|
Valların materialları və pəstahları
|
bet | 32/33 | Sana | 27.12.2023 | Hajmi | 1,26 Mb. | | #128586 |
Bog'liq C fakepathMühazir Valların materialları və pəstahları
Valları əsasən, konstruktiv və legirlənmiş poladlardan hazırlayırlar, hansılara ki, yüksək möhkəmliyə, yaxşı emal qabiliyyətinə, gərginliklərin konsentrasiyasına kiçik həssaslığına, həmçinin yeyilməyədavamlılığına dair tələblər təqdim edilir. Bu tələblərə müəyyən dərəcədə, 35, 40, 45, 40Г, 40ХН və s. polad markaları aiddir. Nadir hallarda vallar çuqundan hazırlanır. Valların istehsalı üçün texniki tələblərdə, hər şeydən əvvəl, materialın bərkliyi və ya uyğun olan termik emal prosesinin zərurəti göstərilir. Əgər bərkliyin qiyməti НВ 200...230-dan çox deyilsə, onda pəstahlar normallaşdırılır, tablanır və ya termiki emal edilmir. Valların yeyilməyədavamlılığını artırmaq üçün onların işçi səthlərinin bərkliyini artırmaq lazımdır. Çox vaxt bu HRС 48...55 bərkliyini təmin edən YTC-lə (yüksək tezlikli cərayənlar) əthli tablama prosesi ilə əldə edilir.
Azkarbonlu polad markalarından hazırlanan valların səthləri 0,7...1,5 mm dərinliyə qədər sonrakı tablama və tabəksiltmə ilə sementitləmə prosesinə uğradılır. Bu yolla, HRC 55...60 bərkliyi əldə edilir. Valların mexaniki emalının məhsuldarlığı pəstahın növündən, onun materialından, ölçüsündən və konfiqurasiyasından, həmçinin istehsalın xarakterindən asılıdır. Pəstahlar isti yayılmış və ya soyuq çəkilmiş normal çubuqların kəsilməsi ilə alınır və birbaşa mexaniki emala uğradılır.
Dairəvi en kəsikli ştamplama maşınqayırma zavodlarına çoxmetrli çubuqlar şəklində verilir, onlardan pəstah sexlərində pəstahlar lazımi uzunluqda kəsilir. Ən çox göstərilən tələblərə dairəvi kəsici mişar dəzgahları aiddir, bu dəzgahlar seriyalı və kütləvi istehsalda tətbiq edilir. Onlarda kəsici alət kimi mişar disklər istifadə edilir, bu disklər tezkəsən poladdan olan seqmentlərlə təchiz edilir. Belə disklə diametri 240 mm-ə qədər olan yayma və ya kiçik diametrli çubuqlar paketini kəsmək olar. Kəsilməsindən sonra pəstahların yan hissələri Rа=25 mkm kələ-kötürlüyə malikdir.
Kiçik seriyalı və fərdi istehsallarda çox sadə, amma daha az məhsuldarlı kəsici bıçqı dəzgahlar istifadə edilir. Nazik bıçqı parçaları dar mişarlama yeri verir, amma kiçik sərtliyinə görə pəstahların yanlarının yüksək perpendikulyarlığını təmin etmir. Yüksək bərkli poladlardan, tablanmış poladlardan hazırlanmış çubuqların və bakelit (fenolun formalin ilə birləşməsindən alınan süni qatran) və ya vulkanik bitişdiricilərdə nazik 3...6 mm qalınlığı olan abraziv dairələrlə təchiz edilmiş boruların kəsilməsi, abraziv-kəsici dəzgahlarda ən effektiv hesab edilir.
80 m/san qədər gətirilən yüksək fırlanma sürətin sayəsində dairələr Rа = 3,1...6,3 mkm kələ-kötürlüyü ilə bərabər kəsik əmələ gətirərək çubuğu tez kəsir. Yanları yandırmamaq üçün kəsmə zonası soyudan maye ilə bol-bol sulanır. Sadalanan digər metodları ilə müqaysədə kəsmə metodlar daha nadir hallarda tətbiq edilir. Onlara aiddir: torna-kəsici dəzgahlarda doğrama, kəskilərlə frezer dəzgahlarda yarıq frezlərlə kəsilmə, friksion mişarlarla kəsilmə.
Friksion mişar nazik polad diski təşkil edir, hansına ki, 100 m/s-dən çox fırlanma sürəti verilir. Pəstah ilə təmas nöqtəsində sürtünmə nəticəsində ayrılan istilik çubuğun metalını əridir, bu da prosesin yüksək məhsuldarlığını təmin edir. Ancaq pəstahların yanlarının ərinməsi onların keyfiyyətini aşağı salır. Presslərdə çubuqların çapması və qayçılarla kəsilməsi ən məhsuldar metodlara aiddir. Belə metodların əhəmiyyətli çatışmazlığı pəstahların uclarının əzilməsidir, bu çatışmazlıq belə metodların tətbiq edilməsini məhdudlaşdırır. Maşınqayırma zavodlarına ştamplama düzxətli oxdan gözə çarpan sapmalarla daxil olur. Əyriliyi aradan qaldırmaq üçün çubuqlar kəsilmədən əvvəl düzəldilir (şək.7.15). Bu məqsədlə düzgün kalibrləmə maşınlarından istifadə olunur. Doğranmış pəstahlar emal prosesdən əvvəl, bəzən də sonrakı emal prosesində düzəltdirlər. Adətən belə düzəltmə prosesi presslərdə aparılır.
Şəkil 7.15. Dəzgahın düzgün-düzəldici qurğusunun
sxemi: 1 – çubuq, 2 – diyircək.
Belə növün pəstahları əsasən kiçik seriyalı və fərdi istehsalda, həmçinin pillələrin az miqdarına və onların diametrlərinin əhəmiyyətsiz düşgülərinə malik olan valların istehsalında istifadə edilir.
Daha böyük istehsal miqyasa malik olan istehsalatda, eləcə də diametr üzrə əhəmiyyətli dərəcədə fərqlənən çox sayda pilləli daha mürəkkəb konfiqurasiyalı valların istehsalında plastik deformasiya metodu ilə pəstahların hazırlanması məqsədəuyğundur. Bu metodlar (döymə, ştamplama, dövri yayma, rotasion-döymə maşınlarında sıxılma, elektrik köçürmə) hazır detala (şək. 7.16) ən yaxın olan forma və ölçüdə pəstahlar əldə etməyə imkan verir, bu da mexaniki emalın məhsuldarlığını əhəmiyyətli dərəcədə artırır və məmulatın metal həcmini azaldır. Hər bir halda pəstahın alınmasının ən rasional üsulunun seçilməsi texniki və iqtisadi məqsədə uyğunluq nəzərə alınmaqla kompleks şəkildə müəyyən edilir.
İstehsal miqyasının artması ilə metalların istifadə səmərəliliyi və emalın əmək həcminin azalması xüsusi əhəmiyyət kəsb edir. Buna görə də, iri seriyalı və kütləvi istehsalda metallardan istifadə əmsalı 0,7-dən və daha yüksək, bəzi hallarda isə 0,95 qədər olan (metalın kütləsinin metal istehlak normasına nisbəti) pəstahların alınması üsulları üstünlük təşkil edir. Borulardan içiboş valların hazırlanması məqsədəuyğundur.
Şəkil 7.16. Müxtəlif metodlarla alınan pəstahlar:
a) ştamplarda ştamplama metodu ilə; b) üfüqi-döymə
maşında ştamplama metodu ilə; c) eninə vintvari yayma ilə
|
| |