ŞƏKIL 6 Əsas elektrik kəmiyyətlərinin ölçülməsi




Download 323.54 Kb.
bet8/20
Sana24.03.2017
Hajmi323.54 Kb.
#1318
TuriMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
ŞƏKIL 6

Əsas elektrik kəmiyyətlərinin ölçülməsi.

Körpü üsulu ilə ölçmələr

Körpü sxemləri vasitəsilə müqaviməti, tutumu, induktivliyi, itgi bucağını, qarşılıqlı induktivliyi və tezliyi ölçmək mümkündür. Onlardan həmçinin qeyri-elektrik kəmiyyətlərini də ölçmək olur.

Körpü üsulunun əsas üstünlükləri onun, ölçülən kəmiyyətin qiyməti qabaqcadan yüksək dəqiqliklə məlum olan etalonla müqayisə etdiyi üçün, yüksək həssaslığa və dəqiqliyə malik olmasıdır.

ŞƏKIL 7. Sabit cərəyan körpüsünün struktur sxemi.

(Uqida-körpünü qidalandıran gərginlik; R1 və R4-qollardakı müqavimətlər; Sİ-sıfır indikatoru və ya qalvanometr ).

Şəkildə a, b, v, q nöqtələri körpünün təpələri, ab, bv, vq, qa budaqları körpünün qolları, av-qidalandırma dioqanalı, bq-indikator (çıxış) dioqanalı, U-qidalandırma mənbəyi (sabit və ya dəyişən), Sİ-sıfır indikatorudur. Sİ kimi körpülərdə sabit cərəyanda həssas maqnitoelektrik qalvanometrləri və ya mikroampermetrləri, dəyişən cərəyanda isə vibrasiyalı qalvanometrlər, elektron göstəriciləri və s. istifadə olunur. Körpülər tezlikdən asılı və tezlikdən asılı olmayan olurlar. Nəticəsinin alınmasına görə isə körpülər tarazlaşmış və tarazlaşmamış olurlar.

Qalvanometr dövrəsinin açıq halında b və q nöqtələri arasındakı gərginlik aşağıdakı şəkildə olur:



(5)

Körpünün tarazlaşması üçün Ubq=0 olmalıdır. Bunun üçün aşağıdakı şərt yerinə yetirilməlidir:

R1R4=R2R3 (6)

Dəyişən cərəyan körpüləri üçün (bu zaman qollardakı aktiv müqavimətlər R kompleks müqavimətlər ilə əvəz olunmalıdır) oxşar hesablamalar aparmaqla aşağıdakı şərti tapmaq olar:

Z1Z4=Z2Z3 (7)

Kompleks ifadələri açılış formasında yazdıqda aşağıdakı şərtləri almaq olar:

Z1Z4=Z2Z3 (8)

φ14= φ23 (9)

Burada Z1, Z2, Z3, və Z4 körpünün qollarındakı kompleks müqavimətlərin modulları; φ1, φ 2, φ3 və φ4 uyğun qollardakı cərəyanın gərginliyə görə sürüşmə bucağıdır.

Axırıncı ifadədən görünür ki, körpünün tarazlaşması üçün onun qollarındakı yüklərin xarakterinə fikir vermək lazımdır. Aktiv müqavimətlərdə φ=0, induktivliklərdə φ=900, tutumlarda isə φ=-900 olduğunu nəzərə almaqla qollardakı yükün xarakterini seçmək olar. Məs., 1-ci və 4-cü qollara aktiv müqavimətlər qoşulubsa, onda digər 2 əks qollardan birinə induktivlik, digərinə isə tutum qoşulmalıdır.

Körpülərin xətaları qollardakı müqavimətlərin hazırlanma dəqiqliyindən və sıfır indikatorunun həssaslığından asılıdır. DÜİST-ə görə körpülər aşağıdakı dəqiqlik siniflərinə malik ola bilərlər: 0.005; 0.01; 0.05; 0.1; 0.2; 0.5; 1.0; 2.0.

Körpü ilə ölçü apardıqda onun 3 qoluna məlum yüklər, bir qoluna isə parametri ölçülən element qoşulur. Tarazlaşma alındıqdan sonra (8) və ya (9) şərtlərindən istifadə etməklə axtarılan kəmiyyət tapılır.





Download 323.54 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Download 323.54 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



ŞƏKIL 6 Əsas elektrik kəmiyyətlərinin ölçülməsi

Download 323.54 Kb.