|
MÜHAZİRƏ 15
Valların hazırlanma texnologiyası
|
bet | 31/33 | Sana | 27.12.2023 | Hajmi | 1,26 Mb. | | #128586 |
Bog'liq C fakepathMühazir MÜHAZİRƏ 15
Valların hazırlanma texnologiyası
Maşınqayırma texnologiyasında “vallar” anlayışına daxildir: valların özləri, oxlar, barmaqlar, pistonqolu, ştoklar və diametrdən əhəmiyyətli üstünlük təşkil edən uzunluğu ilə xarici fırlanma səthlərindən yaranan başqa oxşar maşın hissələri. Valların konstruktiv müxtəlifliyi silindrik, konusvari, həmçinin dişli (şlisli), yivli səthlərinin fərqli birləşməsi ilə yaranır. Vallar işgil yarıqlarına, lıskalara (lıska oxa paralel yerləşən silindrik, konusvari və ya sferik detalın səthindən yastı bir kəsikdir), oxlu və radial deşiklərə malik ola bilər. Texnoloji məsələlər tövsiyələrə uyğun olaraq tərtib edilir və onun bütün parametrləri üzrə detalın düzgünlüyünə dair tələbləri əhatə edir.
Ölçülərin dəqiqliyi. Valların dəqiq səthləri, adətən, onun dayaq boyuncuqlarıdır, burulma momenti ötürən detalların altında olan səthləridir. Adətən onlar 67 kvalitetlər üzrə hazırlanır.
Formanın dəqiqliyi. Diyirlənmə yastıqların altında dayaq boyuncuqların uzununa və eninə kəsiklərində dəqiq şəklində forma tənzimlənir. Uzununa kəsikdə yastığın növündən və dəqiqlik sinfindən asılı olaraq girdəliliyi və profili üzrə bir diametr üçün sapmalar 0,25...0,5 müsaidədən çox olmamalıdır. Səthlərin qarşılıqlı yerləşməsinin dəqiqliyi. Valların əksəriyyəti üçün əsasən işçi səthlərin bir oxluluğun və həmçinin baza səthlərin işçi yan hissələrinin perpendikulyarlığının təmin edilməsidir. Adətən, bu kəmiyyətlər V–VII dəqiqlik dərəcə üzrə seçilir. Səthli qatın keyfiyyəti. Baza səthlərinin kələ-kötürlüyü, adətən, Rа = 3,2...0,4 mkm, işçi yan hissələrinin Rа = 3,2...1,6 mkm, digər uyğun olmayan səthlərinin isə Rа = 12,5...6,3 mkm.
Vallar termoemal olunmuş və xammal ola bilər. Valların konstruktiv təyinatından asılı olaraq səthi qatların bərkliyi, termoemalın üsulu çox müxtəlif ola bilər. Əgər bərkliyin qiyməti HB 200...230 çox deyilsə, onda pəstahlar normallaşdırılmaya, tabalmaya uğradılır, ya da termiki emal olunmur.
Valların yeyilməyədavamlılığını artırmaq üçün işçi səthlərin bərkliyini artırırlar. Çox vaxt bu НRС 48...55 bərkliyi təmin edən yüksək tezlikli cərəyanlarla səthi tablama prosesi ilə əldə edilir. Azkarbonlu polad markalarından hazırlanan valların səthlərini 0,7...1,5 mm dərinliyə qədər sementitləməyə uğradırlar, sonradan tabəksiltmə və tablama prosesləri aparılır. Bu üsulla HRC 55...60 bərkliyinə nail olmaq olar.
Məsələn, şəkil 7.14-də göstərilən val üçün texnoloji tapşırıqlar aşağıdakı kimi tərtib edilmişdir.
əsas səthlərin ölçülərinin dəqiqliyi 6–8 kvalitetlərin
daxilindədir, amma göstərilməmiş sapmalarla ölçülər isə 14-cü kvalitetə uyğun hazırlanır;
formanın dəqiqliyi dayaq boyuncuqları üçün uzununa
kəsiyində girdəliliyi və profili üzrə müsaidələrlə tənzimlənir – 0,006 mm, amma qalan səthlərində isə formanın xətaları müvafiq olan ölçüsünə görə (məsələn, normal həndəsi dəqiqlik üçün müsaidə sahəsindən 60%) müsaidə sahəsinin müəyyən hissəsindən çox olmamalıdır;
qarşılıqlı yerləşmə dəqiqliyi bazaya görə radial və yan
hissələrin döyüntülərinin (0,02 və 0,016 mm müvafiq olaraq) müsaidələri ilə müəyyən edilir;
birləşmiş silindrik səthlərin kələ-kötürlüyü Rа=0,8
mkm qiymətləri ilə, amma yan sətlıərin Rа=1,6 mkm ilə, birləşməmiş səthlərin kələ-kötürlüyü isə Rа = 6,3 mkm ilə məhdudlaşır, şlisli sahə yüksək tezlikli cərəyanlarla termoemala uğradılır НRС 50...55.
Valların texnolojiliyinə dair bəzi tələblər və onların texnolojiliyinə qoyulan bəzi xüsusi tələblər.
Pilləli valların diametrlərinin düşgüsü minimal
olmalıdır. Bu, onların istehsalında mexaniki emalın həcmini azaldır və metal tullantılarını azaldır. Bu səbəbdən, qanovcuqları və yay halqaları olan valların konstruksiyası burtaları (burt valda halqavari çıxıntı) olan valın konstruksiyasından daha da texnolojidir.
Valların pillələrinin uzunluğunu bərabər və ya qısa
pillənin tam uzunluğu ilə layihələndirmək tövsiyyə edilir, əgər valların torna emalı çoxkəskili torna dəzgahlarında aparılırsa, belə konstruksiya kəskilərin quraşdırılmasını sadələşdirməyə və onların boş yerdəyişmələrini azaltmağa imkan verir.
Alətin çıxışı üçün açıq və ya bağlı qanovcuqlarla
valların şlisli və yivli sahələrin layihələndirilməsi məqsədəuyğundur. Valda qanovcuqların eni eyni olmalıdır, bu da onları bir kəsici ilə kəsməyə imkan verir.
Vallar mərkəzi deşiklərə malik olmalıdır. Mərkəzi
deşiklərin yolverilməzliyi haqqında texniki tələblərdə qeydi valın texnolojiliyini kəskin şəkildə azaldır. Belə hallarda, emalın sonunda kəsilən müvəqqəti mərkəzlərini göstərmək üçün pəstahı uzatmaq lazımdır.
Şəkil 7.14. Valın eskizi
|
| |