Lakin paylayıcı şəbəkədə olan qazın təzyiqi xüsusən qış mövsümündə yetərli olmadığından həmin qızdırıcının normal işləməsi mümkün olmur. Vətəndaşlar da həmin qızdırıcıya müdaxilə edib, cihazların avtomatik iş rejimini pozur, onun qaz gələn deşiyini iynə ilə böyüdürlər. Nəticədə düzgün işləməyən qızdırıcılar evə dəm qazı buraxır, insan xəsarətlərinə və tələfata səbəb olur. Sonra da bildirilir ki, İran və ya Çin sobaları standartlara cavab vermir.
|
Qızdırıcını işlək vəziyyəti üçün tələb olunan təzyiqlə şəbəkədə olan qazın təzyiqi arasında uzlaşma olmalıdır. Buna görə paylayıcının yay və qış mövsümlərində rejimin gözlənilməsinə cavabdeh olan vəzifəli şəxslərin məsuliyyəti artırılmalıdır.
|
“Azəriqaz” İstehsalat Birliyindən KİV-ə verilən məlumata görə, smart-kart tipli sayğaclar ilk dəfə Naxçıvanda, daha sonra isə Gəncədə tətbiq olunub. İstehlakçılar kartlarını müəyyən məbləğdə ödəməklə istədikləri miqdarda təbii qazdan istifadə edə bilər. Bu sayğaclar təbii qaza görə problemsiz ödənişi təmin edir. Hazırda bu iş paytaxtda və regionlarda davam etdirilir. Bakının Xəzər, Nəsimi, Suraxanı rayonlarında, Sumqayıt şəhərində yeni sayğaclar quraşdırılır. Ümumiyyətlə, 2012-ci ilin sonunadək Bakı və Bakı ətrafı kəndlərinin bütünlüklə smart-kart tipli sayğaclarla təchiz edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu proses hələ də başa çatmayıb.
“Azəriqaz” İB-nin rəsmiləri yeni sayğacların heç bir problem yaratmadığını israr etsələr də, onlar əhali tərəfindən heç də birmənalı qarşılanmır. Rəyi öyrənilən vətəndaşların müəyyən qisminin sözlərinə görə, quraşdırılan smart-kart tipli sayğaclar əvvəlki sayğaclardan 15-20 faiz çox ödəniş yazır, digər abonentlərə isə həmin sayğaclardan istifadə qaydaları haqqında heç bir məlumat verilməyib, bu da onların haqlı narazılığına səbəb olur.
|
Smart-kart tipli sayğaclarının istifadə qaydaları ilə bağlı əhaliyə dolğun məlumat verilmir. Abonentlərin müəyyən hissəsi smart-kartları harada və necə doldurmalı, sayğaca necə yükləməli olduqları barədə məlumatsızdır. Sayğacın pasportunda bütün bunlar yazılsa da, təchizatçının borcudur ki, bütün məlumatları abonentə izah etsin.
Smart-kart tipli sayğacların düzgün tətbiqi ilk növbədə paylayıcının ödəniş faizi ilə əlaqədar çoxillik problemini həll edir. Bu nöqteyi nəzərdən “Azəriqaz” İB tərəfindən sayğac dəyişmə prosesinin ləngidilməsi səbəbləri anlaşılmazdır. Bu sayğacları quraşdırmadan öncə, 2009-cu ildə debitor qaz borclarının silinməsini nəzərdə tutan Prezident fərmanı ilə əlaqədar əhali ilə üzləşmə aparılmalı idi. İki tərəfin iştirakı ilə qarşılıqlı akt yazılmalı, borcun silinməsi orada öz əksini tapmalı idi. Çox təəssüf ki, belə aktlar tərtib olunmur, mübahisəli məsələlər hələ də qalır.
|
Hazırda Bakıda 12 qaz qəza xidməti fəaliyyət göstərir. Təbii qazdan istifadə zamanı yarana biləcək arzuolunmaz hadisələr barədə məlumatların qəbulu “104 – Qaynar xətti” tərəfindən həyata keçirilir.
“Azəriqaz” İB-də hesab edirlər ki, iki ciddi problem var ki, bunlar qaz qəza xidmətlərinin səmərəli fəaliyyətinə mane olur. Bunlardan biri şəhərdəki avtomobil tıxacları, ikincisi isə vətəndaşların təhlükəsizlik qaydalarına əməl etməməsidir. Qaz qəza xidmətləri də təcili tibbi yardım stansiyaları kimi işləyir. Necə ki, avtomobil tıxacları həkimin çağırış yerinə çatmasını əngəlləyir, qaz qəza xidməti də elədir. Ona görə də bəzi adamlar qəza xidməti əməkdaşlarını hadisə yerinə vaxtında çatmamaqda günahlandırır.
