|
Dişli çarxlar üçün materiallar və pəstahlar
|
bet | 30/33 | Sana | 27.12.2023 | Hajmi | 1,26 Mb. | | #128586 |
Bog'liq C fakepathMühazir Dişli çarxlar üçün materiallar və pəstahlar
Müxtəlif konstruksiyalarda və seriyalı istehsalında dişli çarxların pəstahları aşağıdakı növlərə ayırır:
yayma (üstdiyirləmə) üsulu ilə pəstah;
döymə çəkiclərdə sərbəst döymə yolu ilə hazırlanmış döymə (döyülmüş metal parçası);
çəkic və ya presslərlə hazırlanmış alt ştamplarda ştamplanmış pəstah;
çəkic, press və üfüqi-döymə maşınlarla hazırlanmış və bərkidilmiş ştamplarda ştamplanmış pəstah.
Çəkiclərdə sərbəst döymə yolu ilə alınan pəstahlar konfiqurasiya üzrə hazır detalın formasına uyğun gəlmir, lakin metalın strukturu döymə nəticəsində mişarla, çubuqdan kəsilmiş pəstahla müqayisədə yaxşılaşır.
Bağlı ştamplarda pəstahların ştamplaması bir sıra üstünlüklərə malikdir: tilişkə olmadığına görə metalın istehlakı azalır, pəstahın forması hazır detalın formasına uyğun gəlir, maya dəyəri azalır, metalın qənaəti 10%-dən 30%-ə qədər təşkil edir. Bununla belə, ştampların istehlakında artım müşahidə olunur. Preslərdə ştamplama çəkiclərdə ştamplama ilə müqayisədə daha böyük üstünlüyə malikdir: dəqiq ştamplama pəstahı əldə edilir, artırma payı və buraxma payı 30% azdır, pəstah konfiqurasiya üzrə hazır detalın formasına uyğun gəlir. Preslərdə deşiyi, deşik açan alətlə ştamplamaq olar. Üfüqi-döymə dəzgahlarında dişli çarxların quyruq və ya deşik ilə pəstahları ştamplama üsulu ilə hazırlanır.
Əsas bazalanma sxemləri
Əsas səthlərin seçimi dişli çarxların konstruktiv formalarından və texniki tələblərdən asılıdır.
Mərkəzi baza deşiyinin kifayət qədər uzunluğu ilə (L/D>1) topu olan çarxlarda (birtaclı və çoxtaclı) texnoloji bazalar kimi aşağıdakılar istifadə olunur: deşiyin ikiqat yönəldici səthi və ox istiqamətində dayaq bazası tirin səthi. Disk tipli birtaclı çarxlarında (L/D<1) deşiyin səthinin uzunluğu ikiqat yönəldici baza yaratmaq üçün kifayət deyil. Buna görə deşiyin və tirin emalından sonra sonrakı əməliyyatlar üçün quraşdırma bazası tirdir, amma deşiyin səthi ikiqat dayaq bazasıdır. Dişli çarxların vallarında texnoloji baza kimi, adətən, mərkəzi deşiklərin səthləri istifadə olunur.
İlk əməliyyatlarda emal olunmamış xarici “qara” səthlər kobud texnoloji bazalardır. Deşiyin və tirin emalından sonra onlar əməliyyatların əksəriyyətində texnoloji bazası kimi qəbul edilir. Deşiklərin və tirlərin (texnoloji bazaların düzəldilməsi) cilalanmasında möhkəmlədici termoemaldan sonra dişlərin kəsilməsi ilə çarxlar ilkin dairənin və oturma deşiyin ən böyük oxluğunu təmin etmək üçün dişlərin evolvent yan səthi üzrə yerləşdirilir. Çarxın fırlanma səthlərinin ən yaxşı konsentrikliyini təmin etmək üçün aşağıdakı bazalanma variantları istifadə olunur.
Torna dəzgahlarında ştamplanmış və tökmə pəstahların emalı zamanı bir rejimdə pəstahı çarx topunun qara səthindən və ya çənbərin daxili qara səthindən patronun yumrucuqlarında bərkidirlər. İki rejimdə emal zamanı pəstah əvvəlcə çənbərin qara səthinə bərkidirlər və deşiyi emal edirlər, ikinci rejimdə isə pəstahları düzəltmək üçün çənbərin səthini və çarxın başqa səthlərini emal edirlər.
|
| |