Mühazirə mətnləri GƏNCƏ 2012 Ekoloji proseslərdə elektrik ölçmələri haqqında ümumi məlumat




Download 323.54 Kb.
bet2/20
Sana24.03.2017
Hajmi323.54 Kb.
#1318
TuriMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
Statistik xarakteristika.

Cihaz sabiti və həssaslıq həddi

Metroloji xarakteristikalar ölçmə vasitələrinin seçilməsi və ölçmə nəticələrinin dəqiqliyinin qiymətləndirilməsi üçündür.

Ölçmə nəticələrinin əsas metroloji xarakteristikalarından biri xətadır. Mühüm metroloji xarakteristikalardan biri cihazın (çeviricisinin) göstərişlərinin (çıxış siqnalının) variasiyasıdır. Ölçmə diapazonunun müəyyən nöqtəsinə yaxınlaşma prosesində cihazın (çeviricinin) giriş kəmiyyətinin eyni bir həqiqi qiymətinə uyğun olan göstərişləri (çıxış siqnalının qiymətləri) arasındakı fərq variasiya adlanır.

Metroloji xarakteristikalara ölçmə vasitələrinin dinamik xarakteristikaları (ətalətlilik xassələri xarakteristikaları) aiddir. Bunlar həm tam, həm də xüsusi dinamik xarakteristikalara bölünürlər. Tam xarakteristikalara diferensial tənlik, impuls xarakteristikası, keçid xarakteristikası, ötürmə funksiyası, amplituda və faza-tezlik xarakteristikaları cəmi (toplusu) aiddir.

Xüsusi dinamik xarakteristikalara tam dinamik xarakteristikaların ölçmə vasitələrinin dinamik xassələrini tam əks etdirməyən ayrı-ayrı parametrləri aiddir.

Göstərişlərin qərarlaşma müddəti xüsusi dinamik xarakteristikalardır. Hərəkət edən hissəsi olan cihazların əksəriyyəti üçün göstərişlərin qərarlaşma müddəti ən çox 4 san. olur.

Ölçmə vasitələrinin metroloji xarakteristikalarına giriş və çıxış müqavimətləri də aiddir. Giriş müqavimətinin böyük, çıxış müqavimətinin kiçik olması arzu olunandır.

Ölçülən x kəmiyyətinə elektrik ölçmə cihazının həssaslığı (S) əqrəbin (və ya göstəricinin) yerdəyişməsindən həmin kəmiyyətə görə alınmış törəməyə deyilir.



(1)

burada α - əqrəbin yerdəyişmə bucağıdır.

Əgər F(x) sabitdirsə, yəni cihazın şkalası müntəzəmdirsə, onda həssaslıq əqrəbin yerdəyişməsinin ölçülən kəmiyyətim dəyişməsinə olan nisbətinə və ya əqrəbin tam yerdəyişməsinin ölçülən kəmiyyətin ən böyük qiymətinə olan nisbətinə bərabərdir. Həssaslığın tərs qiymətinə cihazın sabiti deyilir.

(2)

Əgər cihazın həssaslığı sabit deyilsə, onda belə cihaz üçün ölçmə diapazonu adlanan ölçülən kəmiyyətin qiymətlərinin müəyyən sahəsində buraxıla bilən xəta normalaşdırıla bilər.

Cihazın göstərişini hiss edilə bilən qədər dəyişdirən giriş kəmiyyətinin ən kiçik qiymətinə həssaslıq həddi deyilir.

Çeviricinin çevirmə əmsalı onun çıxışındakı siqnalın dəyişməsinin girişindəki siqnalın dəyişməsinə nisbətinə deyilir.

Ölçmə vasitələrinin əsas xarakteristikalarından biri onların etibarlılığıdır. Bu verilmiş xarakteristikanı müəyyən iş şəraitində verilmiş zaman ərzində saxlama qabiliyyətidir. Ölçmə vasitələrinin xarakteristikalarına həmçinin onun işçi rejimə qərarlaşma müddəti, elektriki davamlılığı, izolyasiya müqaviməti, mexaniki təsirlərə (vibrasiya və zərbəyə) dayanıqlığı və s. aiddir.



Download 323.54 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   20




Download 323.54 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mühazirə mətnləri GƏNCƏ 2012 Ekoloji proseslərdə elektrik ölçmələri haqqında ümumi məlumat

Download 323.54 Kb.