|
Son illər Bakıda və bölgələrdə qaz sızması nəticəsində tez-tez baş verən partlayış və yanğınlar onu göstərir ki, qaz qəza xidməti hələ də çağırışa vaxtında gəlmir, hadisəyə operativ müdaxilə edə bilmir. Qaz qəza xidmətinin əməkdaşları hadisə yerinə vaxtında gəlsələr, bir çox hallarda partlayışın qarşısını almaq mümkün olar. Qəza xidmətinin hadisə yerinə gəlməsi bəzi hallarda təxminən 1 saat çəkir. Bəzi ekspertlərin fikrincə, qaz qəza xidmətinin məxsusi texniki bazası yoxdur, mövcüd texniki baza müasir tələblərə cavab vermir, hətta xidmət əməkdaşlarının hadisə yerinə göndərilməsi üçün minik avtomobilləri, texniki qurğular və ehtiyat hissələri də çatışmır. Mövcud avadanlıqlar, o cümlədən qəza xidməti avtomobilləri isə sovet dövründən qalmadır. Avtomobil tıxaclarını bəhanə etmək yersizdir, çünki bu problemin də həlli yolları mövcuddur, məsələn qaz qəza xidməti əməkdaşlarını daha ensiz, kiçik həcmli avtonəqliyyat və yaxud motonəqliyyat vasitələrinə keçirməklə (FHN bu təcrübədən faydalanıb) hadisə yerinə daha operativ (10-15 dəqiqəyə kimi) müdaxilə etmək mümkündür.
|
Borcun hesabatı, sayğacın ekspertizası və ödənişlə əlaqədər olan sənədləşmədə şəffaflığın olmaması
|
Abonentlərə borcun hesabatı ilə əlaqədar sənədlər natamam şəkildə verilir, yəni sənədləşmə borc və aparılmış ödənişlərlə əlaqədar məlumatları qismən əhatə edir, hər hansı bir dövrlə (yarımillik) məhdudlaşır. Sayğacın ekspertizası ilə əlaqədar aktlar təqdim olunmur.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Beləliklə, qanunun bu tələbi pozularaq təchizatçının istehlakçıya borcu və istehlakçının aparmış olduğu ödənişlər barədə dolğun məlumat verilmir. Yəni istehlakçıda özünün kredit tarixi barədə təfsilatı ilə məlumatı olmur. Belə vəziyyət əsas borcun əlavə ödənişlə əlaqədər sənədləşməsində şəffaflığın olmamasına səbəb olur.
|
Qaz təchizatı idarələri tərəfindən xidmətin təhlükəsizliyinin təmin olunmaması
|
Qaz təchizatı sahəsində yaranan fasilələr istehlakçılar üçün birbaşa təhlükə yaradır. Qazın fasiləsiz təchizatı təmin olunmur. Həmçinin, qaz təchizatı təzyiq sıçrayışları ilə müşahidə olunur. Bu iki amil qaz təchizatının təhlükəsizliyinə mənfi təsir göstərir.
|
Borc bildirişlərinin hər ay təqdim edilməməsi
|
Qaydaların 2 №-li Əlavəsinin 2.1.7-ci maddəsinə əsasən, İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay İstehlakçıya hesab təqdim etmək (göndərmək) Paylayıcının vəzifəsidir.
Həmçinin, Qaydaların 5.2-ci maddəsinə əsasən, Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).
Göründüyü kimi, Qaydaların bu müddəaları qaz nəzarətçiləri tərəfindən kobud şəkildə pozulur.
Qaz nəzarətçiləri müvafiq ölçü cihazları ilə təchiz olunmur, onlar sayğacın göstəricilərini dəftərə yazıb aparıb verirlər Kommersiya Şöbəsinə, orada həmin göstəricilər kompüterə işlənilir, sonra borc bildirişləri çap olunur və nəzarətçilər onları evlərə paylayırlar. İşin bu cür təşkili müasir standartlara cavab vermir, bu səbəbdən bildirişlər hər ay təqdim olunmur. Bu problem şəhərin mərkəzində qismən aradan qaldırılsa da, mərkəzdən kənarda hələ də mövcuddur.
|
Sorğulara (ərizə və şikayətlərə ) ya cavab verilməməsi, ya da natamam cavab verilməsi
|
“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanununun 1-ci maddəsinə əsasən, hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
Bundan başqa, həmin qanunun 7-ci maddəsinə əsasən, müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Yəni vətəndaşa əsaslandırılmamış, natamam cavab verildikdə müraciət baxılmış hesab oluna bilməz. Göründüyü ki, burada “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanununun 1 və 7-ci maddələrinin tələbləri kobud şəkildə pozulur.
|
İstehlakçılardan enerji haqqının mənzillərdə yığılması hallarının mövcudluğu
|
Qaydaların 5.3-cü maddəsinə əsasən, istifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Qaydaların bu tələbi də kobud şəkildə pozulur.
Belə neqativ hallar müəyyən qədər azalsa da, hələ mövcuddur. Bəzi hallarda bu məsələyə istehlakçıların özü laqeyd münasibət bəsləyir, bundan başqa, nəzarətçiləri çoxdan tanıdıqlarına görə onlara etibar edirlər ki, bu da enerji haqqlarının yerində bilavasitə nəzarətçiyə ödənilməsinə yol açır.
|
Qaz təchizatçısı istehlakçını sayğacla ödənişli təmin edir
|
Qaydaların 4.2-ci maddəsinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilir. Lakin Qaydaların bu tələbinə məhəl qoyulmur, sayğac quraşdırılarkən əhalidən bəzi hallarda pul tələb edilir.
|
Sayğac göstəricilətinin kompüter qeydiyyatına alınarkən faktik göstəricilərdən artıq şəkildə qeydə alınması
|
Qaydaların 2 №-li Əlavəsinin 3.3-cü maddəsinə əsasən, Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır. Bu cür hallar baş verdikdə 2 №-li Əlavənin 3.3-cü maddənin tələbləri kobud şəkildə pozulur.
|
Sayğac ekspertizası ilə əlaqədar problemlər
|
Sayğacların ekspertizası “Azəriqaz” İB-nin tabeliyində olan laboratoriya tərəfindən keçirilir ki, bu da ekspertizanın obyektiv keçirilməsini böyük şübhə altına alır.
|
Mənzillər üzrə qaz sayğaclarına müdaxilələrə görə təchizatçının vəzifəli şəxsləri tərəfindən məişət abonentlərinin günahlandırılması, hətta sayğaca həmin əməkdaşlar tərəfindən qərəzli müdaxilə və həqiqətə uyğun olmayan qusur aktların qərəzli tərtibatı
|
Qaydaların 4.8-ci maddəsinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Buna baxmayaraq, bəzi nəzarətçilər bu cür sayğaclara edilmiş müdaxilələrdə belə hallarda heç bir məsuliyyət daşımayan məişət abonentlərini qərəzli günahlandırır və əsassız olaraq müvafiq aktlar tərtib edirlər.
|
Bilavasitə istehlakçılarla təmasda olan nəzarətçi mühəndislərin öz vəzifə səlahiyyətlərindən sui istifadə etmə halları.
|
Nəzarətçilərin vəzifəsindən sui-istifadə etmə halları müxtəlif şəkildə baş verir. Nəzarətçilər zaman-zaman ifşa olunub ya işdən kənarlaşdırılır, ya da cinayət məsuliyyətinə cəlb olunmaları üçün materiallar prokurorluq orqanlarına göndərilir.
|
Məhkəmə qətnamələrinin icra edilməməsi
|
“Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş məhkəmələrin qərarları Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Göründüyü ki, burada “Məhkəmələr və hakimlər haqqında” Qanununun 5-ci maddəsinin tələbləri kobud şəkildə pozulur.
|
Təchizatçı tərəfindən müqavilə şərtlərinin pozulması
|
|
TÖVSIYƏ
-
Tövsiyə olunur ki, “Azəriqaz” İB Smart-kart tipli sayğacların quraşdırılmasını sürətləndirsin və bu zaman əhalinin maarifləndirilməsi məsələsinə xüsusi diqqət yetirsin.
-
Tövsiyə olunur ki, “Azəriqaz” İB-nin nəzdində fəaliyyət göstərər Qaz qəza xidmətlərinin fəaliyyəti müasir standartlara cavab verəcək şəkildə yenidən təşkil olunsun, maddi-texniki təchizatı yaxşılaşdırılsın,
-
Tövsiyə olunur ki, qaz təchizatı sahəsində göstərilən xidmətin keyfiyyət və təhlükəsizlik səviyyəsi artırılsın, bütün təhlükəsizlik tədbirləri “Azəriqaz” İB tərəfindən həyata keçirilsin,
-
Tövsiyə olunur ki, qaz təchizatı işçilərinin Etik Davranış Kodeksi qəbul edilsin,
-
Tövsiyə olunur ki, “Azəriqaz” İB-nin əhali qrupuna aid istehlakçılara göstərilən xidmətlər sahəsində inhisarına son qoyulsun, bu sahədə yeni qaz təchizatı müəssisələri (iki-üç) yaradılsın ki, bu sahədə sağlam rəqabət olsun və bu da son nəticədə əhaliyə göstərilən xidmətin keyfiyyətinə müsbət təsir etsin.
| -
|
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 avqust 2006-cı IL tarixli Sərəncamı ilə fəaliyyətini bərpa edəndən sonra ötən müddət ərzində “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti öz işinə Bakı sakinləri arasında ictimai rəy sorğusunun
|